Mənhəc Məqalələr Tural Yusubov

İki şübhənin cavabı – Böyük alim Rabi ibn Hədi əl-Mədxalidən mənhəc göstərişləri

Hamıya tövsiyyə edirəm ki, bu iki şübhəyə qulaq asmasınlar:
Birinci şübhə:
Deyirlər ki, kitabları oxuyuruq, bidət əhli ilə otururuq və sonra da haqqı götürüb, batili tərk edirik.
Cavanların Sələfi mənhəcindən çıxmasında, bidət və batil əhlinin qucaqlarına düşməsində bu şübhənin çox böyük yeri var. Bu miskin,yazıq insan bidətlər olan kitabı oxuyur, sonra da haqla batili ayırd edə bilmir, haqqı batil, batili də haqq görür və buna görə də azır.

İkinci şübhə:
 Rəddiyyə kitabları oxumayın!!! Rəddiyyə kitabları, rəddiyyə kitabları,rəddiyyə kitabları..!!! Yəni bunun mənası budur ki, bidət kitabları oxuyuruq, Sələfi mənhəcinə və əhlinə qarşı hücum və tənlər olan kitabları oxuyuruq, amma (rəddiyyə) dərslərinə qulaq asmırıq, radioalara qulaq asırıq, elanlara və danışılan hər bir şayələrə qulaq asırıq, özümüzü hər bir şeyi qəbul edən bir cihaza çeviririk!!!, lakin gözümüzün ucuyla olsa belə rəddiyyə kitablarına baxmırıq!!! Nə üçün? Çünki bu kitablar onların kim olduqlarını açıb ortaya qoyur, onların rüsvayçılıqlarını bəyan edir, insanları haqqı göstərir.Ona görə də bunlar gecə-gündüz rəddiyyə kitabları,rəddiyyə kitabları deyirlər.Səni “haqqı götür, batili kənara at” şübhəsi ilə bidətlərlə dolu olan kitabları oxumağa çağırırlar.Sonra da hansısa miskin gedib batilin qurbanı olur.Çünki haqla batilin arasını ayırd edə bilmirsən.Haqqı batil,batili də haqq görürsən. Bu da elə bir işdir ki, bununla Allahdan başqa heç kəsin bilmədiyi sayda Sələfi mənhəcinə nisbət olunan cavanları həlaka soxdular. Bu da onların hiylələrindən biridir, sizləri haqq üzərində sabitçilikdən, haqqa dəvət etməkdən və batili açıq-aşkar deməkdən azdırırlar.Rəddiyyə kitabları elmlə doludur. Haqla batilin arasını ayıran diri elm yalnız rəddiyyə kitablarındadır və Qurandadır, Allah küfr və zəlalət əhlinə,münafiqlərə, yəhudilərə, nəsranilərə rədlər verir, heç bir zəlalət, azğınlıq buraxmayıb, hamısına rədd verib, bəyan edib, puça çıxarıb və əhlini də bəyan edib. Sünnə də həmçinin eyni ilədir. Sələf mənhəcinin hamısı, əqidə kitabları, cərh və tədil kitabları batil əhlinə qarşı rəddiyyələrlə, bəyanlarla, inkarlarla doludur.Çünki haqla batilin arasını yalnız bu rəddiyyələrlə bilmək mümkündür.İbn Teymiyyənin, ibn Qeyyimin kitablarını, inşə Allah ki, Allah yolunda cihad edən, Allahın dəvətini müdafiə edən, fitnələri ümmətin cavanlarından uzaqlaşdıran, onlara səhih İslam yolunu zəlalət yollarından ayırd edən və bidət və zəlalət imamlarının ayıblarını açıq-aşkara çıxaran müasir sələfilərin kitablarını oxuyun və bilin ki, rəddiyyə kitablarına qarşı hərb etmələriylə nəyi qəsd edirlər.
Elm tələb edin, elm tələb etməkdə yaxşı-yaxşı çalışın, ciddi bir şəkildə çırmalanın və bilinki,səhih elmə çatmaqda sizlərə yardım edən vasitələrdən biri də rəddiyyə kitablarıdır. Bu kitablar elm tələb etməkdə çox mühüm bir hissədir.Rəddiyyə kitablarını tanımayan kəs nə qədər də elm əzbərləsə belə,sabit qala bilməyən mövqedə olur.Bilib, sonra da azğınlığa düşən bir çoxlarını gördük. Abdurrazıq,Beyhəqinin, Əbu Zərr Həravinin qissələrini unutmayın. Bunlar özləri böyük alimlər olmuşlar. İnsanı bircə şübhə bidət əhlinin qucağına atmaq üçün kifayətdir. Allah qorusun.Abdurrazzaq, elmdə özündən aşağı olan birisi saldı onu şiyəliyə,Əbu Zərr əşari imamlarından birinin açıq-aşkar çağırdığı bircə kəlməni eşitdi,düşdü zəlalətə, Beyhəqi bəzi zəlalət imamlarıyla aldandı,düşdü əşariliyə. Belə nə qədər başqaları var.Bu əsrdə də saysız-hesabsız nə qədər kəslər vardır ki, alim və tələbə idilər,sonra da bir şübhəylə və ya bir neçə şübhələr səbəbiylə,müxtəlif batil üslublar, torlar, tələlərlə inhirafa düşdülər, azdılar. Düşmənlər bu kimi şeyləri insanları Allahın haqq mənhəcindən azdırmaq üçün sərf edirlər. Hətta azdırdıqları adamlardan Sələfi mənhəcinə və əhlinə qarşı savaşan bur qoşun düzəldirlər.

Sizlərə sabit qalmağı tövsiyyə edirəm. Sözümün sonunda yenə də deyirəm ki, azmaq səbəblərini sizlər üçün sadaladım, bunları yaxşı-yaxşı başa düşün, ey qardaşlar!! Sizləri sabit qalmağa, elm tələb etməyə, elm tələb etməkdə aləmlərin Rəbbi Allah üçün ixlaslı olmağa həvəsləndirirəm. Bilirsiniz ki, ixlasa tərəf sövq edən və insanın özünü başqalarına göstərməsindən və eşitdirməsindən çəkindirən nə qədər ayə və hidislər vardır.

Allah Elçisinə Allahın salamı və salavatı olsun.

 

Tural Yusubov

https://t.me/selefi_menhecinin_heqiqeti