Mənhəc Sual-cavab

Səlim Əbu Umarın hizbi mənhəcini açıq aydın göstərən danışığı


Səlim Əbu Umarın hizbi mənhəcini açıq aydın göstərən danışığı

Bu danışığında Səlim Əbu Umar (Dubayskiy advokat) Seyyid Qütbini tərifləyir, Əhli Sünnə vəl-Camaatdan (sələfi) sayır, və alimlərə böhtan atır.

O deyir ki, Seyyid Qütbidə 95% əladır, 5% isə xəta edib (Seyyid Qütbni əqidədə, hakimiyyədə və mənhəcdə, yəni əsaslarda olan ciddi bidətlərini və küfrlərini sadəcə xəta adlandırır) və iddia edir ki, o 5% xətalar sələfi alimlərdə də var.

15:55 dəqiqədən sonra da qardaşlara öz hizbi mənhəcini öyrədərkən açıq aydın deyir ki, sən camaata görə danış, yəni qabağındakı xəvaricdirsə, onunla xəvaric kimi danış və iddia edir ki, şeyx Rabi 12 ildən bəri ixvandır və o xəvaricləri dəvət edərkən Seyyid Qütbinin adından İbn Teymiyyənin sitatlarını gətirib ki, xəvariclər ona qulaq assın.

Səlim özü bu misalı gətirərkən danışdığı camaatı nəzərə aldı, yalan və böhtan ataraq öz mənhəcini şeyx Rabiəyə nisbət etdi ki, ona qulaq asan qardaşları aldatsın və öz hizbi-yalançı mənhəcini onlara yeritsin.  Belə ki, sual verən qardaşlar sələfi idilər və şeyx Rabiəyə hörmət edirdilər.

Bundan da əlavə səs yazısında Səid Qutbinin 95%-ni tərifləyərkən bir neçə sələfi alimlərin adından da yalan danışıb.

Həmçinin qardaşlar şahidlik edirlər ki, bu insan (Səlim Əbu Umar) müxtəlif məclislərdə şeyx Rabiə haqqında deyir ki, şeyx Rabiə cərhlərinə görə kraldan pul alırdı.  Lakin indi kral ona pul vermir deyə şeyx Rabiə öz cərhlərindən dönüb və heç kəsdən danışmır.  ƏuzubiLləh!