Mənhəc Məqalələr Mumeyyilər Ramin Mütəllim Seçilmişlər

Mumeyyilər (3-cü hissə): “Hələbiçilik”



Hazırladı: 

Ramin Mütəllim
 
Yoxladılar və məsləhət gördülər: 
Şeyx Qamət Süleymanov
Səid İsrafilov
Osman Sələfi
İsmayıl Abu Xalid
Useyd Turabov
Tural Yusubov
 
بسم الله الرحمن الرحيم
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə
 
Giriş

Bundan öncəki iki məqaləmizdə (Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması 1-ci hissə, 2-ci hissə) sərhədlərin silinməsi fitnəsinin tərəfdarlarının – mumeyyilik fitnəsinin meydana gəlməsi və bu ideologiyanın Adnan Arur və Əbul-Həsən Məribinin başçılığı altında təkamülü barədə danışdıq.

Biz, onlara məxsus azğın qaydalarla tanış olduq və əmin olduq ki, onlar və tərəfdarları öz yeni meydana çıxmış qaydaları ilə həm xəvariclərdən, həm də digər firqələrdən ibarət olan şəxsləri müdafiə edir, onları sələfilərə məsləhət bilir, onları sələfilərin sıralarına daxil edir, beləliklə dolayı yolla sələfilər arasında xəvaricliyi və digər bidətləri təbliğ edirlər.

Bu məqalədə isə Allahın köməkliyi ilə biz, “sərhədlərin silinməsi” ideoloqlarının bu günə qədər də davam edən yeni və daha güclü fitnəsi ilə tanış olacağıq. Yeni “sərhədlərin silinməsi” ideologiyası, yaxud “ixvanlıq yeni simada” bir qədər şəklini dəyişib, təkmilləşib və “hələbiçilik” adı altında tanınmışdır. Bu yeni ideologiya dünyanın demək olar ki, bütün ölkələrində sələfilərin sıralarına fitnə salmağa nail olub. Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) Hələbi və onun tərəfdarlarının fitnəsi barədə danışdıqda deyir:

Onlar “Müsəlman qardaşların” yolu ilə gedirlər, çünki onların mənhəci (yolu), ixvanların mənhəci kimi Sələfi mənhəcinin əleyhinə müharibə aparmaq üzərində qurulmuşdur. İxvanlar sələfilərin mənhəcinə zidd olan şərli prinsiplərə malikdirlər. Hələbi və onun təriqəti də Sələfi mənhəcinə zidd olan şərli prinsiplərə malikdir, lakin onların prinsipləri ixvanların prinsiplərindən də təhlükəlidir1.

Həmçinin şeyx Rabi (Allah onu qorusun) “sərhədlərin silinməsi”(mumeyyilik) ideoloqlarının fitnəsini təsvir edərkən deyib:

“Bu fitnələrin liderləri, baniləri, təhrikçiləri və yayıcıları Sünnə ardıcılları olan bilikli insanlar tərəfindən ifşa edilmişdir. Bu fitnənin daşıyıcıları Adnan Arur, Əbul-Həsən Məribi və Əli Həsən Hələbi, həmçinin onların prinsiplərinin tərəfdarı olmaqla və onların qaydalarına əsaslanmaqla onların ardınca gedənlərdir” 2.

Şeyx Rabi Hələbinin başçılığı altında mumeyyilər fitnəsinin Sələfi dəvətinə təsirini təsvir edərək deyib:

“(Hələbinin) bu təriqəti neçə-neçə sələfi gəncləri korlayıb! Onların əqidəsini, mənhəcini və əxlaqını korlayıb!” 3.

Şeyx Rabinin mumeyyilərin Sələfi dəvətinə qarşı olan dağıdıcı və zərərli fəaliyyətləri barədə yuxarıda qeyd olunan fikirləri və təsvirləri onu göstərir ki, onların bidətləri və zəlalətlərinə düşməmək və özünü müdafiə etmək üçün sərhədlərin silinməsi (mumeyyilik) ideologiyasının əsaslarını və prinsiplərini öyrənmək nə qədər mühümdür.

Axı əgər şər və bidət yayılan zaman müsəlman onun mahiyyəti və təsviri haqqında məlumatlı olmazsa, özünün də xəbəri olmadan asanlıqla bu zəlalətə düşər və bidət tərəfdarlarından birinə çevrilə bilər. Fitnədən xilas olma yollarının təsvir olunduğu məşhur uzun hədisdə Peyğəmbərin səhabəsi Huzeyfə ibn Yəmən demişdir: “İnsanlar Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) xeyir barədə soruşardılar, mən isə mənə üz verəcəyindən qorxaraq ondan şər barəsində soruşardım4.

Ərəb şairi öz məşhur şerində dediyi kimi:

عَرَفْتُ الشّرَّ لا لِلشّرّ ***          لَكِنْ لِتَوَقّيهِ
وَمَنْ لَمْ يَعْرِفِ الشّرَّ *** منَ الناسِ يقعْ فيهِ
“Şəri, şər etmək üçün öyrənmədim
Ondan qorunmaq üçün öyrəndim.
Кim bilməsə şər nədir,
Ona düçar olacağı mütləqdir”.
Məhz bu səbəbdən İslam ümməti üçün narahatçılıq keçirən həqiqi Əhli Sünnə alimləri ümumi olaraq mumeyyilər, xüsusən də Hələbinin təhlükəli zəlalətləri və bidətlərini bəyan edərək rəddiyyələr vermiş, bunlardan çəkindirmiş və bu barədə yazılar qələmə almışlar.

Qarşınızdakı bu məqalə isə oxuculara sələfi alimlərinin və elm tələbələrinin bu şübhələrə qarşı rəddiyyə olaraq yazdıqları müxtəlif kitablarından və məqalələrindən götürülmüş  qısa bir məcmunu təqdim etmək cəhdindən başqa bir şey deyildir 5.

Uca Allahdan bu cüzi əməyi İslam və müsəlmanlar üçün faydalı etməsini və Onun razılığını qazanmaq üçün səbəb etməsini diləyirəm.

Hələbiçilik termininin meydana gəlməsi

“Hələbiçilik” termini Əli Həsən Əbdul-Həmid əl-Hələbi, qısa olaraq isə Əli Hələbi adlı bir insanın adı ilə bağlıdır. Şeyx Albani Suriyadan İordaniyaya köçdükdən sonra, İordaniyada yaşayan Hələbi demək olar ki, şeyxin vəfatınadək onun məclislərində iştirak etmişdir.

Üç şeyxin — İbn Bəz, ibn Useymin və Albaninin (Allah onlara rəhmət etsin) yaşadığı dövrdə Hələbi bir çox sələfi alimlərinin, o cümlədən şeyx Rabi, Muqbil, Abbad, Ubeyd əl-Cabiri və digərlərinin tanıdığı və tövsiyyə etdiyi sələfi dəvətçi hesab olunurdu.

Adnan Arurun fitnəsi hələ yenicə meydana gəldikdə, Hələbi ilk əvvəl şeyx Rabini və digər alimləri dəstəklədi və Arurdan öz batil fikirlərindən üz döndərməyi tələb etdi.

Həmçinin, Mağravinin fitnəsi baş qaldırdıqda, Hələbi şeyx Rabini və digər alimləri dəstəklədi və Mağravidən də öz açıq-aşkar olan xətalarından qayıtmağı tələb etdi.

Dörd şeyxin — İbn Bəz, ibn Useymin, Albani və Muqbilin ölümündən sonra Məribinin fitnəsi açıq-aşkar şəkildə baş qaldırdıqda isə Hələbi orta mövqe tutdu – bir tərəfdən o, şeyx Rabini Məribi əleyhinə rəddiyyələrində dəstəkləyir, digər tərəfdən isə Məribidən çəkindirməkdən və onu həcr (boykot) etməkdən imtina edirdi.

Daha sonra Fəlih Hərbinin başçılığı altında, sələfi alimlərini və elm tələbələrini əsassız şəkildə bidətdə ittiham edən həddadilərin fitnəsi meydana gəldi. O zaman şeyx Rabi və digər alimlər sələfi mənhəcinin müdafiəsinə qalxdılar və həddadiləri bidətdə və zəlalətdə ittiham edərək onların zəlalətlərini bəyan etdilər. Məhz bu məqamda Hələbi “əsassız təbdi (bidətdə ittiham)” şüarı altında öz yeni mənhəcini elan etdi.

İlk baxışdan hər kəsə elə gəldi ki, Hələbi bununla şeyx Rabi və digər Sünnə alimlərini dəstəkləyərək həddadilərə müharibə elan etdi. Lakin tezliklə aydın oldu ki, bu yeni mənhəc altında Hələbi sələfi şeyxlərə müharibə elan edib və müxtəlif azmış şəxslərin müdafiəsinə qalxaraq “sərhədlərin silinməsi” (mümeyyilik) ixvan ideologiyasının yeni fitnəsinə başladı6.

Beləcə, Hələbi sələfilərə qarşı müharibə elan edərək, Adnan Arur, Mağravi, Məribi 7, Muhamməd Hassan 8, Əbu İshaq Huveyni 9, Yasir Burhamini 10, “Hizbu Nur” partiyasının başçılığı altında olan isgəndəriyyəli hizbiçilər 11 kimi azmış şəxsiyyətləri və başqa bir çox digər “oturaq xəvaricləri” (xəvaric qaadiyyə) və azmış şəxsiyyətləri müdafiə və tövsiyyə etməyə başladı. Hələbi bütün bu bidətçiləri sadəcə olaraq sələfilikdən çıxarmayan “xətalara yol vermiş” sələfilər hesab edirdi. Bu azmış insanları müdafiə və tövsiyyə etməyə davam edən Hələbi onlara çoxsaylı əsassız üzrlər gətirməyə, eyni zamanda isə öz iti və zəhərli dilini sələfi alimlərə və sələfi gənclərə uzadaraq onları ən alçaq sözlərlə təhqir etməyə başladı.

Hələbidən çəkindirən bəzi alimlər:


Hələbinin zəlalətləri bir çox sələfi alimlərə məlum olduqdan sonra, onlar ondan çəkindirdilər və onu bidətdə ittiham etdilər. Hələbidən çəkindirən və onun zəlalətlərini bəyan edən alimlər sırasından bəziləri:

  • Şeyx Əhməd Nəcmi (Allah ona rəhmət etsin)
  • Şeyx Saleh Fövzan (Allah onu qorusun)
  • Şeyx Rabi ibn Hadi (Allah onu qorusun)
  • Şeyx Ubeyd Cabiri (Allah onu qorusun)
  • Şeyx Muhamməd ibn Hadi (Allah onu qorusun)
  • Şeyx Saleh Suheymi (Allah onu qorusun)
  • Şeyx Fələh Məndəkər (Allah onu qorusun)
  • Şeyx Abdullah Buxari (Allah onu qorusun)
  • Şeyx Muhəmməd Bəzmul (Allah onu qorusun)
  • Şeyx Xalid Zafiri (Allah onu qorusun)
  • Şeyx Abdullah Zafiri (Allah onu qorusun)
  • Şeyx Aid Şəmri (Allah onu qorusun)
  • Şeyx Həsən ibn Əbdul-Vəhhab Bənna (Allah onu qorusun)
  • Şeyx Muhamməd Səid Raslən (Allah onu qorusun)
  • Şeyx Xalid Osman (Allah onu qorusun)

Yuxarıda adı qeyd olunan alimlərdən bəzilərinin Hələbi və onun zəlalətləri barədə bəzi mülahizələrini təqdim edək:

1) Şeyx Əhməd Nəcmi (Allah ona rəhmət etsin) demişdir: “Onun barəsində ciddi iradlar var, odur ki, deyə bilmərəm ki, ondan elm almaq olar.12.

2) Şeyx Saleh Fövzan (Allah onu qorusun) demişdir: “O, öz fikirləri, cahilliyi və yalanı ilə insanları doğru yoldan azdırır.13 14.

3) Şeyx Rabi (Allah onu qorusun) demişdir: “Əgər Hələbi bidətçi deyilsə, o zaman yer üzərində ümumiyyətlə bidətçi yoxdur!15.

Həmçinin o demişdir: “Hələbinin təlimi bidətçi fəlsəfəçilərin (əhlül-kəlam) və digər bidətçilərin təlimindən şərlidir16.

4) Şeyx Ubeyd Cabiri (Allah onu qorusun) demişdir: “O, azmış və digərlərini də azdıran bir bidətçidir. O, zəlaləti təbliğ edən, insanlar arasında fəsad yayan biridir” 17.

5) Şeyx Muhamməd ibn Hadi (Allah onu qorusun) demişdir: “Onun böyük zəlalətləri var” 18.

6) Şeyx Həsən ibn Əbdul-Vəhhab Bənna (Allah onu qorusun) demişdir: “Allah artıq onun halını aşkara çıxarıb və onun həqiqi simasını ifşa edib19.

7) Şeyx Raslən (Allah onu qorusun) Hələbi və onun “Kulli sələfiyin” adlı forumu haqqında demişdir: “Hələbinin müsəlmanlar arasında təfriqə salmaq, Sünnə və onun tərəfdarları əleyhinə mübarizə aparan hər bir kəsi dəstəkləmək üçün seçdiyi ”Zərərverici forumdur.20.

Hələbiçiliyin qaydaları və prinsipləri

Biz, artıq “sərhədlərin silinməsi” (mumeyyi) ideologiyası liderlərinin doğru yoldan azmış müxtəlif şəxsiyyətləri müdafiə və tövsiyyə etmək üçün uydurduqları əvvəlki qayda və prinsiplərlə tanış olduq. Biz, həmçinin Məribinin də Arurdan sonra bu prinsip və qaydaların şəklini dəyişərək onları daha hiyləgər hala salmasının və onları əhli-Sünnə qaydaları və prinsiplərinə bənzətmələrinin şahidi olduq.

Hələbi də eyni yolla getməkdədir. O, Arur və Məribiyə məxsus əvvəlki bir sıra qaydaların şəklini məharətlə dəyişdi və azmış şəxslərin müdafiəsi üçün Sələfi mənhəcinin əleyhinə daha məkirli qaydalar və prinsiplər uydurdu. Beləliklə, Hələbi həqiqətən fitnə salmağa və dünyanın bir çox guşələrində sələfi gəncləri parçalamağa nail oldu.

Hələbi özünə məxsus yeni qayda və prinsipləri öz yeni “Mənhəc əs-Sələf əs-Salih” adlı kitabında yazaraq şərh etdi. Məhz bu kitab səbəbi ilə bir çox sələfi alimləri Hələbini Əhli Sünnə sıralarından çıxardılar və Hələbinin bu kitabda təsis etdiyi qaydaları isə “Hələbi qaydaları” adlandırmağa başladılar.

Əsas Hələbi qayda və prinsiplərini şərh etməzdən, onların zəlalətlərini bəyan etməzdən öncə, ilk əvvəl bu qaydalara ümumi fikir bildirmək, onların Arurun və Məribinin qaydalarından fərqlərini göstərmək istəyərdik.

Beləliklə, Hələbinin qayda və prinsipləri haqqında qısa şəkildə bunları demək olar:

Birincisi, Arur və Məribinin əvvəlki qayda və prinsipləri kimi bu qayda və prinsiplər də müxtəlif bidət tərəfdarlarının müdafiəsini və tövsiyyə olunmasını qanuniləşdirməkdən ibarətdir.

İkincisi, bir çox məsələlərdə Hələbinin qayda və prinsipləri elə Adnan Arurun və Məribinin başqa adlar altında olan və ya cüzi dəyişikliklərə məruz qalmış mumeyyi qaydalarıdır.

Üçüncüsü, hələbiçilik təbliğinin Arur və Məribinin təbliğindən əsas açıq-aşkar fərqi ondadır ki, Hələbi öz sələfləri kimi “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydasına çağırsa da, azmış şəxsiyyətlərə rəddiyyə verməyi və onlardan çəkindirməyi qadağan etmir. Lakin o, bu bidətçilərin zəlalətlərini göstərən çoxsaylı, açıq-aydın dəlillərin olmasına baxmayaraq, nə özünü və nə də həmfikirlərini alimlərin bu azmış şəxsiyyətlərdən çəkindirmələrinə əməl etməyə gərəkli olduqlarını görmür və özlərinin batil “mənə lazım deyil” qaydasını işə salırlar.

İndi isə əsas Hələbi qayda və prinsipləri haqqında daha ətraflı:

“Geniş mənhəcə” çağırış (dəvət) və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası.
 

«Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması» 1-ci hissə2-ci hissə  adlı məqalələrimizdə Adnan Arur və Əbul-Həsən Məribinin uydurduqları bu prinsiplərin nə qədər şərli olduğuna aydınlıq gətirdik və alimlərin bu prinsiplərə verdiyi rəddiyyələri təqdim etdik.

Lakin təəssüflər olsun ki, Hələbi bu prinsiplərə dəvət etməyə, Əhli Sünnədən sayılmayan şəxsləri Əhli Sünnə dairəsinə daxil etməyə və onları müdafiə etməyə başladı. Hələbi deyir:

And içilməsi caiz olan yeganə Allaha and olsun ki, Sələfi dəvətinin cənclərini, onun şeyxlərini və dəvətçilərini səbirli olan, islah və nəsihət edən bir kimsənin mövqeyi ətrafında birliyə çağırmaq, cərh edən, çəkindirən və zəlalətdə ittiham edənin ətrafında birliyə çağırmaqdan min dəfə yaxşıdır21.

Həmçinin o deyir:

Sizcə kimin rəyini seçmək daha yaxşıdır – bu seçimin problemlərini və mənfi nəticələrini nəzərə alaraq bir sıra Sünnə tərəfdarlarından çəkindirən, onları cərh edən və zəlalətdə ittiham edənin rəyini, yoxsa bu cür seçimin müsbət təsirlərini və arzu olunan nəticələrini nəzərə alaraq tələsməyən, Sünnə tərəfdarlarına səbir göstərən, onları islah edən və nəsihət edənlərin rəyini?!22.

“İhyə Turas” fondunu müdafiə edən məqamda isə Hələbi bələ demişdir:

Əslində bu fondun cərh olunmasını onu tövsiyə edən və dəstəkləyənlərin cərh olunması hesab etmək olar. Bəli, hər kəs xəta edə bilər. Lakin bizim danışdığımız şey bidət və bidətdə ittiham etməkdir!23.

Şeyx Rabi (Allah onu qorusun) Hələbinin bu prinsiplərini bəyan edərək və ona rəddiyyə verərək deyir:

İxvanların Sələfi mənhəcinə zidd olan şərli prinsipləri, qaydaları olduğu kimi Hələbi və onun təriqətinin də Sələfi mənhəcinə zidd olan şərli prinsipləri vardır. Lakin bunların prinsip və qaydaları ixvanların prinsiplərindən daha da təhlükəlidir. Bunlardan:

Başda ixvanlar olmaqla bidətçiləri dəstəkləmək üçün uydurulmuş “Geniş mənhəc prinsipi”. Bu prinsip dostluq və düşmənçilik (əl valə vəl bəra) məsələsində, bidət sahiblərinin cərh edilməsi və onların zəlalətlərinın bəyan olunmasının vacibliyi məsələsində sələflərin mənhəcinə ziddir.
Həmçinin də onların dostluq və düşmənçilik, bidət əhlinin cərh edilməsi və onlardan çəkindirməyin vacibliyi məsələlərində sələfilərin mənhəcinə zidd olan “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” prinsipi24.

“Muvəzənət” prinsipinə riayət:
 

Mənhəc əl-muvəzənət (منهج الموازنات) — və ya “yaxşı və pis əməllərin bərabər çəkilməsi prinsipi” —  ilk əvvəldən ixvanlara məxsus olan və daha sonra Adnan Arur və digər mumeyyilərin fəal şəkildə yaydığı bir prinsipidir. Bu prinsipə əsasən, əgər sən hər hansı bir bidətçidən çəkindirirsənsə, o zaman “ədalətli” olmaq üçün onun zəlalətləri ilə bərabər yaxşı əməllərini də qeyd etməlisən.

Hələ Arurdan öncə ixvanlar müxtəlif bidətçiləri, xüsusilə də öz əqidələrində olmuş, böyük zəlalət sahibi Seyyid Qutbu və Həsən Bənnəni müdafiə etmək üçün bu prinsipi tətbiq etmişdilər. Əhli-Sünnə alimləri “mənhəc əl-muvəzənət” haqqında öyrəndikdə, onu tənqid etdilər və bu prinsipin bidət olduğunu  bildirdilər25

. Onlar İzah etdilər ki, insanın tərcümeyi-halını tərtib etməklə onun özündən çəkindirmək arasında fərq var. Birinci halda bidətçilərin bəzi yaxşı əməllərini qeyd etmək icazəlidir, əgər bu, oxucuları və ya dinləyiciləri doğru yoldan azdırmayacaqsa. İkinci halda (yəni, müsəlmanların hər hansı bir şəxsdən çəkindirilməsi halında) bu insanın yaxşı əməlləri barədə danışmaq qadağandır. Çünki bu, çəkindirməni kəsərdən salacaq və lazımi effekti verməyəcəkdir. Bundan əlavə, xüsusilə əgər dinləyicilər elm tələb etməyən müsəlmanlardırsa, bu, əksinə bidətçi haqqında yaxşı rəyin formalaşmasına səbəb olacaqdır.

Lakin Hələbi azmış insanların xeyir əməllərindən danışmağın icazəli və bəyənilən olduğu barədə özündən iki hal uyduraraq, deyir:

Əgər bu, onun haqqa (doğru yola) qayıtması üçün nəsihət məqsədilə edilirsə, yaxşı olardı ki, rəddiyyə verdiyin kəsin xeyir əməllərini xatırladasan”.

Əgər buna ehtiyac varsa, rəddiyyə verdiyin kəsin yaxşı əməllərini xatırlatmaq icazəlidir26.

Hələbinin bu təfsirindən sonra təəccüblü deyil ki, o, buna ehtiyac olduğunu və ya hətta ola bilsin ki, bunu bəyənilən bir əməl hesab edərək müxtəlif azmış şəxsiyyətlər barədə yaxşı fikir söyləyir və onları tərifləyir.

Hələbinin bu əsassız bidətçi təfsirinin sadəcə bir nümunəsini dövrümüzün xəvariclərinin lideri olmuş Üsamə bin Ladenin timsalında nəzərdən keçirək. O dövrdə Hələbidən “Əl-Qaidə” xəvaric terrorçu təşkilatının başında duran Bin Laden haqqında soruşduqda, onun tam cavabı belə olmuşdur:

Üsamə bin Laden zəngin və din üçün narahatlıq keçirən bir insandır. Bununla bərabər o, elm tələbəsi deyil. Lakin o, özü də gözləmədən mətbuatda və insanların dilində məşhur bir insana çevrildi. İndi o, hizbçilər, təkfirçilər və onların bənzərləri sırasından bir qrup insanlarla əhatələnib. Necə deyərlər, onun daha itirməli bir şeyi yoxdur. Çünki o, Amerika tərəfindən axtarışda olan bir nömrəli insandır, odur ki, o, əlindən gələni edir. Beləliklə, biz hesab edirik ki, inşəAllah o, ixlaslı insandır. Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq. Buna baxmayaraq biz, onun törətdiyi və ya onun ayağına yazılan (!) əməllərlə razı deyilik və bizim mənhəcimizdən və alimlərimizin mənhəcindən məlum olduğu kimi biz, onlardan razı deyilik.27.

Hələbinin xəvariclərin müasir lideri olan, müsəlmanları küfürdə ittiham edən və müsəlman ölkələrində terror aktlarını icazəli görən Üsamə bin Ladeni necə təsvir etdiyinə diqqət yetirin:

  • o, din üçün narahatlıq keçirən bir insandır”,
  • o, əlindən gələni edir”,
  • biz hesab edirik ki, o, ixlaslı insandır. Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq.

Bu sözlər sadəcə xeyir əməllərin xatırlanması deyil, bu azmış xəvaricin ünvanına həqiqi tərifdir. Axı “Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq” sözü yalnız tərif zamanı deyilən bir sözdür.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir:

Əgər öz qardaşınızı tərifləyəsi olsanız, belə deyin: onun belə olduğunu zənn edirəm, lakin onu Allah qarşısında təmizə çıxarmıram 28.

Bundan əlavə, Hələbinin Üsamə bin Ladeni necə müdafiə etməsi və onun böyük zəlalətlərinə və qorxunc cinayətlərinə necə bəraət qazandırması barədə düşünün:

Hələbi deyir:

  • Necə deyərlər, onun daha itirməli bir şeyi yoxdur. Çünki o, Amerika tərəfindən axtarışda olan bir nömrəli insandır, odur ki, o, əlindən gələni edir.
  • İndi o, hizbçilər, təkfirçilər və onların bənzərləri sırasından bir qrup insanlarla əhatələnib.

Burada sual meydana gəlir: Bin Laden sadəcə hizbçilər və təkfirçilərlə əhatələnib, yoxsa elə özü təkfirçidir?!

Hələbi deyir:

Buna baxmayaraq, biz, onun törətdiyi və ya onun ayağına yazılan əməllərlə razı deyilik.

Bu sözlərdə (“biz razı deyilik” və digər sözlər) Bin Ladenin cinayətləri və zəlalətləri açıq-aşkar şəkildə cüziləşdirilib. Axı biz müxtəlif fiqhi məsələlərdə hətta Sünnənin böyük alimləri ilə də razılaşmaya bilərik. Xəvaric və terrorçu Bin Ladenə gəldikdə isə, bu artıq sadəcə onunla razı olmamaq məsələsi deyil – burada artıq söhbət onu zəlalətdə ittiham etməyin vacibliyindən və ondan və onun azmış fikirlərindən çəkindirməkdən getməlidir.

Hələbinin Bin Laden haqqında yuxarıda qeyd olunan sözləri üzərində diqqətlə düşündükdə, onun “Bununla bərabər, o, elm tələbəsi deyil” sözündən başqa Bin Ladenin ünvanına tənqid (cərh) olan bir kəlmə belə tapa bilmərik 29.

Nəticə olaraq isə, ey möhtərəm oxucu, şeyx Abdul-Muhsin Abbadın (Allah onu qorusun) Bin Laden barəsində dediyi sözləri Hələbinin yuxarıda qeyd olunan sözləri ilə müqayisə et ki, Hələbinin mumeyyilik etdiyinə bir daha əmin olasan.

Sual verən: “Bin Ladenin öldürülməsi ilə bağlı hansı mövqe sərgiləmək lazımdır? Bəziləri onun öldürülməsinə sevinir, digərləri isə deyir ki, o, mücahid olub və şəhid ölümü ilə ölüb”.

Şeyx Abbad: “O necə mücahid ola bilər!? Bəli, o mücahiddir, lakin şeytanın yolunda vuruşan mücahiddir. Üsamə bin Ladenin müsəlmanlara böyük zərəri toxunub və şübhə yoxdur ki, onun ölümü onlar üçün yüngüllük olacaq. İnsanlar onun ölümündən sonra rahat nəfəs alacaqlar30.

Diqqət yetirin ki, şeyx Abbad onun haqqında bu sərt və Sələfi əqidəsinə müvafiq cavabı bin Laden öləndən sonra vermişdir. Hələbi isə, bin Ladenin halı haqqında öz mumeyyi əqidəsinə müvafiq cavabını o hələ sağ ikən və müasir dövrün ən təhlükəli xəvaric terrorçu təşkilatına rəhbərlik edərkən vermişdir!

Allahdan bizi zəlalətə düşməkdən qorumasını istəyirik.

Bidətçilərin müdafiəsi üçün əqidə və mənhəc arasında fərq qoyulması


Hələbinin bidətçiləri müdafiə etmək üslublardan biri də əqidə və mənhəc arasında fərq qoymasıdır. Hələbi xəvaricləri və özlərini sələfiliyə nisbət edən, lakin müsəlman rəhbərlərə qarşı xurucu (üsyanı) icazəli görən, dəvət  metodunda və bidətçilərlə münasibət məsələlərində sələflərin yolu ilə getməyən azmış şəxsiyyətləri müdafiə etmək məqsədilə bəyan edir ki, bunlarla (yəni, xəvaricləri və özlərini sələfiliyə nisbət edən, lakin müsəlman rəhbərlərə qarşı xurucu (üsyanı) icazəli görən), özlərini müxtəlif təriqətlərə nisbət edən, tövhid və imanın əsaslarında Əhli Sünnəyə açıq şəkildə zidd gedənlər arasında fərq mövcuddur. İkincilər Hələbi üçün həm əqidə və həm də mənhəcdə bidətçidirlər. Odur ki, o, onlardan asanlıqla çəkindirə bilər. Birincilər isə Hələbi üçün asılı vəziyyətdə olan insanlardırlar: onlar əqidədə sələfi, mənhəcdə isə azmışlardır. Onlar öz mövqelərini qəti fikirlə müəyyənləşdirmədikcə, tamamilə hizbçi və ya sələfi olmadıqca, Hələbi bu cür insanları uzun illər boyunca tövsiyyə və müdafiə edə bilər.

Hələbi yazır:

Mənhəc əqidənin çəpəri və sarsılmaz qalasıdır. Odur ki, əgər hər hansı bir insan əqidədə sələfi,mənhəcdə isə zəlalətə uğrayıbsa (hizbiçi və ya digər bir təriqətçi olaraq), bu insanda bu iki amildən ən güclü olanı qələbə çalmalı və üstün gəlməlidir: ya mənhəc, ya da əqidə. Beləliklə, bu insan həmişə necə deyərlər, çəkisizlik vəziyyətində qala və daim bu vəziyyətdə yaşaya bilməz. Ya onun mənhəci üstün gələcək və onun əqidəsinə təsir göstərəcək, bundan sonra o, açıq-aşkar bidətçi olacaq, ya da onun əqidəsi üstün gələrək, mənhəcinə təsir edəcək, bundan sоnra o, məşhur sələfi olacaqdır. Sonuncu ssenari bizim üçün birincidən daha sevimlidir və odur ki, biz bu cür insana nəsihət edir, hüzn hissi keçirir, səbr göstərir və özümüzü saxlayırıq31.

Beləliklə, Hələbinin bu mövqeyinə əsasən, mənhəc və ya əqidə üstün gəlmədikcə, bu hizbiçi “çəkisizlik vəziyyətində” (yəni, qeyri-müəyyən vəziyyətdə) olacaq, əqidədə sələfi, mənhəcdə isə hizbiçi hesab olunacaq. Bununla bərabər, onun mənhəcdə zəlalətlərinə baxmayaraq, bu “çəkisizlik vəziyyəti” (bu vəziyyət kifayət qədər uzun müddət davam edə bilər) dövrü ərzində biz, mənhəcdə zəlalətə uğramış bu hizbiçini bidətdə ittiham edə bilmərik. Uzun illər boyunca müxtəlif azmış insanları müdafiə və tövsiyyə edən, onların ucbatından sələfilərlə düşmənçilik aparan Hələbi sələfilərdən məhz bunu istəyir və özü də məhz bu yolla gedir. Lakin Hələbi mənhəcin əqidə üzərində bu üstünlüyünün necə müəyyən olunduğunu izah etmir. Axı məhz bundan sonra bu hizbiçinin “çəkisizlik vəziyyətindən” çıxdığını və bidətçiyə çevrildiyini hesab etmək olar! 32.

Bu məsələdə öz mövqeyini müdafiə etmək üçün, Hələbi dəlil kimi mənhəc və əqidənin fərqli anlayışlar olduğunu hesab edən bəzi Əhli Sünnə alimlərinin rəyini gətirir.

Hələbinin bu iddiasına rəddiyyə olaraq alimlər bu cavabı veriblər:

Əslində müasir dövrdə yaşayan Əhli Sünnə alimlərinin əqidə və mənhəcin bir-birindən fərqli, aralarında heç bir fərqin olmaması barədə müxtəlif rəyləri vardır.

Şeyx ibn Bəz və digər alimlər hesab edir ki, əqidə və mənhəc eyni anlam olub, aralarında heç bir fərq yoxdur.

Şeyx Albani, şeyx Rabi, şeyx Fövzan və digər alimlər isə hesab edirlər ki, mənhəc əqidədən daha genişdir, odur ki, əqidə mənhəcin bir hissəsidir.

Şeyx Fövzan (Allah onu qorusun) deyir:

Mənhəc əqidədən daha genişdir. Mənhəc əqidədə, davranışda, əxlaqda və digərləri ilə münasibətdə olur. Mənhəc müsəlmanın bütün həyatını əhatə edir. Müsəlmanın öz həyatında riayət etdiyi istənilən davranışı mənhəc adlanır.

Əqidəyə gəldikdə isə, imanın əsası, iki şəhadətin mənası və onların kəsb etdiyi hər şey nəzərdə tutulur. Bu əqidədir33.

Beləliklə, Əhli Sünnənin bu ixtilafında Hələbinin insanın “çəkisizlik vəziyyətində” olaraq əqidədə sələfi və mənhəcdə hizbiçi ola biləcəyi barədə iddiasına dəlil yoxdur.

Çünki, alimlərin birinci rəyinə əsasən, mənhəc və əqidə eyni anlayışlardır və buna görə bu alimlər üçün mənhəcdə azmaq, həm də əqidədə azmaq deməkdir.

Əqidə və mənhəc arasında fərq qoyan alimlər isə onlar arasında tam fərq qoymur. Əksinə, onlar hesab edir ki, əqidə mənhəcin bir hissəsidir. Odur ki, bu alimlər insanın əqidədə sələfi ola-ola qeyri-sələfi mənhəcə malik ola biləcəyini hesab etmir. Axı bu alimlər üçün əqidə, mənhəcin bir hissəsidir 34.

Şeyx Fövzan (Allah onu qorusun) deyib:

Əgər insanın mənhəci doğru olarsa, o, Cənnət sakinlərindən olacaq. Əgər o, Peyğəmbərin mənhəci və əməlisaleh sələflərin mənhəci üzrə olarsa, Allahın iznilə Cənnət sakinlərindən olacaq. Əgər o, azmışların mənhəcindədirsə, Cəhənnəm vəd olunmuş kəslərdən olacaq. Beləliklə, insanın Cənnətə və ya Cəhənnəmə layiq olduğu mənhəcin doğruluğu və yalnışlığından asılıdır”.

Həmçinin Əhli Sünnə alimləri “mənhəc” terminindən istifadə edərkən bəzi əqidə məsələlərini nəzərdə tuturlar. Bu yanaşmaya müvafiq olaraq, mənhəc əqidənin bir hissəsidir, odur ki, mənhəcdə pozuntular əqidədə pozuntular deməkdir.

Şeyx Salih Əli Şeyx (Allah onu qorusun) deyir:

Biz “mənhəc” dedikdə, bəzi əqidə məsələlərini nəzərdə tuturuq, çünki mənhəc, Əhli Sünnə vəl-Cəmaə əqidəsinin bir hissəsidir. Odur ki, əgər sən Əhməd ibn Əbdul Həlim ibn Teymiyyənin (Allah ona rəhmət etsin) yazdığı “əl-Əqidə əl-Vasitiyyə” adlı əqidə kitabına baxsan, görərsən ki, bu kitabın bəzi fəsilləri “yaxşılığa dəvət və pislikdən çəkindirmək”, “rəhbərlərə münasibət”,mübahisələrə və müxtəlif ixtilaflara münasibət məsələlərinə həsr olunub. Bu məsələləri müasir alimlər mənhəc adlandırır” (“Mühimmət fi əl-Əqidə və əl-Mənhəc”).

Beləliklə, mənhəcin tərifi (müəyyən olunması) məsələsində müasir alimlər arasında ixtilaflara baxmayaraq, onlardan heç biri deməyib ki, insan əqidədə sələfi, mənhəcdə isə ixvan ola, daha sonra isə asılı vəziyyətdə qala bilər. Mənhəcdə qüsurluluq, əqidədə qüsurluluğa işarə edir və əksi də tamamilə eynidir. Odur ki, əqidə və mənhəc bir-birindən qarşılıqlı surətdə asılı olan və bir-birinin mövcudluğunu labüd edənanlayışlardır.

Şeyx Ubeyd əl-Cabiri (Allah onu qorusun) demişdir:

İslam iki şeydən ibarətdir: doğru əqidə,düzgün və sağlam mənhəc. Bununla bərabər, bu iki anlayış bir-birindən qarşılıqlı surətdə asılıdır və ayrılmazdır. Odur ki, əgər kiminsə mənhəci xarabdırsa, əmin olun ki, bu, onun əqidəsinin xarab olması səbəbi ilədir. Odur ki, əgər insanın əqidəsi doğru olarsa, onun mənhəci də doğru olacaqdır35.

Sonda Şeyx Rabi əl-Mədxalinin Hələbinin əqidə və mənhəc arasında bu cür fərq qoymasının batil olmasını təfsilatı ilə göstərən sözlərini təqdim edirik:

Şeyx Rabidən (Allah onu qorusun) soruşublar:

Əqidə və mənhəc arasında fərq mövcuddurmu? Və əgər onlar arasında həqiqətən fərq mövcuddursa, hizbiçilər öz məqsədlərində bu faktı istifadə edə bilərlərmi?”

Cavab: “Məlumdur ki, bu əsrdə insanlar mənhəc termini barədə çox danışırlar. Lakin sələflərin dövründə başqa cür idi. Onlar bəzən “mənhəc” və “minhəc” terminlərindən istifadə edirdilər, amma onlar bu termindən tez-tez istifadə etmirdilər. Lakin daha sonra sələfilər bu termindən tez-tez istifadə etməyə məcbur qaldılar.

Mən, şeyx ibn Bəzin əqidə və mənhəc arasında fərq qoymadığını və onları eyni şey hesab etdiyini eşitmişəm. Lakin şeyx Albani fərq qoyur. Mən də fərq qoyuram və hesab edirəm ki, mənhəc əqidədən genişdir. Mənhəc özündə əqidəni, ibadəti, elm tələb etmək metodunu, bidətçilərlə münasibət tərzini ehatə edir. Odur ki, mənhəc daha genişdir. misal olaraq biz deyirik ki: Əhli Sünnənin əqidədə mənhəci, ibadətdə mənhəci, elm tələb etməkdə mənhəci, filan məsələdə mənhəci və s. Odur ki, şübhəsiz ki, mənhəc daha genişdir.

Lakin bidət əhli öz hizbiçi siyasi məqsədləri üçün əqidə və mənhəci bir-birindən ayırırlar. Beləliklə, onlar bir çox sələfiləri aldadır və belə deyirlər: “Sən öz əqidəndə qal. Mənhəcə gəldikdə isə, biz birgə əməkdaşlıq etməliyik. Odur ki, biz deyəcəyik ki, filankəs əqidədə sələfidir, mənhəcdə isə ixvan!”. Lakin məlumdur ki, ixvanların mənhəci Sələfi əqidəsinə qarşı müharibədir. Odur ki, bu insan “mən əqidədə sələfi, mənhəcdə ixvanam” və ya “mənhəcdə təbliğçiyəm” dedikdə, bununla o, Sələfi mənhəcinə və Sələfi əqidəsinə açıq şəkildə müharibə elan edir. Bu səbəbdən, bu cür bölgü ixvanların və təbliğçilərin yaydığı hizbiçi siyasi hiylədir. Xüsusən də, onlar sələfiləri aldadıb doğru yoldan azdırmaq üçün əqidə və mənhəc arasında bu bölgünü tətbiq ediblər.36.

 
“İlzam (məcburiyyət) yoxdur” qaydası (لا يلزمني)
 

Digər sözlə desək: şəxsiyyətlərin halı ilə bağlı məsələlərdə elm əhlinin icma etməsi və ya qarşı tərəfin öz xətasını etiraf etməsi halları istisna olmaqla, kimisə hər hansı bir rəyi qəbul etməyə məcbur etmək olmaz.

Yuxarıda da qeyd olunduğu kimi, bu qayda Hələbinin ən əsas mumeyyi bidətlərindən biridir. Bu qayda vasitəsilə Hələbi sərhədlərin silinməsi (mumeyyilik) fikirini əvvəlki ideoloqlarından açıq-aydın şəkildə fərqləndirdi. Bundan əlavə, Hələbinin məhz bu qaydası onun digər azmış qayda və prinsiplərinin mənbəyidir. Bu qayda və prinsiplər barədə biz Allahın iznilə daha sonra bəhs edəcəyik.

Beləliklə, bu qaydaya müvafiq olaraq, Hələbi və onun tərəftarları belə hesab edirlər ki, aşağıdakı iki hal istisna olmaqla, bir çox ixtilaflı fiqhi məsələlərdə olduğu kimi, kiməsə bidətçi deməkdə (hətta bunun səbəblərinin, tutarlı şəriət dəlil və sübutlarının olmasına baxmayaraq) azmış şəxsiyyətlərdən (bunda da dəlil və sübutlar əsasında olmasına baxmayaraq) çəkindirmə məsələlərində də kimisə alimlərin rəyini qəbul etməyə məcbur etmək icazəli deyildir:

İstisna edilən hallar isə bunlardır:

  1. Bu şəxsiyyət barədə bütün alimlərin yekdil rəyi (icma) olduğu halda;
  2. Qarşı tərəfin öz mövqeyinin yalnış olduğunu etiraf etməsi, ona verilən rədlərdən qane olması halında.

Hələbi deyir:

Əgər insan öz rəyini haqq sayırsa, çoxsaylı dəlillərlə onu müdafiə etmək və sübut etmək ona qadağan deyil. Lakin buna görə digərləri ilə dalaşmaq (!) 37 və onun rəyini qəbul etməyə məcbur etmək ona qadağandır!” 38.

Həmçinin Hələbi yazır:

Bəzi görüşlərdə mən demişəm: əsaslı dəlillər və açıq-aydın səbəblərin mövcudluğu , yaxud bu məsələdə səhih icmanın olduğu hallar istisna olmaqla, cərh edən alimin rəyini qəbul etməyə kimisə məcbur etmək icazəli deyil. Bəziləri isə elə düşünüb ki, mən cərh etmək üçün icmanın olmasının vacibliyindən danışıram! Lakin məlum olduğu kimi, cərh etmək və digərlərini bu cərhi etməyə məcbur etmək arasında böyük fərq mövcuddur! Əgər kimsə onunla razılaşaraq bu cərhi edibsə, lap yaxşı. Lakin əgər kimsə öz şəri elmi narazılığı səbəbi ilə bu cərhi etməkdən imtina edibsə, onu bu cərhə məcbur etmək olmaz. Axı bir məsələdə müxtəlif rəydə olan iki insan bir-birini öz rəyini qəbul etməyə məcbur edə bilməz! Bu məcburiyyətə dəlil nədir!?” 39.

Daha sonra Hələbi şeyx Rabinin bu sözlərini gətirir:

(Şeyx Rabi deyir:) “Alimlər və həqiqi elm tələbələri kimi dəlillərə baxmaq və onlara əməl etmək sizin üçün vacibdir. Bu və ya digər şəxsiyyət barəsində açıq-aydın və aşkar dəlillərə əsaslanaraq mülahizə söyləyən alimlərlə razılaşmamaq isə sizə qadağandır”.

Daha sonra Hələbi özünün bu batil qaydasının müdafiəsi üçün şeyx Rabinin yuxarıda qeyd olunmuş sözlərini şərh edir:

(Hələbi deyir:) “Onun “açıq-aydın və aşkar dəlillər” deməsi bu anlama gəlir ki, əgər bu dəlillərlə razılaşsalar və haqq onlara aydın olsa, onlar alimlərin bu mülahizələrini rədd edə bilməzlər! Biz bu barədə dəfələrlə demişik! Lakin əgər onlar razılaşmasalar (bu tamamilə mümkündür, çünki, o zaman ümumiyyətlə ixtilaflar olmazdı), bu halda edilə biləcək yeganə şey, onları haqqa və səbrə dəvət etməklə nəsihət etmək, səmimi məsləhətlər verməkdir.

Onları razı olmadıqları bir şeyə məcbur etməyə və ya inanmadıqları bir şeyə vadar etməyə gəldikdə isə, bu, elə həmin təqlidin daha bir təzahürüdür. Özü də, təqlidin bu növü daha da pisdir! Axı əgər cərh açıq-aydın olsaydı, ilk əvvəldən bu cərhin doğruluğunda ixtilaf olmazdı40
.

Beləliklə, alimin hər hansı bir şəxsiyyət barədə cərhi ilə razılaşmaqdan imtina edilməsi, Hələbi üçün həmin bu alimin cərhinin zəif dəlillərə əsaslandığına işarə edir.

Hələbinin bu şərli qaydasının əsas nöqsanı da məhz budur – bu qayda təkəbbür, şəxsi maraqlar, həsəd və ya nəfsin istəklərinə uymaqla bağlı olan digər səbəblər ucbatından haqqı qəbul etməkdən imtina etməyin mümkünlüyünü istisna edir.

Digər sözlərlə, bu Hələbi qaydası, hər bir gizli bidətçiyə və nəfsinin istəklərinə uyanlara imkan verir ki, o, müxtəlif azmış şəxsiyyətləri sələfilərə məsləhət bilsin və əsassız şəkildə bu şəxsiyyətlər barədə olan dəlillərin özü üçün inandırıcı olmadığını iddia edərək onları beləcə doğru yoldan azdırsın.

Yəni ki, misal olaraq hər hansı Əhməd (şərti addır) adlı özünü sələfi adlandıran bir dəvətçi, Muhamməd Hassan (Misirdə nümayişləri və prezidentin devrilməsini icazəli görən, həmçinin Seyyid Qutbu və digər bidətçiləri tərifləyən hizbiçi) və ya Əbu İshaq Huveyni (bugünkü müsəlman rəhbərləri qanuni hesab etməyən və günahda israr edənin islamdan çıxdığını hesab edən bir hizbiçi) kimi qutbiçiləri, həmçinin digər xəvaricləri və azmış şəxsiyyətləri tövsiyyə edir, müdafiəsinə qalxır və onlardan çəkindirməkdən imtina edirsə, bu zaman deyilən şərli hələbiçi qaydaya əsasən, hətta əgər biz ona mötəbər alimlərin sözləri ilə bu insanların audio dərslərindən və məqalələrindən onların zəlalətə uğradıqlarına dair açıq-aydın dəlillər və faktlar göstərsək də, biz, Əhmədi məcbur edə bilmərik ki, o, bu insanları tövsiyyə etməkdən əl çəksin. Biz yalnız aşağıdakı iki halda Əhmədi bu azmış şəxisyyətlərdən çəkindirməyə və onları tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilərik:

  • Ya bütün sələfi alimlər yekdil şəkildə onları bidətdə ittiham etsə (bu isə demək olar ki, mümkün deyil. Çünki onun alim hesab etdiyi Hələbi kimi mumeyyilər azmış şəxsiyyətləri həmişə müdafiə edəcəklər);
  • Yaxud da, biz onların zəlalətlərinə dair açıq-aydın dəlilləri təqdim etdikdən sonra, Əhməd təkəbbür göstərməyərək bizim dəlillərimizlə razılaşsa və bizim mövqeyimizin doğruluğunu qəbul etsə! Lakin bu yalnız Əhmədin ixlaslı və öz nəfsinin istəklərinə uymayan bir insan olduğu halda mümkün ola bilər.

Lakin əgər Əhməd gizli qutbiçidirsə və ya öz nəfsinin istəklərinə uyan bir insandırsa, o zaman o, bizə deyəcək: “Əgər siz onları bidətçi hesab edir və onlardan çəkindirirsinizsə, bu sizin haqqınızdır. Məni onlardan çəkindirməyə məcbur edə bilməzsiniz, çünki mən sizin dəlilərinizi inandırıcı hesab etmirəm və alimlərin onların bidətçi olduqlarına dair icması mövcud deyil. Odur ki, mən onları sələfi hesab etməyə davam edəcəm və müsəlmanlara onları dinləməyi və onlardan elm almağı tövsiyyə edəcəm”.

Biz isə Hələbinin bu şərli qaydasına müvafiq olaraq bu bəhanəni qəbul etməli və Əhmədin (şərti addır) öz tərəfdarlarına və digər sələfilərə bu azmış xəvaricləri və digər bidətçiləri tövsiyyə etməyə davam etməsini səssiz-səmirsiz seyr etməliyik. Bizə yalnız Əhmədə öyüd vermək və yaxşı nəsihətlər etmək qalır. O isə ürəyində bizə güləcək. Çünki əslində Əhməd gizli qutbiçidir və öz həmfikirlərini bilərəkdən tövsiyyə edir və dolayı yolla öz xəvaricliyini sələfilər arasında yayır.

Şübhə yoxdur ki, yuxarıda göstərdiyimiz misalda oxucu “ilzam (məcburiyyət) yoxdur” qaydasının necə şərli və təhlükəli olduğunu dərk edir. Şeyx Rabi (Allah onu qorusun) deyib:

Hələbiçilərin qaydaları arasında onların haqqı qəbul etməkdən imtina etmələri üçün istifadə etdikləri “ilzam (məcburiyyət) yoxdur” və ya “bu məni qane etmədi” qaydaları var. Bu, onların ən şərli qaydalarından biridir
41.

Bu qaydanın yalnış və şərli olmasının dəlili kimi iki ümumi cavab vermək olar:

Birinci cavab: Yuxarıda qeyd olunduğu kimi, bu qayda təkəbbür, şəxsi maraqlar, həsəd və ya nəfsin istəklərinə uymaqla əlaqəli digər səbəblərdən haqqı qəbul etməkdən imtina etməyin mümkünlüyünü istisna edir. Axı bir çox kafirlər və bidətçilər öz təkəbbürləri, yaxud nəfslərinin digər istəkləri və dünyəvi maraqlar səbəbi ilə dəlilləri qəbul etməkdən imtina edirlər. Uca Allah buyurmuşdur:

{وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ}

(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar.” (Müqəddəs Quran, 2:145)

Həmçinin Uca Allah buyurmuşdur:

{وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ}

“Onlar (Firon və onun qövmü, Musaya göndərilən möcüzələrin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. ” (Müqəddəs Quran, 27:14)

Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) təkəbbürlüyün mənasını açıqlayaraq demişdir:

Təkəbbürlük – haqqı qəbul etməmək və insanlara həqarətlə  baxmaqdır 42.

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) mübahisələrin aparılmasının halı barəsində danışarkən demişdir:

Əgər mübahisəçi təkəbbürlüdürsə və haqq ona göstərildikdə haqqı qəbul etmirsə, mübahisələrin aparılması qadağan oluna bilər43.

Mübahisə aparmağın icazəli olmadığı mübahisəçini təsvir etdikdən sonra isə İbn Teymiyyə demişdir:

İnsanların əksəriyyəti yalnız onlara qarşı güc tətbiq edildikdə haqqı qəbul edir44.

Beləliklə, İbn Teymiyyə deyir ki, insanların əksəriyyəti yalnız onlara qarşı güc tətbiq edildikdə haqqı qəbul edir. Hələbi isə təbliğ edir ki, insanlar haqqı yalnız haqqa inanmadıqları üçün qəbul etmirlər.

Həmçinin Hələbinin “Axı cərh açıq və aydın olsaydı, ilk əvvəldən bu cərhin doğruluğunda ixtilaf olmazdı” sözlərini İbn Teymiyyənin aşağıdakı sözləri ilə müqayisə edin:

İxtilafların və müxalifliyin əsas səbəbləri zənlərə və öz nəfsinin istəklərinə uymaqdır45.

Əslində, elədir ki var. Şübhə yoxdur ki, alimlərimizin bidətdə ittiham etdiyi demək olar bütün azmış şəxsiyyətlər haqqı bilir və onu bilərəkdən qəbul etmirlər. Axı Hələbi də daxil olmaqla, alimlər uzun illər boyunca onların bir çoxuna nəsihətlər edib və onların zəlalətlərinı dəfələrlə özlərinə bəyan ediblər. Alimlər insanın haqqa riayət etmək istəmədiyini və ya bilərəkdən bidətlərin və onların ideoloqlarının ardınca getdiyini gördükdə, onu bidətdə ittiham edir və ondan çəkindirirlər.

Bundan əlavə, İbn Teymiyyənin yuxarıda qeyd olunan sözlərində də işarə olunduğu kimi, bidət əhlinin əsli bundan ibarətdir ki, onlar öz bidətlərinə qəsdən çağırmaqla sadəcə olaraq haqqı qəbul etmək istəmirlər. Şeyx Rabi (Allah onu qorusun) deyir:

Onların (hələbiçilərin) qaydaları arasında onların haqqı qəbul etməkdən imtina etmək üçün istifadə etdikləri “ilzam (məcburiyyət) yoxdur” və ya “bu məni qanə etmədi” qaydaları var. Bu ən şərli qaydalardan biridir. Axı Peyğəmbərlərin də düşmənləri onların təbliğ etdiyi haqqla qəsdən razılaşmır və haqqa tabe olmurdular. Haqqı bildikdə ona tabe olan peyğəmbərin əshabələri və əvvəlki sələfilərdən fərqli olaraq, rafizilər, sufilər, xəvariclər və azmış partiyalar sırasından olan zəlalət əhli haqq məlum olduqda bilərəkdən haqqa  tabe olmurlar. 46.

Bu səbəbdən, haqqı bilən və onu qəbul etmək istəməyənlə, onu bilməyən arasında böyük fərq mövcuddur. Odur ki, Hələbinin bəzi şagirdləri şeyx Rabinin yanına gələrək öz müəllimlərinin müdafiəsi məqsədilə eynilə Hələbi kimi şeyx Abbad və Salih Əli əş-Şeyxin də bəzi şəxsiyyətləri bidətdə ittiham etmədikləri faktını dəlil gətirdilər. “Bəs o zaman niyə onlardan çəkindirmirsiniz, amma Hələbidən çəkindirirsiniz?” – deyə onlar soruşdular. Şeyx Rabi onların sözlərinə təəccüblənərək demişdir:

Məgər bu cür dəlil gətirmək sələfiyə layiq sözlərdir? Abbada gəldikdə, o, sadəcə olaraq (alimlərin bu şəxsiyyətlərə rəddiyyələrini) oxumur. Şeyx Salih Əli Şeyxə gəldikdə isə — sizin onun haqqında dedikləriniz mənə məlum deyil, odur ki, mənə onun haqqında iradlarınızı göndərin və mən ona nəsihət edim. Əli Hələbiyə gəldikdə isə, o, bu problemləri bilir və onlar haqqında oxuyur (buna baxmayaraq zəlalətdə israr etməyə davam edir)!” 47.

Beləliklə, bu məsələdə haqq budur ki, əgər insana açıq-aydın dəlillər göstərilirsə, bu zaman o, bu dəlilləri qəbul etməklə mükəlləfdir. Lakin əgər o, açıq-aydın dəlillərə söykənmiş haqqı qəbul etməkdən imtina edirsə, bu halda onu öz nəfsinin istəklərinə uymaqda və təkəbbürlükdə ittiham edirlər.

Şeyx Useymin (Allah ona rəhmət etsin) deyib:

Şübhə yoxdur ki, (azmış camaatlar arasındakı) bu ixtilaflardan bəziləri icazəlidir.Lakin, bu ixtilaflardan bəziləri təkəbbür göstərmək və haqqı qəbul etmək istəyinin olmaması səbəbi ilə baş verir. Odur ki, əgər haqq aydın oldusa, onu qəbul etməkdən imtina edən təkəbbürlü və haqqı qəbul etməyə can atmayan biridir. Lakin haqq aydın deyilsə, bu halda ixtilaf icazəlidir48.

Odur ki,  hər hansı bir məsələdə icma yoxdursa və o insan dəlillərlə razılaşmırsa, onu hər hansı bir rəyi qəbul etməyə məcbur etməyin qadağan olmasına dair Hələbinin və onun təriqətinin mövqeyi lap başlanğıcdan yalnışdır.

Əksinə, sələflər açıq-aydın dəlillər göstərildiyi halda bu dəlilləri qəbul etmək istəməyən və bu dəlillərlə razılaşmayan insanları ilzam edər və (onları bidətdə ittiham edərək) onlar barədə hökm çıxarardılar.

Şeyx İbn Useymin (Allah onu qorusun) deyib:

Əgər biz desək ki, ixtilaf olan bütün məsələlərdə bu rəylərdən birini seçəni qınamaq olmaz, bütün din itib gedəcək və insanlar alimlərə məxsus yalnış, lakin özləri üçün rahat olan rəylərinə uyacaqlar. Axı demək olar elə bir məsələ yoxdur ki, onda ixtilaf olmasın49.

İmam Şövkani deyib:

Beləliklə sənə aydın oldu ki, (bəzi) fəqihlərin “ixtilaflı məsələlərdə ilzam (məcburiyyət) yoxdur” düşüncəsi onların tərbiyə aldıqları, ömürləri boyunca əməl etdikləri və öyrəndikləri təqlidə bəslənən sevginin təzahürüdür50.

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Kim qəbuledilməz ixtilaflara istinad edərək Quranın açıq-aydın ayələrinə, müfəssəl Sünnəyə və ya bu ümmətin sələflərinin yekdil olduğu məsələlərə zidd gedir, belə insanla bidətçi kimi davranmaq lazımdır51.

Həmçinin o, deyib:

Əgər dəlillər açıq-aydın və danılmazdırsa, bu halda bu məsələ, tərəflərdən hər hansı birini qınamağın icazəli olmadığı mübahisəli məsələ hesab olunmur. Əksinə, bu, digər tərəfi qınamağın icazəli və hətta zəruri olduğu mübahisəli məsələlərdən hesab olunur52.

Bəs o zaman Hələbi və onun tərəfdarlarının açıq-aydın haqqı inkar etməsinə, bidət və zəlalətləri bütün insanlara bəlli olan müxtəlif azmış insanları müdafiə etməyə davam edərək “ilzam (məcburiyyət) yoxdur” qaydasını istifadə etməsinə nə demək olar?!

Şeyx Rabi (Allah onu qorusun) deyib:

Onun xatırlatdığı “ilzam”, Əbul-Həsənə (Məribi), onun təriqətinə və həmçinin Əli Həsən Hələbi kim onların ardınca gedənlərə məxsus olan “ilzam (məcburiyyət) yoxdur”  qaydasına ziddir. Qəbul etməyə mükəlləf olduqları haqqdan üz döndərmək üçün bu təhlükəli qaydadan istifadə olunur. Həmçinin bu qaydadan “İxvanul-muslimin” (“Müsəlman qardaşlar”) və “Təbliğ camaatı” təriqətlərinin sırasından bidət tərəfdarları və öz nəfsinin istəklərinə uyanlar haqqında sələfi alimlərinin mülahizələri ilə razılaşmamaq üçün istifadə olunur53.



“Bizdən olmayanlar barədə ixtilafımızı, öz aramızda ixtilafa çevirməyək” qaydası
 

Hələbinin bu qaydası, ona məxsus “ilzam (məcburiyyət) yoxdur” qaydasının məntiqi davamıdır. Onu və onun tərəfdarlarını, müxtəlif xəvaricləri, qutbiçilərı və digər bidətçiləri tövsiyyə edib müdafiəsinə qalxanları nəyəsə ilzam (məcbur) etməyin mümkün olmadığını elan etdikdən sonra, Hələbi bu qaydanı uydurdu ki, sələfilər müxtəlif azmış şəxsiyyətləri israrla müdafiə etdiyinə görə onu qınamasınlar.

Hələbi deyir:

Bizim (Əhli Sünnənin) — bidətçilər və bidətlərə düşmüş sünnilər sırasından — bizdən olmayanlarla bağlı məqbul ixtilafımızı öz aramızda (Əhli Sünnə arasında) ixtilafa çevirmək olmaz. Əksinə, bir-birimizə haqqı göstərməklə və bir-birimizi səbrə və mərhəmətə dəvət etməklə bir-birimizə yaxşı nəsihətlər etməliyik54.

Hələbinin “bidətçilər və bidətlərə düşmüş sünnilər sırasından” sözünə diqqət yetirin. Yəni, Hələbi özü etiraf edir ki, bu qayda həm bidətə düşmüş sünniyə, həm də əsli bidətçi olana tətbiq oluna bilər!

Digər sözlərlə, məsələn, əgər iki sələfi rəhbərə qarşı çıxmış (xuruc etmiş) və nümayişləri dəstəkləyən Muhamməd Həssən barədə ixtilaf ediblərsə – biri onu tövsiyyə edir, digəri isə ondan çəkindirirsə, o zaman Hələbinin bu qaydasına müvafiq olaraq, bu iki sələfinin münasibətləri buna görə pozulmamalıdır. Axı Hələbinin “ilzam (məcburiyyət) yoxdur”  qaydasına əsasən, birinin digərini bu azmış şəxsiyyətlər əleyhinə çəkindirməsini qəbul etməyə ilzam (məcbur) etmək üçün ya icma olmalıdır 55 (o isə yoxdur), yaxud da tövsiyyə edən şəxs haqqa riayət edən həqiqi sələfi olmalı və çəkindirənin dəlilləri ilə razılaşmalıdır.

Əgər  bu azmış şəxsiyyətləri tövsiyyə edən şəxs hər hansı bir səbəbdən bu insanların zəlalətini göstərən açıq-aydın dəlillərlə razılaşmasa, Hələbinin bu qaydasına müvafiq olaraq, onlar buna görə ixtilaf etməməli və öz münasibətlərini xoşluq və mərhəmət üzərində qurmağa davam etməlidirlər.

Bu nə deməkdir?! Bu sadəcə olaraq Hələbi və digər mumeyyilərin əməl etdiyi məşhur ixvan qaydasının başqa şəkildə ifadə olunmasıdır: “Həmfikir olduğumuz məsələlərdə birləşək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq, üzr gətirək”.

Bu əsassız qaydanın təkzib olunmasına gəldikdə isə, əməlisaleh sələflərimizdən azmış şəxsiyyətlərdən çəkindirməkdən imtina edənlərlə münasibəti kəsməyi əmr edən çoxsaylı rəvayətlər vardır.

Bu qaydanın əsassızlığını sübut etmək üçün imam Əhməd və Hüseyn Kərabisi ilə bağlı məşhur hadisəni təqdim edək. Hafiz ibn Əbdul-Bərr (Allah ona rəhmət etsin) deyib:

Əbu Əli Hüseyn ibn Əli Kərabisi bir çox əsərlər qələmə almış mötəbər bir alim idi. Rəhbərin dini məsələlərdə qərarları yalnız onun fətvalarına əsaslanırdı. Həmçinin o, məharətli mübahisəçi və çox təkəbbürlü idi. O, ilk əvvəl İraq sakinlərinin məzhəbində idi (yəni, Əbu Hənifənin məzhəbində —  tərc.qeyd.). İmam Şafii gəldikdən və o, onunla görüşdükdən və onun əsərləri ilə tanış olduqdan sonra, o, (Kərabisi) Şafiinin məzhəbinə keçdi və ona böyük ehtiram bəsləməyə başladı. O, sayı 200 cildə çatan çoxsaylı əsərlərin müəllifidir.

Kərabisi Əhmədlə də dostyana və yaxşı münasibətlərdə idi. Lakin Kərabisi Quran məsələsində digər rəyi seçdikdə dost münasibətləri düşmən münasibətlərinə çevrildi və onlardan hər biri digərini cərh etməyə və bir-birindən çəkindirməyə başladılar56.

İbn Əbdul-Hadi nəql edirdi:

İmam Əhməddən Kərabisinin “Mən Quran oxuyanda, mənim ləfzim məxluqdur” sözləri haqqında soruşdular. Buna imam Əhməd cavab verdi: “Bu Cəhmin sözləridir (yəni, cəhmilərin – qeyd.tərc.)”.

İshaq ibn İbrahim nəql edir ki: “Mən imam Əhmədin “Allah Kərabisini alçaltsın! Onunla danışmaq, əlaqə saxlamaq və onun kitablarının üzünü köçürmək icazəli deyil. Həmçinin, onunla əlaqə saxlayanlarla da əlaqə saxlamaq olmaz” dediyini eşitmişəm.57.

İmam Əhmədin sözlərinə diqqət yetirin: “Həmçinin, onunla əlaqə saxlayanlarla da əlaqə saxlamaq olmaz” və onları Hələbinin şərli qaydası ilə müqayisə edin: “Bizdən olmayanlar barədə ixtilafımızı öz aramızda ixtilafa çevirməyək”.

İmam Əhmədin bu sözləri Hələbinin bu qaydasının əsassız olduğunu göstərən ən güclü dəllillərdən biridir 58.

Həmçinin Əbu Davud Sicistani imam Əhməddən soruşmuşdur:

Əgər mən Əhli Sünnədən olan birini bidətçi ilə əlaqə saxlayan görsəm, onunla (Sünnə əhli ilə) əlaqəni kəsməlyəmmi?

İmam Əhməd cavab verdi:

Yox, əvvəlcə ona başa sal ki, onunla birgə gördüyün o insan bidətçidir. Əgər onunla oturub-durmağa son qoysa, onunla əlaqəni kəsmə. Bundan sonra yenə də o bidətçi ilə oturub-durmağa davam edərsə, onu da o bidətçiyə nisbət et, çünki İbn Məsud demişdir: “İnsanı dostuna görə tanımaq olar59.

Bundan əlavə, bu qaydanın əsassızlığına həmçinin onun ifadə şəkli da işarə edir: “Bizdən olmayanlar barədə ixtilafımızı öz aramızda ixtilafa çevirmək olmaz”.

Çünki əgər biz, bu azmış insanların Əhli Sünnədən olmadığı ilə razılaşsaq, o zaman ümumiyyətlə heç bir ixtilafımız olmayacaq. Əslində Hələbi dolayısı ilə sələfilərə deyir: “mən müxtəlif bidətçilərin Əhli Sünnə sırasından olduğunu hesab etməyə davam edəcəm, lakin siz (sələfilər), buna görə mənimlə münasibəti korlamamalı və məni qınamamalısız”.
Allahdan bizi bu cür zəlalətdən qorumasını diləyirik.

Təfsilatlı, əsaslandırılmış cərhin qəbul edilməsinin vacibliyinin inkar edilməsi

Hələ hədis elminin meydana gəldiyi ilk dönəmlərdən Sünnə ardıcılları qəti qərar veriblər ki, əgər alim öz cərhinin səbəbini izah edərək hər hansı bir şəxsdən çəkindirib və onu cərh edibsə, bu şəxsiyyət barədə digər alimlərin ümumi təriflləri (tədilləri) qarşısında onun cərhinə üstünlük verilir.

İmam İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir:

Haqq budur ki, təfsilatlı cərhə həmişə üstünlük verilir60.

Hafiz İbn Həcər (Allah ona rəhmət etsin):

Cərhin səbəblərini bilən insanın etdiyi təfsilatlı cərh tərifdən (tədildən) önə çəkilir, ona üstünlük verilir61.

Lakin Hələbinin hədis alimlərin bu məşhur sələfi qaydasını inkar edərək, bunu öz istədiyi kimi təfsir etməsi də onun uydurma “ilzam (məcburiyyət) yoxdur” qaydasının nəticəsidir. Çünki alimin azmış şəxs barədə olan cərhinin hansı açıq-aydın və danılmaz dəlillərə əsaslanmasından asılı olmayaraq, “ilzam (məcburiyyət) yoxdur” qaydasına müvafiq olaraq, əgər müdafiə tərəfi cərhi inandırıcı hesab etmirsə, bu cərhin heç bir qüvvəsi olmayacaq.

Hələbi yazır:

Hətta təfsilatlı cərhi də bəziləri qəbul edə bilər, bəziləri isə bu cərhin dəlilləri ilə razılığı və müxalifliyinə müvafiq olaraq onu inkar edə bilərlər62.

Həmçinin o yazır:

Bu böyük sözlər iki mühüm məqama işarə edir:

1) Cərh edən mütləq öz cərhinin dəlillərini və səbəblərini göstərməlidir.

2) Lakin bu o demək deyil ki, onun cərhi mütləq qəbul edilməlidir. Belə də ola bilər ki, kimsə bu cərhlə razı olmasın və onu qəbul etməsin63.

Beləliklə, Hələbinin bu sözləri açıq-aydın ona işarə edir ki, qarşı tərəfin bu cərhin doğruluğunu qəbul etməsi halı istisna olmaqla, heç kəsi təfsilatlı cərhlə ilzam etmək olmaz 64.

Həmçinin, bu sələfi qaydasını öz bidət “ilzam (məcburiyyət) yoxdur” qaydasına müvafiq olaraq təfsir etmək üçün, Hələbi bəzi alimlərin digər alimlərin əsassız cərhlərini qəbul etmədiyindən bəhs edilən müəyyən halları dəlil gətirir. Sonra isə, Hələbi bu hallara əsaslanaraq iddia edir ki, bu misallar hətta təfsilatlı cərhin də rədd edilə biləcəyinə işarə edir!

Əslində “bu, faktların qəsdən təhrif edilməsidir. Özünü əməlisaleh sələflərə və Əhlül-Hədis vəl-Əsərə aid edən insan bununla məşğul olmamalıdır. Axı təfsilatlı cərhin əsassızlığı səbəbi ilə həmin cərhi qəbul etməkdən imtina etməklə, mötədil alimin əsaslandırılmış cərhini qəbul etməkdən imtina etmək arasında açıq-aydın fərq var! Alimlər məqbul hesab olunmayan və insanın halına təsir etməyən cərhi əsassız cərh hesab edirlər. Həmçinin, əgər cərh edən mütəşəddiddirsə (hədisi rəvayət edənlərlə bağlı ifratlı ağır şərtlər irəli sürənlər) və onun cərhindən nəinki digərləri, hətta böyük imamlar da xilas ola bilməyiblərsə, o zaman onun cərhi də əsassız sayılır” 65.

“Etibarlı insanların gətirdikləri xəbərləri qəbul etmək vacibdir” qaydasının bidətçilərin müdafiəsi üçün təhrifi


Alimlərin azmış insanlar barədə mülahizələrini inkar etmək üçün Hələbi müxtəlif üsullar tətbiq edir. Bu üsullardan biri, Hələbinin guya alimlərin azmış şəxsiyyətlərdən bütün bu çəkindirmələrinin yalan xəbərlərə və uydurulmuş şaiələrə əsaslandığı və bütün bunların sadəcə dedi-qodu olduğu barədə iddialarıdır.

Lakin ona alimlərin dedi-qoduları dinləmədiyi, xəbəri qəbul etməyin vacib olduğu etibarlı insanlardan məlumat aldıqları, bundan əlavə, alimlərin özlərinin etibarlı insanlar olduğu, odur ki, onların mülahizələrini qəbul etməyin vacib olduğu deyildikdə, Hələbi məşhur “Xəbəri etibarlı insandan qəbul etmək vacibdir” şəriət qaydası barədə şübhələr salmağa və o qaydanı bidətçi nöqteyi-nəzərdən şərh etməyə başladı.

Beləliklə, Hələbi aşağıdakıları uydurdu:

Etibarlı insandan adi xəbəri qəbul etməklə, onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq mövcuddur. Guya birinci halda sənin ondan xəbəri qəbul etməyin vacibdir, çünki o, yalançı deyil. İkinci halda isə, onun rəyini qəbul etmək sənə vacib deyil, çünki bu, onun ictihadıdır və o, öz ictihadında yanıla bilər. Əksinə, naməlum və etibarsız rəvayətçilərin xəbərini dəqiqləşdirdiyin kimi, bu xəbəri də dəqiqləşdirməyin lazımdır66.

Əslində isə, Hələbinin bu qaydanı bu cür şərh etməsi təhrif olunmuş məşhur “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) mumeyyi prinsipinə əməl etməkdən başqa bir şey deyildir. Bu qayda haqqında biz mumeyyilər barədə ikinci məqaləmizdə bəhs etmişdik.

“Sərhədlərin silinməsi” (mumeyyilik) ideologiyasının bir çox tərəfdarları, alimlərin müxtəlif azmış şəxsiyyətlər barədə çəkindirmələrini inkar etmək üçün “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bir bidətçi dona salaraq təqdim edirlər ki, heç kim onları müxtəlif azmış şəxsiyyətləri müdafiə və tövsiyyə etməkdən əl çəkməklə ilzam edə bilməsin. Şeyx Rabi Məribinin bu prinsipə əməl etməsi barədə deyib:

“Əbul-Həsən (Məribi) “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) bəhanəsi ilə haqqı inkar edərək Arurun və digər azmış şəxsiyyətlərin mənhəcinin ardınca gedir. Odur ki, o deyir: “Çəkindirilən insanın sözlərini öz qulaqlarımla eşitməsəm və ya onun sözlərini öz gözlərimlə oxumasam, heç kimin haqqında çəkindirməni qəbul etmirəm67.

Eynilə Hələbi də müxtəlif azmış şəxsiyyətlərin halı barədə alimlərin fikirlərini rədd etmək üçün bu bidəti uydurub.

Hələbi deyir:

Bunda etibarlı insandan alınan adi xəbərlə, onun şəxsiyyətlərin halı barədə mülahizələri arasında fərq qoymağın mühümlüyünə işarə var. Bu fərqi qoymayan böyük bir xətaya yol verir! Axı məgər etibarlı insanın “filankəs mövcuddur” deməsi ilə onun bu mövcud olanın bidətçi olmasını deməsi eynidirmi?!68.

Həmçinin o deyir:

Sünnə sahibini bidətdə ittiham etmək və ya bidətçini sələfi elan etmək üçün “Etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasını tətbiq etməyə gəldikdə isə, İslam tarixində belə hal məlum deyil! Bu məsələdə bu gün çox-çox böyük qarışıqlıq mövcuddur və çox təəssüflər olsun ki, mən kiminsə buna diqqət yetirdiyini görməmişəm!69.

Hələbinin yuxarıda qeyd olunan şübhələrinə və iddialarına alimlər bir neçə cavab veriblər:

Birincisi, Hələbinin sünnünü bidətdə ittiham etmək və ya bidətçini sələfi elan etmək üçün “Etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasının tətbiq olunmasının  İslam tarixinə məlum olmaması barədə iddiaları əsassızdır. Axı tarix, tərcümeyi-hal və “cərh və tədil” elminə dair kitablar, etibarlı şəxslərin “cərh və tədil” elminin alimlərinə “filankəs filan şeyi dedi” və ya “filankəs bəhmənkəslə oturub-durur” və ya “filankəs bəhmənkəslə razılaşdı” kimi məlumatlar verdiyi ilə bağlı faktlarla doludur. Daha sonra, alimlər bu rəvayətçilərdən alınmış xəbərlər əsasında bu şəxsiyyətlər haqqında hökm verir və deyirdilər: “O, cəhmidir, qədəridir və ya bidətçidir”.

Bundan əlavə, hədis elminə dair yazılmış kitablar alimlərin müxtəlif şəxsiyyətlər barədə mülahizələri və onları bidətdə ittiham etmələri ilə bağlı faktlarla doludur. Məgər bu bizim etibarlı insandan xəbər qəbul edəcəyimiz anlamına gəlmir?! 70.

İkincisi, əgər biz Hələbinin bu qaydaya təfsiri ilə razılaşsaq da, yenə də bu qayda onun alimlərin müxtəlif azmış şəxsiyyətlərdən bir çox çəkindirmələrindən imtina etməsi üçün dəlil deyil. Axı alimlərin bugünkü çəkindirmələrinin əksəriyyəti sadəcə etibarlı insandan alınan xəbər deyil. Bu çəkindirmələr çox elmi rəddiyyələrdir. Bu rəddiyyələrdə müxtəlif azmış şəxsiyyətlərin kitablarından və audiodərslərindən onların sitatları və mülahizələri gətirilir. Bu sitat və mülahizələrdə onların zəlalətləri və sələf mənhəcinə müxalifliyi açıq-aydın göstərilib.

Bütün bunlara baxmayaraq, bu zəlalətləri görən və bilən Hələbi şeyx Rabinin və digər sələfi alimlərin çəkindirmələri ilə razılaşmır və əsassız olaraq iddia edir ki, bu çəkindirmələr dedi-qoduya əsaslanır 71.

Üçüncüsü, etibarlı alimdən xəbəri qəbul etməklə onun müxtəlif şəxsiyyətlərin, hədis rəvayətçilərinin və bidətçilərin halı ilə bağlı mülahizələrini qəbul etmək arasında fərq qoymaq dəlilsiz yenilikdir.

Axı tarix, tərcümeyi-hal və hədis elminə dair kitablar alimlərin müxtəlif şəxsiyyətlər haqqında mülahizələri ilə doludur. Beləcə, onlar zəif və etibarsız rəvayətçilər haqqında deyirlər: hafizəsi zəifdir, yalançıdır, bidətçidir, xəvaricdir, mötəzilidir, qədəridir, cəhmidir, azmış şeyxdir və sairə.

Buna baxmayaraq, Hələbiyə qədər alimlərdən heç biri bu hökmlər haqqında bildirməyib ki, etibarlı alimdən adi xəbəri qəbul etməyin vacibliyi ilə, onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq mövcuddur və bu mülahizələri qəbul da, rədd də etmək olar.

Bu səbəbdən, əsil odur ki, etibarlı alimlərin ötürdükləri məlumatlarla müxtəlif şəxsiyyətlərin halı barədə mülahizələri arasında fərq qoymadan onların bütün dedikləri qəbul edilməlidir 72.

Alləmə Sənani (Allah ona rəhmət etsin) deyib:

Əgər etibarlı bir insan digər bir nəfərdən xəbər nəql edərsə,  bu cür xəbəri də qəbul etmək lazım olduğu kimi, digər insanın səciyyəvi xüsusiyyətləri barədə xəbər nəql edərsə — məsələn onun adil və ya fasiq olduğunu xəbər verərsə, bu хəbəri də qəbul etmək lazımdır. Axı bütün bu hallar ədalətli insandan xəbəri qəbul etməkdir və bu, təqlid sayılmır. Əksinə, onun nəql etdiyi xəbər qəbul olunur, çünki buna (Quran və Sünnədən) dəlillər işarə edir73.

Sənaninin bu sözləri açıq-aydın göstərir ki, Hələbinin iddia etdiyi kimi, etibarlı insandan xəbər qəbul etməklə onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq yoxdur. 74.

Həmçinin Sənaninin bu sözlərinə diqqət yetirin:

Axı bütün bu hallar ədalətli insanın xəbərinin qəbul edilməsidir ki, bu da təqlid sayılmır”.

Bu sözlərdə sələfilər mötəbər alimlərin müxtəlif azmış şəxsiyyətlər barədə sözlərini qəbul etdikdə onları təqliddə ittiham edən Hələbi və onun tərəfdarlarına açıq-aydın təkzib var. Sənaninin yuxarıda qeyd olunmuş sözlərini Hələbinin bu sözləri ilə müqayisə edin:

Bu gün “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termini, əvvəllər mövcud olan “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termininin eynisi deyil. Bu gün, təəssüflər olsun ki, “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termini elə həmin təqlidin başqa bir təzahürüdür75.

Şeyx Rabidən (Allah onu qorusun) soruşublar:

Sual verən: “Etibarlı insandan xəbəri qəbul etmək barədə sələflərin mənhəci nədir?”

Şeyx Rabi: “Sələflərin, Quran və Sünnənin mənhəci etibarlı insanın xəbərinin qəbul edilməsinin vacibliyini və şəri hökmlərin o xəbər üzərində qurulmasını göstərir.Əgər iki insan hər hansı şəxsin qətl törətdiyinə dair şahidlik gətirsə, şəri hakim şəri qanuna müvafiq olaraq hökm verməlidir – yəni, qatillə bağlı qisas hüququ verməlidir. Həmçinin nikah da iki etibarlı şəxsin şahidliyi ilə qanuni olur. Ticari sövdələşmələr, borclar və digər əməliyyatlar iki etibarlı kişinin və ya bir kişinin və iki qadının şahidliyi ilə qüvvəyə minir. Odur ki, onlar (mumeyyilər) yalnız şəri əsasları dağıdır və öz azmış fikirlərini Quran və Sünnədən dəlillərə qarşı qoyurlar. Rəvayətçilərin çoxsaylı olması şərtini qoyanlar mötəzililər idi. Əhli-Sünnəyə gəldikdə isə, bu, onların rəyi deyil76.

Həmçinin şeyx Rabidən (Allah onu qorusun) soruşublar:

Etibarlı birindən həm ümumi, həm də onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək vacibdirmi, yoxsa yalnız ümumi xəbərin qəbul edilməsi vacibdir?”

Şeyx Rabi: “Əsil odur ki, etibarlı insanın gətirdiyi xəbəri qəbul etmək vacibdir. İstisna hal, şəzz hədislərin halında olduğu kimi, bu xəbərin digər adil rəvayətçlərin xəbərinə zidd olduğu haldır 77. Əsil isə odur ki (etibarlı insandan) bütün xəbərlər qəbul olunmalıdır. Müsəlmanı yalanda ittiham etmək və ondan haqqı qəbul etməmək icazəli deyil. Əgər biz bu mənhəci tərk etsək, o zaman İslamın bir çox ibadət ayinlərini ləğv etməyə məcbur qalarıq. Əgər mənim müəllimim olan və mənə Quranı və Sünnəni öyrədən insan mənə desə ki: “Allahın Elçisi Səhih Buxaridə filan şeyi deyib”, məgər mən bunu yalan sayacam?! Əlbəttə ki, yox. O mənə “filan insan bidətçidir” dedikdə isə, o zaman (onların mənhəcinə müvafiq olaraq) mən ona deyəcəm: “Yox, elə deyil?!”

Onların “təsəbbut” adlandırdığı bu qayda uydurma qaydadır. “Dəqiqləşdirməyin vacibliyi”   prinsipi altında onlar həqiqəti öyrənmək və onun həqiqliyinə əmin olmaq istəmir, əksinə bu qayda ilə həqiqəti inkar etmək istəyirlər. Odur ki, biz onların dəqiqləşdirməyin vacibliyi bəhanəsi ilə möhtərəm alimlərin (müxtəlif şəxsiyyətlərin) halları barədə çoxsaylı ifadələrini rədd etdiklərini görürük. Beləliklə, bu bəhanə zahirən islami görünsə də, əslində dağıdıcı və şeytanidir78.

Bəzi istisna hallara gəldikdə isə, xəbəri gətirən öz unutqanlığı, həddiaşmağı və ya digər səbəblərdən dolayı xətaya yol verdikdə, bu nadir hallar onların gətirdiyi xəbərlər ilə, onların şəxslərin halı barədə dedikləri mülahizələri arasında fərq qoymaq üçün dəlil ola bilməz. Axı məlumdur ki, bir çox qaydaların öz istisnaları mövcuddur.

Bundan əlavə, bu istisna hallar həmçinin insanın halı haqqında xəbərin yox, adi xəbərlərin ötürülməsi zamanı da baş verə bilər. Məgər bu o deməkdirmi ki, bu səbəbdən biz “etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasının özünü ləğv etməli və şübhə altına salmalıyıq?!

Nəticə olaraq, “etibarlı insandan xəbəri qəbul etmək vacibdir” məsələsində sələfi mənhəcini bəyan etmək üçün imam Əhməd və Davud əz-Zahiri ilə bağlı bir əhvalatı təqdim edirik. Bu rəvayəti şeyx Rabi Məribiyə rədd etmək üçün nəql edib:

Davud ibn Əli əz-Zahiri məşhur, mömin, təvazökar bir alim və çox ibadət edən bir zahid idi. Həmçinin fiqhdə məşhur zahiri məzhəbinin banisi hesab olunan əz-Zahiri bidət əhlinə öz güclü rəddiyyələri ilə məşhur idi. Lakin, Davud Quranı məxluq hesab edərək bu məsələdə özü bidətə düşmüşdür. Bu səbəbdən bir çox alimlər onu bidətdə ittiham edib və ondan çəkindirməyə başladılar 79.

İmam əz-Zəhəbi nəql edib:

İsfahanlı Davud Bağdada gəlib çatdıqda, yaxşı münasibətlərdə olduğu Saleh ibn Əhməddən (imam Əhmədin oğlu – tərc.) atası ilə görüş təşkil etməsini xahiş edir. Salih öz atasının yanına gələrək deyir: “Səninlə görüşmək istəyən bir nəfər var”.

Əhməd cavab verir: “Onun adı nədir?”

Saleh: Davud.

Əhməd: Haralıdır?

Saleh: İsfahanlı.

Əhməd: Nə işlə məşğuldur?

Saleh suallara elə cavab verir ki, atası kimdən söhət getdiyini anlamasın. Lakin Əhməd onun kim olduğunu anlayana qədər suallar verməyə davam edir. Daha sonra o deyir: “Mənə onun barəsində Nesəburlu Muhamməd ibn Yəhya yazmışdı ki, o, (Davud) Quranı məxluq hesab edir. Odur ki, qoy mənə yaxın belə gəlməsin.

Saleh deyir: Ay ata, o bunu inkar edir və deyir ki, belə şey deməyib.

Bunun cavabında Əhməd deyir: Mənim üçün Muhamməd ibn Yəhya ondan daha doğru danışandır. Ona mənimlə görüşməyə izn vermə!80

Yuxarıda qeyd olunan əhvalatda baş verənlər barəsində düşündükdə, Hələbiyə və onun tərəfdarlarına aşağıdakı suallar meydana çıxır:

Davuda onun elmi və natiqliyi kömək oldumu?!

O, bidətçilərə güclü rəddiyyə verdiyi, mömin, təvazökar alim və çox ibadət edən zahid olduğu üçün İmam Əhməd onun barəsində susdumu?!

İmam Əhməd Davudun onun ünvanına deyilənləri inkar etməsini qəbul etdimi və imam Əhməd bu səbəbdən etibarlı insanın xəbərini rədd etdimi?!

İmam Əhməd Salehin Davudun kimliyini gizlətmək cəhdinə uydumu, yoxsa gözüaçıqlıq və ayıq-sayıqlıq göstərdi?!

İmam Əhməd Muhamməd ibn Yəhya Nesəburidən aldığı xəbərlə və onun şəxsiyyətin halı ilə bağlı mülahizəsi ilə kifayətləndi, yoxsa onu yoxladı və dəqiqləşdirdi!?

Hələbi, Məribi və onların tərəfdarları Əhli Sünnə vəl-Cəmaə imamının bu qızıl qaydasından necə də uzaqdırlar 81.


Nəticə

Cari məqalədə müəllif yalnız Hələbinin sərhədlərin silinməsi (mumeyyilik) idealogiyasını yaymaq, xəvariclər və digər bidətçilər sırasından azmış şəxsləri müdafiə etmək üçün tətbiq etdiyi əsas qayda və prinsiplərə toxunmağa çalışdı. Bununla bərabər, Hələbi əqidə məsələlərində bəzi digər zəlalətlərə də yol vermişdir. Bunlardan ən təhlükəlisi onun dinlər və təriqətlərin birliyinə çağırışları müdafiə etməsi və onların ünvanına təriflər yağdırmasıdır. Lakin bu məqalədə yalnız Hələbinin təbliğ etdiyi mumeyyi qayda və prinsiplərinin şərhi, onların batilliyinin isbatı, həmçinin  materialın böyüklüyünü və mürəkkəbliyini nəzərə alaraq, onun bu və digər zəlalətlərindən bəhs etməmək qərara alındı.

Beləliklə, Uca Allahın köməkliyi ilə biz bu və bundan öncəki məqalələrimizdə (Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması 1-ci hissə2-ci hissə) sərhədlərin silinməsi (mumeyyilik) ideologiyasının əsas qayda və prinsplərini, bu ideologiyanın sələfilərin sıralarında tarixini və təkamülünü şərh etməyə nail olduq. Bu məqalələrin əsas məramı isə, sələfilərin bu bidətə düşməməsi və müxtəlif azmış şəxsiyyətlərin müdafiəsinə qalxmaması məqsədilə onları sərhədlərin silinməsi ideologiyasının təhlükəli və şərli qayda və əsaslarından qorumaq idi. Uca və Qüdrətli Allahdan bu əməyi qəbul etməsini və onu İslam dini və müsəlmanlar üçün faydalı etməsini diləyirəm!

Allahın salavat və salamı olsun Peyğəmbərimiz Muhammədin, onun əhli-beytinin və bütün səhabələrinin üzərinə olsun!

SunnaPortal.com saytından tərcümə olundu

  1. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 32
  2. “Bəyan Mə Fi Nəsıhə İbrahim ər-Ruheyli min əl-Xələl və əl-İxləl”, səh. 10
  3. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 33
  4. Bu hədisi Buxari və Müslim rəvayət edib.
  5. Bu məqalənin əsasını şeyx Rabinin Hələbi barəsində rəddiyyələrinin məcmusu olan “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi” adlı kitabı; həmçinin şeyx Raid Əli Tahirin, şeyxlər Rabi ibn Hadi əl-Mədxali və Muhamməd ibn Hadi əl-Mədxali (Allah onları qorusun) tərəfindən oxunub yoxlanılmış “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə” kitabı təşkil edir.
  6. Bax. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 24-75
  7. Bu üç şəxsin zəlalətləri ilə “Mumeyyilər kimdir və ya ixvanlığın yeni siması” məqaləsində təffərrüatı ilə tanış olmaq olar
  8. İnqilabı və prezident Mübarəkə qarşı xürucu (üsyanı) dəstəkləmiş misirli qutbiçi. Bundan əlavə, o, öz ailəsi ilə nümayişlərə çıxmış və bütün misirliləri bu “mübarək”  nümayişə çıxmağa çağırmışdır!
  9. Süruri xəvaric fikirlərin sahibi. Onun zəlalətlərindən: günahda israrlı olanı təkfir edir və bugünkü müsəlman rəhbərləri şəri (qanuni) hesab etmir.
  10. Və ya özünü yalandan “isgəndəriyyəli sələfilər” adlandıran isgəndəriyyəli camaat. Onlar arasından ən məşhur şəxsiyyətlər: Yasir Burhami, Muhamməd ibn İsmayıl Muqəddəm, Əhməd Fərid, Səid ibn Əbduləzim və digərləri. Onların hamısı Seyid Qutba qarşı sevgi bəsləyən, təriflər yağdıran oturaq xəvariclərdir. Muqəddəm Seyid Qutbu emosional bir şəkildə tərifləyərək demişdir: “O, ağa (ərəbcə “seyid”) kimi yaşamış və görkəmli insan (ərəbcə “qutb”) kimi ölmüş və öz həyatını İslam üçün qurban vermişdir” (bax: http://www.4salaf.com/vb/showthread.php?t=26013).
  11. Misirin oturaq xəvariclərindən və isgəndəriyyəli hizbçilərin liderlərindəndir. Müsəlman rəbhbərləri qanuni hesab etmir və onların devrilməsni icazəli görür. Bunun əsasında o, öz hizbi “Nur” partiyasını qurmuş və Misirdə hakimiyyət uğrunda mübarizəyə başlamışdır.
  12. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 24
  13. Bax, oradaca.
  14. Şeyx Fövzan, həmçinin Səudiyyə Ərəbistanı Fətvalar üzrə Daimi Komitəsi iman məsələsində xətalarına görə Hələbiyə rəddiyyə veriblər. Növbəti məqalələrimizdən birində biz bu mövzunu daha təfsilatlı şəkildə nəzərdən keçirəcəyik inşəAllah.
  15. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 25
  16. Bax. oradaca
  17. ”Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 24
  18. Bax. oradaca
  19. Bax. oradaca
  20. Şeyxin rəsmi internet səhifəsi: http://www.rslan.com/tafre31/taleat_rad_ala_halaby-01.php#sthash.TjSAJaUl.dpuf
  21. Hələbinin “Fə Əyyu əl-Fəriqayni Əhəqqu bil-Əmni İn Kuntum Tə’ləmun Bələu ət-Təcrih Əm Livau ət-Təshih” adlı məqaləsindən.
  22. Bax. oradaca
  23. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşri, səh. 147
  24. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 32-33
  25. “Müvazənə prinsipinin” ən fəal tənqidçilərindən biri şeyx Muhamməd Nasirəddin əl-Albani (Allah ona rəhmət etsin) idi. Onun bu prinsiplə əlaqəli dediyi sözlərdən bəziləri:

    “Bu bidətçi bir yoldur…Allahu Əkbər”
    “Bu, insanların tənqid olunmasında təzə peyda olmuş “müvazənə” adlanan bir bidətdir”
    Bu gün çoxlarının haqqında danışdığı “müvazənə prinsipinin” uydurma olduğuna şübhə yoxdur”
    “Onlar (“müvazənə prinsipinin” müdafiəçiləri) fitnə salmaq və özlərinə sərf edən təfsirə nail olmaq üçün mütəşabih dəlillərin ardınca gedirlər”
    “Müvazənə prinsipi” bidətini uyduranlar şübhəsiz ki, Qurana və Sünnəyə zidd gedirlər” (bax. “Siyanətul əs-Sələfi min Vəsvəsəti və Təlbisəti Əli əl-Hələbi”, səh. 149)

  26. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 261
  27. http://www.ajurry.com/vb/showthread.php?t=32444
  28. Hədisi İbn Macə rəvayət edib və şeyx Albani hədisi “səhih” olaraq təsnifatlaşdırıb.
  29. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 133
  30. http://www.sahab.net/forums/index.php?showtopic=120559
  31. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 255
  32. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 291
  33. “Əcvibə əl-Mufidə”, səh. 123
  34. “Sıyanətul əs-Sələfi Min Vəsvəsəti və Təlbisati Əli əl-Hələbi”, səh. 73
  35. “əl-İdah və əl-Bəyan Fi Kəşf Bə’dı Təraiq Firqati əl-İxvan”
  36. “Əcvibə Fədıləti əs-Şeyx Rabi’ Bin Hadi əl-Mədxali əs-Sələfiyə ‘Alə Əs’ilə Əbi Rəvahə əl-Mənhəciyə”
  37. Hələbi özünməxsus emosional yazı üslubu, çoxlu sayda nida və sual işarələrindən istifadə etməsi ilə məşhurdur. Tərcümə zamanı məqalənin müəllifi orijinala müvafiq olaraq mümkün dərəcədə bu işarələri buraxmağa çalışmışdır.
    Şeyx Raslən (Allah onu qorusun) deyib: “Nida və sual işarələrinin şeyxi Hələbi etiraf edib ki, rüsvayçı və yalançı məqaləni o, yazıb” (bax. www.rslan.com/tafre31/taleat_rad_ala_halaby-01.php)
  38. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 224
  39. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 219
  40. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 393
  41. ”Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 33
  42. Hədisi Müslim rəvayət edib.
  43. “Daru ət-Tə’arud” 3/374
  44. Elə oradaca.
  45. Məcmu’ Fətəva: 12/237
  46. “Ümdətü əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi”, səh. 33
  47. http://www.sahab.net/forums/?showtopic=126404
  48. Bax. “Dəf’u Bəq’y Ədnən” və ya http://www.sahab.net/forums/index.php?showtopic=112623
  49. “Liqa əl-Bəb əl-Məftuh” (192/49-193)
  50. əs-Seyl əl-Cərrar: 4/299
  51. Məcmu’ Fətava 24/172
  52. Fətava Kubra, 6/92
  53. http://www.rabee.net/ar/articles.php?cat=8&id=188
  54. “Mənhəc əs-Sələd əs-Salih”, səh. 207
  55. Hələbinin qaydalarına əsasən, hətta xəvaric Bin Ladenin çəkindirilməsi barədə “icmanın olmadığına” istinad etmək olar. Çünki, hələbiçilərin bu günə qədər “böyük alim” hesab etdikləri, lakin, Bin Laden haqqında yaxşı rəydə olan və onu tərifləyən bəzi insanlar olub.
  56. “əl-İntiqa Fi Fədail əs-Sələsə əl-Əimmə əl-Fuqahə; Malik Və əş-Şafi Və Əbi Hənifə”, səh. 106
  57. “Bəhr əd-Dəm Fimən Təkəlləmə Fihi əl-İməm Əhməd Bi Mədhin Və Zəm”, səh. 192
  58. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 202
  59. “əl-Ədəb əş-Şər’iyə” 1/251
  60. Bax. “İxtisət ‘Ulum əl-Hədis”
  61. Bax. “Nuxbətu əl-fikr”
  62. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 322
  63. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 319
  64. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 269
  65. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 248
  66. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 170
  67. “Məcmu’ Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi”, 13/78-79
  68. “Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 230
  69. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 171
  70. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 171-172
  71. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 173
  72. Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 173-174
  73. “Təudıx əl-Əfkar”: 2/118-119
  74. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 175
  75. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 171
  76. “Rəddu Şubuhat əl-Məi’iin Və əz-Zəbbu ‘Ən əs-Sələfiyin”, 2-ci sual.
  77. Hədis şəzz (müstəsna, nadir) – bu, əslində səhihlik baxımından məqbul, lakin, mənaca digər daha səhih hədisə zidd olan hədisdir. Bu səbəbdən “hədis şəzz” zəif hədislərin növlərindən biridir.
  78. “Raddu Şubuhat əl-Məi’iin və əz-Zəbbbu ‘Ən əs-Sələfiyin”, 6-cı sual.
  79. İmam əz-Zəhəbi deyib: “O, (Davud) deyib: “Lövhi-məhfuzdakı Quran məxluq deyil. Bu gün insanlar arasında olan Quran isə, o, məxluqdur”. Mən (əz-Zəhəbi) deyirəm – mənə məlum olduğu qədərilə, bu cür bölünməni ona qədər heç kim etməyib”.
    Həmçinin o, deyib: “Davuda gəldikdə isə, o, deyirdi ki, Quran yenidir (məxluqdur). Bu səbəbdən bir çox imamlar ona rəddiyyə vermiş və onu bidətdə ittiham etmişlər” (“Siyər Ə’ləm ən-Nübələ” 10/272)
  80. “Siyər Ə’ləm ən-Nübələ” 13/99
  81. “Əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh 181