Fiqh Məqalələr Oruc Sual-cavab

Oruclu olarkən unudaraq yemək

• Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
• Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: “Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir.” Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: “Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!” Allah təalə də buyurmuşdur ki: – Artıq (belə də) etdim, (sizin duanızı qəbul etdim). Bunu görən insan isə onu xatırlatmalıdır və bunu etmək vacibdir. Çünki bu, münkəri dəyişmək deməkdir. Oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir. Amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır, lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)