Fətvalar Mənhəc Sual-cavab Xəvariclər

Xəvariclər bu günlərdə bəzi ölkələri ələ alarlarsa onlar ölkə başçıları sayılarmı?

“Xəvariclər bu günlərdə bəzi ölkələri ələ alarlarsa onlar ölkə başçıları sayılarmı?”- sualına Peyğəmbər şəhərinin böyük alimi və mühəddisi Şeyx Əbdül Muhsin əl-Abbadın cavabını dinləyə bilərsiniz.

Sual verən deyir ki, ey şeyx, Allah sizi qorusun. Bu günlərdə xəvariclər bəzi şəhərləri ələ almışdırlar. Güc işlədərək qalibiyyət əldə etdiklərinə görə başçılığın onlar üçün sabitləşərək bərpa olduğu sübutunu gətirməklə onlar o şəhərlərin başçısı sayılırlarmı?
Şeyx Abbad: 

“Başçılığın onlar üçün sabitləşərək bərpa olduğunu demək düz deyil. Əksinə sabitləşməməkdədir. Lakin başçılıq onlar üçün sabitləşərsə ilk olaraq müsəlmanları, haqq və doğru yol əhlini öldürməyə başlayacaqlar. Qüvvətlənərək imkan tapan kimi birinci onlardan başlayırlar. Onların başçılıq əldə etmələrini demək düzgün deyildir. Bu məsələdə qarışıq işlər vardır. Onlara öldürüb öldürüldüklərinə görə başçılar demək düz deyildir. Həqiqətdə bunlar xəvaricdirlər və onların əlindən xilas olmaq lazımdır. İslam əhlinin işlərini səhmana salaraq düşmən kəsilmiş kafirlərə qarşı ədavət aparmaq müsəlmanların yoludur. Bunlar isə müsəlmanlara qarşı ədavət apararaq onlara zərər verir, kafirlər isə onların əlindən salamat qalmaqdadırlar.” (“Müslimin səhihinin şərhi”, 24.01.1436/2014).

Mənbə: Sələfxəbər