Faydalar Sual-cavab

Əli Həsən əl-Hələbi kimdir?!

Sual:

Əssələmu aleykum və rahmətullah. Əli Həsən əl-Hələbi kimdir?

Cavab:

Va aleykumus-Sələm va rahmətullahi və bərakətuh.

Alimlər Əli ibn Abdul-Həmid əl-Hələbini qısa olaraq aşağıdakı səbəblərə görə cərh etmişlər:

  1.  Dinlər birliyinə, dinlər qardaşlığına, dinlər bərabərliyinə, firqələr arası yaxınlığa, demokratiyanı tətbiqə çağıran, özündə küfrlər olan «Ammən risaləsini» tərifləməsi;
  2.  Bu risaləni İslam dinini şərh edən, özündən əvvəl belə bir risalə olmayan bir risalə adlandırması;
  3. Bu risaləni təriflədiyi cümə xütbəsini çap edərək, iki dəfə fəxrlə yayması;
  4. Bir neçə kitab və kasetlərində bu risalənin bir neçə əqidə xətalarını daşımasına baxmayaraq tərif etməsi;
  5. «Vətən konfransı» (mutəmər vataniy) adlı dinlər birliyinə dəvəti iqrar edən konfransda iştirak edib və yekun aktını imzalaması;
  6. Səhabələrə tən etməyi icazəli bilməzi;
  7. Bəzi səhabələrə qorxaq vəsfini verməsi;
  8. Səhabələrə «çör-çöp» (ğusəiyyə) vəsfini verən və başqa bidətlər sahibi Əbu Həsən Məribini, təkfirçi Məğravini, Muhəmməd Həssəni, Əbu İshaq əl-Huveynini tərifləyərək, fəzilətli sələfi şeyxlər adlandırması;
  9. Şəxslərlə imtahan etməyi inkar etməsi və bunu yalnız bidət başçıları ilə olunmasını icazəli bilməsi;
  10. Ləcnə alimlərinin dedikləri kimi iman məsələlərində azğın murciyələrin etiqadında olması;
  11. Müasir xavariclərlə alimlərin arasında olan ixtilafın fiqhi-ictihadi ixtilaf adlandırması;
  12. «Mucməl etiqad Əhli Sünnə vəl-Cəməa» adlı iman mövzusunda yazdıqları risaləyə yalanla şeyx Əhməd Nəcminin, şeyx Rabinin, şeyx Muhəmməd ibn Hədinin, şeyx Muhəmməd Bəzmulun adını yazması və bu elm əhlini orada olanlara müvafiq olmalarını göstərməsi;
  13. Şeyx Muhəmməd Bəzmulun dediyi kimi adı çəkilən bu risaləyə elm əhlinin verdikləri bu düzəlişləri ora əlavə etməyərək, oradakı xətalara bir dəyişiklik etməyərək risaləni çap etməsi;
  14. Elm əhlindən gətirdiyi nəqllərdə mənanı pozmaqla, onların sözlərini kəsib-doğrayıb gətirməsi;
  15. Cərh və tədildə sələfi mənhəcinə müxalif qaydalar qoyması;
  16. Mənhəclə əqidənin arasında fərq qoyması, «əgər əqidə güclü və sağlam olarsa, mənhəcdəki ixtilaflar sələfilikdən çıxarmır» deməsi;
  17. «Muvazənət» qaydasını gətirməsi;
  18. «Fikirləri düzəldirik, insanları cərh etmirik» batil qaydasını deməsi;
  19. Bidətçi görməkə icma şərtini qoyması;
  20. «Bidət əhlinə qarşı dəlillərlə, sübutlarla, təfsilatlı olaraq qaldırılmış hüccətlər barədə «bunu götürməyi heç kimə məcbur etmək olmaz» (ilzəm) deməsi;
  21.  Telekanallardan birinə çıxaraq, yarı çılpaq aparıcı qadınla bir masa ətrafında oturması (Şeyx Raslənin bu haqda ona güclü rəddiyyəsi var);
  22. Cavanları Hicaz (Səudiyyə) alimlərinə yox, onun özünə qayıtmasını deməsi;
  23. Şeyx ibn Bəzin adından yalan danışaraq deməsi ki, guya «Şeyx ibn Bəzz təkfirçi Səfər Həvali barəsində «Bu əsrin ibn Teymiyyəsi» deməsi;
  24. Şeyx Rabiyə, Şeyx Ubeyd əl-Cəbiriyə, Şeyx Muhəmməd ibn Hədiyə tən etməsi, Şeyx Saleh Suheymi onun barədə bidətçi dedikdən sonra şeyxə təhqir edici sözlər deməsi;

…Başqa bir çox zəlalətləri də vardır…