Faydalar

Rəddiyyələr Peyğəmbər yoludur, yoxsa ümməti parçalamaq istəyənlərin oyunu?

Sual:

Allah sizi qorusun. Həva əhlinə qarşı olan rəddiyyələr Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) yoludur, yoxsa bunu ortaya ümməti parçalamaq və onları siniflərə bölmək istəyənlər atıblar?

Şeyx Saleh əl-Fövzanı cavabı:

Ay qardaşım, Quranı oxu, gör orada nə qədər rəddiyyələr var, müşriklərə, münafiqlərə, xəta edənlərə qarşı rəddiyyələr. Bəli, Quranın özündə. Allah nə qədər ayələrdə bunlara rəddiyyə verir, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) hədislərdə rəddiyyələr verir, alimlər, sələf alimləri rəddiyyələr verirlər. Müxalifə rədd vermək labüddür, labüd. Çünki bu əməl İslam və müsəlmanlar üçün nəsihətdir. Xətalara susmayacayıq, bu xətaları insanlara yaxşı göstərməyəcəyik, deməyəcəyik ki, bu (rədd verən) kəs insanları parçalayır. Kim haqdan ayırılmaq istəyirsə, qoy ayrılsın, qoy insanlardan uzaq dursun. Amma mömin isə, haqqı görməklə sevinir, xətası göstərilməklə sevinir ki, ondan qayıdacaq. Bəli!

Səsyazmadan

@selefi_menhecinin_heqiqeti