Məqalələr Mumeyyilər

«QURAN SÜNNƏ İCMA» SÖYÜŞ, KİNO, BİDƏT YAYAN KANAL

الحمد لله و الصلاة و السلام على رسول الله و بعد

 Möhtərəm izləyici, Allah sənə rəhm etsin, dinimizə görə dəqiq bilinir ki, Qiyamət gününə kimi yer üzərində haqq tayfa qalacaqdır. Yəni qiyamətə kimi haqq əhli, salamat əqidə üzərində olan insanlar olacaqlar. Buna görə Rəbbimizə şükrlər olsun.

Möhtərəm müsəlman, Allah səni bağışlasın, elm əhli buyurur ki, nə qədər ki, haqq və batil varsa onların arasında mübarizə davam edəcəkdir. Sonda isə zəfər, qalibiyyət, əbədi sevinc və fərəh haqq əhlinin olacaqdır Allah bizi onlardan etsin. Amin.

Yenədə söyüşkən, aşağı tərbiyəli “Quran sünnə icma” kanalı.

Bu kanalı işlədənlər özlərinə mübarək ad seçiblər, amma söyüşü, pozğunluğu yaymaqdan çəkinmirlər. Əvvəlcədən üzr istəyərək bu kanalın pozğunluğu, söyüşü yaydığını sübüt edək, Allahın izni ilə (https://www.youtube.com/watch?v=3ZkSluepFVo)

Adı «Quran Sünnə İcma» amma ateistlərin dövründə çəkilən kinolar, fasiq aktyorlar ilə “elmi” rəddiyə verirlər. Təqdim etdiklərimizə görə səndən üzr istəyirik, amma niyyətimiz Allah üçün onların iç üzünü açmaq idi. Onlar adlarını «Quran Sünnə»  qoyub yaydıqları pozğun, səviyyəsiz əməllərini yarısının, yarısını göstərəsi olsaq çox uzun çəkər.

Tural qardaş demişkən sələfi alimlərə, tələbələrə hörmət qoymursuzsa, heç olmasa Quran, Sünnə adına hörmət qoyun.

Pozğun söyüşlər, fasiq kinolar yaymayın.

 İKİ MÜHÜM QEYD

1. Görəsən mumeyyilər Adilin qəlb, əxlaq, tərbiyə dərslərinə qulaq asmırlar» ?  Deməli əsas olan dərs keçmək deyil, əsas olan Allahın bərəkət verməsidir. Adil özü qəlbdən, əxlaqdan, alimlərə hörmətdən danışır, amma alimlərə «dəstə», birinə «şıntır», üzünə «tüpürüblər», «qorxaqdır», «cərh olunub» və s. deyirsə nəticədə belə olacaqda… və yaxud mumeyyilərin Mədinədəki fitnə başçısı Emin Hacıyev “sabun, şampun.. ” söhbəti edirsə digər mumeyyilərin bəziləri belə olacaqda…

2. Hər dəfə “Quran Sünnə İcma” kanalının pozğun, aşağı əxlaqlı əməllərindən yazanda bəzi səfeh və aşağı səviyyəli insanlar sevinirlər. Güya bu kanal sələfilərə “qan uddurur” (təbəssüm). Əslində isə kino ilə, söyüş ilə və digər aşağı səviyyəli işlərlə məşğul olmaq Allahın bəla və qəlb xəstəlikləri göndərdiyi insanlarda olur. Bax alimlərə dil uzadanların halı belə olur. Gizlində baxdıqları kinoları, söydükləri söyüşləri Allah öz əlləri ilə ifşa edir.

Allah bizi sabit etsin, razı qaldığı işlərə müvəffəq etsin. Müsəlmanları dində savadlı etsin.

 Mescid.info Admin: Seymur Camal

http://mescid.info/az/news/105/quran-sunne-icma-soyus-kino-bidet-yayan-kanal