Faydalar

Bidət əhli barədə yaxşı zənn etmək olmaz!

Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) deyir:

İnhiraf əhli, bidət və zəlalətlər əhli barədə yaxşı zənn etmək Allahın mənhəcinə müxalifdir. Çünki onlardan çəkinmək, onlardan ehtiyatlı olmaq vacibdir. Buna görə də Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

«Mütəşabihlərə tabe olan görsən bil ki, Allahın lənət etdiyi kəslər onlardır və onlardan çəkin.»

Demədi ki, onlar barədə yaxşı zəndə olun.

İndi bəziləri deyir ki, sizlər insanların niyyətlərinə girir, sizlər insanların nə qəsd etdiklərindən danışırsınız.

Qardaşım, əgər səndə şübhələr və zəlalətlər görsək, deməli sən də onlardansan və Allah və Rəsulu bizi səndən çəkindirmişdir.

Elə isə sənin barəndə necə yaxşı zənn edə bilərik ki, artıq Allah təalə sənin pis məqsədlərin barədə bizə xəbər vermiş, Allahın elçisi bizi səndən çəkindirmişdir.

«əl-Məvqif əs-sahih min əhlil-bidə» səh.11
«Bidət əhli barədə doğru mövqe»

http://goo.gl/bYIqFO