Mənhəc Mumeyyilər Seymur Camal Sual-cavab

Məgər şeyxlər bu ixtilaflar barədə hökm verməyiblər?

Əvvəlcə aləmlərin Rəbbi olan  Allaha həmd edirəm, sonra isə demək istəyirəm ki: 
Qardaşlar sual verirlər ki, bu günlərdə Qamət Süleymanovun ümrə səfəri etməsi ilə əlaqədar olaraq, bir iki  muxalif tələbə çıxıb dedilər ki, Qamət qardaş və onunla eyni mənhəcdə olan tələbələr, digər tərəfdən isə Adil Rəcəbov və onu dəstəkləyən, onunla eyni mənhəcdə olan tələbələr getsinlər şeyxlərin yanına, ixtilaf etdikləri məsələləri onlara ərz etsinlər. Bundan sonra isə elm əhli nə hökm versələr hamıdan ona tabe olmağı tələb etsinlər. 
Cavab olaraq deyirəm ki, məgər şeyxlər bu ixtilaflar barədə hökm verməyiblər? Məgər şeyx Abdullah Buxari (hafizahullah) illər öncə Adil Rəcəbovdan çəkindirməyib?
İndi gedib deyək: «Ey şeyx, bax bu sizin çəkindirdiyiniz Adil Rəcəbovdur, gəlibki siz onun haqqında hökm verəsiniz«. Bəs şeyx deməz ki:  «Mən artıq ondan çəkindirmişəm axı?«
Yoxsa gedək şeyx Süleyman Ruheylinin (hafizahullah) yanına?  Deyək: «Ey şeyx siz demisiz ki, kim sizin adınızdan desəki şeyx Muhamməd ibn Hədi böyük alim deyil o kəzzəbdir (yalançıdır), dəccaldır. İndi isə baxın bu tələbərdən bəziləri  bu şeyi yayırdılar indi onlar kəzzəb və dəccal oldular?«
Yoxsa gedək Misirə şeyx Xalid Abdurrahmanın (hafizahullah) yanına?  Deyək: «Ey şeyx siz demisiz ki, «sələf-forum» saytından, həmçinin onun admini  olan Aməşdən çəkindirməklə Allaha ibadət edin. İndi isə bu tələbələr gəlib xahiş edirlər ki, bu ixtilaflar barədə hökm verəsiniz«. Məgər şeyx deməzki: «Mən artıq hökm vermişəm axı?!«
Adlarını çəkdiyim şeyxlər və digərləri  ixtilaf olunan məsələlər haqqında hökm vermiş olduqları halda yenidən onlara eyni məsələləri ərz etməyə nə ehtiyac var?
Sonda Allaha dua edirəm ki, ölkəmizdəki və dünyadakı sələfi dəvətinə bərəkət versin, ölkəmizdəki və dünyadakı sələfi elm əhlini qorusun, onların elmi ilə müsəlmanları faydalandırsın. 
Aləmlərin Rəbbi olan Allaha həmd olsun.

Məqaləni hazırladı: Seymur Camalov (Mədinə BİU-nin tələbəsi)

mescid.info saytı