Faydalar

Elmdə «rasix» (sabit) olanlar kimlərdir?

Hər kəs özünə bu vəsfi iddia edə bilərmi?
Bu sifətin şərtləri nədir?
Bu sifətin əlamətləri nədir?

1. İmam Tabari öz təfsirində (5/223) deyir:

Onlar elmi tam şəkildə mənimsəmiş (itqan etmiş), tam şəkildə fəhm etmiş, tam şəkildə əzbərləmiş *alimlərdir.* Elmlərinə nə bir şəkk, nə bir qarışıqlıq girməz.

2. İmam Bağavi təfsirdə (2/11) deyir:

Məlik ibn Ənəs rasixlər barədə soruşuldu, o da cavab verdi ki, elminə əməl edib, elminə tabe olna kəsdir.
Həmçinin də deyilmiş ki, elmdə rasix o kəsdir ki, onda dörd şey cəmlənsin:
Özü ilə Allah arasında təqva olsun, özü ilə insanlar arasında təvazökarlıq olsun, özü ilə dünya arasında zühd olsun və özü ilə nəfsi arasında cihad olsun.

3. Şeyxülislam ibn Teymiyyə «Məcmu fətəvada» (14/428-429) deyir:

Səhabələrdən olan elm əhli Peyğəmbərin sözlərinin mənalarından heç kimin bilmədiyi mənaları bilirdilər. Bu kəslər elmdə rasix olanlar, Quranın muhkəmini və mütəşəbihi bilənlərdir.

4. Hafiz ibn Qeyyim «Tariqu əl-Hicrəteyn»-də (516-517) deyir:

Dördüncə təbəqə: rəsulların varisləri, ümmətlərinin içində onların xəlifələri; bu kəslər rəsulların elmlə, əməllə və məxluqatı Allaha tərəf dəvət etməklə onların missiyasını onların mənhəclərinə uyğun olaraq yerinə yetirənlərdir. Bu mərtəbə insanlar içində *peyğəmbərlərdən sonra ən əfzəl mərtəbədir.* … Bunlar rəbbanilərdir. Bunlar elmdə rasix olanlardır… Bu kəslər üçün zəmanət vardır ki, onlar daima haqq üzərində olcaqlar.

5. Alləmə Şatibi «Etisam» kitabında (2/738) deyir:

Hər bir kəs özü öz nəfsini tanıyır ki, o, elmdə fətva verənlər səviyyəsinə çatıb, ya yox?
Əgər alimlər hansısa alimin alimliyinə şahidlik etməsələr, o kəs öz əsli üzərində qalır ki, bu əsl də elmsizlikdir. Ta ki özü yox, başqası onun barəsində şahidlik edənədək…
Bu kəslər mütləq olaraq elm əhli dərəcəsinə çatmamışlar, ya ərəblərin sözlərində və elmi sözlərin məqasidlərində hələ püxtələşməmiş (rasix olmamış), ya da elmdəki üsuli qaydalarda püxtələşməmişdir, o üsuli qaydalarda ki, bunların vasitəsi ilə şəri hökmlər istinbat edilir.
Ya da hər ikisində rasix deyil…

6. Alləmə Abdur Rahman əs-Sədi təfsirdə (132) deyir:

Elmdə rasix olmaq (püxtələşmək) elmli olmaq vəsfinin üzərinə əlavə olan başqa bir şeydir.
Elmdə rasix olmaq ondan tələb edir ki, insan təhqiqçi alim və elmi məsələləri dəqiq bilən olsun. Bu kəs artıq Allah təalənin elmin içini də, çölünü də ona öyrətmiş olan kəsdir, elm, hal və əməl olaraq qədəmləri şəriət sirlərində sabit, rasix olan kəsdir.

7. «Fətvalar üzrə daimi komitə» alləmə Abdul Aziz ibn Bəzin rəhbərliyi ilə (№11627 fətva) :
«Rasix»-lər kimlərdir?

Cavab: elmdə rasix olanlar haqqı istəyənlər, haqqı qəsd edənlər, mütəşəbih ayətləri muhkəm ayətlərə qaytaranlar, bu ayətlərlə hökm verənlərdir. Belə olduqda isə o biri ayələrdəki anlaşılmazlıq aradan qalxır. Qəlblərində şəkk və xəstəlik olan insanlar isə belə deyillər. Bu kəslər özbaşınalıq edir, öz həvalarına tabe olurlar. Muhkəm ayələrə yox, mütəşəbih ayələrə qayıdırlar, fitnə salmaq, insanları çaşdırmaq və doğru yoldan azdırmaq üçün belə edirlər.

Tural Yusubov

https://t.me/selefi_menhecinin_heqiqeti