Faydalar

Ramazan orucunu ölkə əhalisi ilə birlikdə tutun və bayramı da birlikdə edin !

Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:

“(Hər kəs) Camaat ilə oruc tutmağa başlamalı və camaat ilə də orucunu açmalıdır. Bu ən doğru rəydir. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” Tirmizi rəvayət edib, hədisin həsən qərib olduğunu bildirmişdir. Həmçinin, Əbi Davud və İbn Macə bu hədisi yalnız “orucu açmaq və qurbanı” qeyd etməklə rəvayət etmişdirlər. Eləcə də, Tirmizi, Abdullah ibn Cəfər hədisindən onun Osman ibn Muhəmməddən, o əl-Məqbəridən, o da Əbu Hüreyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə söylədiyini rəvayət edirlər: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Tirmizi demişdir: Bu həsən qərib hədisdir. Bəzi alimlər bu hədisin mənasının “camaat və insanların (çoxluğu) əksəriyyəti ilə oruc tutmağa başlayıb bitirmək” olduğunu təfsir etmişdirlər”.” (Məcmuul Fətava, 25/114)

Həmçinin Şeyxul İsləm İbn Teymiyyə buyurur:

“Bir kəs zulhiccənin təzə doğan ayını fərdi olaraq görmüş olsa belə, alimlərdən heç kəs deməmişdir ki, o təkbaşına Ərəfatda durmalıdır! İnsanlardan bir çoxu bu məsələ barədə xəta edirlər və düşünürlər ki, təzə ay səmada göründükdə, insanlara göründüyü, məlum olduğu və bunu elan edib etməməsindən asılı olmayaraq, həmin gecə ayın birinci günü hesab edilir. Lakin məsələ düşünüldüyü kimi deyil. Daha doğrusu bu insanlara görünməli, məlum olmalı və onlar bunu gördükdə ayın başlanğıcını elan etməlidirlər. Odur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Yəni, orucluğun başlanması və yaxud bitdiyini elan etdiyiniz, qurban kəsdiyiniz gündür. Əgər bunu tanımasanız, heç bir hökm buna əsaslana bilməz”.” (Məcmuul Fətava, 25/202)

İbnul Qeyyim (Allah ona rəhmət etsin) “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür” hədisinin şərhində buyurur:

“Bu hədisdə o kəslərə rədd var ki, o kəslər deyirlər: “Ayın çıxıb-batmasını izləyərək bilən kəs, başqaları bilməsə belə, orucunu tuta və ya aça bilər! Həmçinin bir kəs öz gözü ilə ayı görərsə, lakin qazi onun bu şəhadətini qəbul etməzsə, onun oruc tutmasına, həmçinin insanların oruc tutmasına hökm verilməz!””
(Təhzibus-Sunən kitabı)

Həmçinin İmam Sindi (Allah ona rəhmət etsin) bu hədisin şərhində buyurur:

“Bundan görünən odur ki, bu cür məsələlərdə fərdlərə etibar edilməz. Və bu kimi məsələlərdə fərdləşmək olmaz, əksinə bu məsələdə əməl imama və camaata qayıdır! Bu məsələdə fərdlər imama və camaata tabe olmalıdır. Məhz bu səbəbə görə, əgər bir kəs Hilalı (təzə doğmuş ayı) görərsə, lakin imam onun şəhadətini qəbul etməzsə, bu məsələdə həmin (ayı görən) kəsə etibar edilməz. Bu camaata tabe olmaq vacibdir. Hədisin mənası da məhz budur! Hədisi gücləndirən isə, Aişənin (Allah ondan razı olsun) Məsruqa etdiyi rəddir! O vaxt ki, Məsruq Qurban gününə düşmək qorxusundan, Ərəfa günü oruc tutmur. Bunu görə Aişə (Allah ondan razı olsun) ona bəyan etmişdir ki, onun bu rəyində heç bir fayda yoxdur və bu rəy mötəbər sayılmaz. Sənin üzərinə düşən camaata tabe olmaqdır. Qurban günü insanlar qurban kəsdikləri, iftar isə insanların iftar etdikləri gündür.” (Şeyx sözünə davam edərək:) Bu səxavətli və möhkəm şəriətə də layiq olan məhz budur, o şəriət ki, insanların vahid toplu olması üçün göndərilmişdir. Məhz bu səbəbdən, camaat halında edilən ibadətlərdə, fərdlərin rəyi səhih olsa belə, ona etibar edilməz. Axı səhabələr bir məsələ ətrafında ixtilaf etsələr də, camaat namazını bir-birini arxasında qılardılar. Hətta o həddə çatmışdır ki, camaat naminə, öz səhih rəyindən mütləq olaraq dönmüşdür. Necə ki, Osman (Allah ondan razı olsun) Minada dörd rükət qıldı. Abdullah ibn Məsud ona dedi: “Mən peyğəmbərlə (Ona və Ailəsinə salavat və salam olsun) iki rükət qıldım. Əbubəkrlə iki rükət qıldım, Ömərlə iki rükət qıldım.” Sonra Abdullah İbn Məsud Osmanın arxasında dörd rükət qıldı. Orada olanlar ona dedi: “Özün Osmana irad tutdun, lakin özün də dörd rükət qıldın?!” Abdullah ibn Məsud buyurdu: “İxtilaf şərdir!””
(Şeyx buyurur:) Namazlarında insanları parçalayanlar bu hədisə nəzər salsınlar və bu hədisdən ibrət alsınlar. Bu zikr etdiyimiz elm ətrafında düşünsünlər, bəlkə beləcə öz cahil nəfslərinin məğrurluğunu müalicə edə bildilər və müsəlman qardaşları ilə bir səff olsunlar! Həqiqətən də, Allahın əli camaatın üzərindədir.

 

Şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:

Mənim görüşüm odur ki, hər bir kəs öz dövləti ilə oruc tutsun (və ya bayramı qeyd etsin!) Öz aralarında parçalanaraq, bəziləri bir dövlət, digərləri isə başqa bir dövlətlə tutmasınlar! Çünki bu bir xalqın içində ixtilafın geniş vüsət almasına və fitnənin artmasına səbəb olur. Necə ki, bir neçə il öncə bəzi ərəb dövlətlərində bunun (parçalanmağın) şahidi olmuşduq! (Təməmul-Minnəh, səh. 398)

 

Həmçinin şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:

Məncə İslam ölkələri oruc tutub, iftar açmaqda həmrəy olmalıdırlar. Necə ki, Həcc haqqında ittifaq etmişdirlər. Kaş ki, bu məsələdə də ittifaq edərdilər. Lakin bir camaatdan bəzilərinin öz dövləti ilə, digərlərinin isə başqa dövlətlə gedərək, öz arasında parçalanmağı caiz görmürük! Bu cür etmək (yəni, öz cəmiyyəti ilə birgə olmaq) böyük fəsadı kiçik bir fəsadla dəff etməkdir. (Silsilətul Əhədisis-Sahihə, 2624-cü hədis-in şərhi)

Şeyx Albani “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” hədisini şərh edərək buyurur:

“İmam Tirmizi bu hədisi zikr etdikdən sonra deyir: Elm əhli bu hədisi şərh edərək demişdir: Hədisin mənası budur ki, oruc tutmaq da, iftar açmaq da camaatla birlikdədir!”Şeyx Albani sözünə davam edərək buyurur: “İmam Sənani “Subuləs-Sələm” (cild 2, səh 72) kitabında buyurur: Bu hədis dəlalət edir ki, bayramın sübut edilməsi, camaatın müvafiq (həmrəy) olması ilədir. Bir kəs ayı görərsə belə, bu məsələdə digərlərinə tabe olmalıdır. İstər namaz olsun, istər oruc və qurban olsun, camaatın bir olduğu hökmə tabe olmalıdır.”(Silsilətul Əhədisis-Sahihə, səh. 1ci cild, səh. 224, hədis 445)

 

Sual:
Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq?

Şeyx İbn Bəz:
Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.

Sual:
Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?

Şeyx İbn Bəz:
Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: “Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.
Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: “Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər”.
Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.

Şeyx İbn Bəz – Sizə vacib olan ölkə camaatı ilə birlikdə oruc tutub, bayram etməkdir!
https://www.youtube.com/watch?v=yP8Dz3J9siQ

Sual:
Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!

Daimi elmi araşdırmalar və fətvalar mərkəzi:
Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.

Şeyx Useymin – Ölkə əhalisi ilə birlikdə oruc tut və bayram et!
https://www.youtube.com/watch?v=k_7spSnXJBs

Şeyx Useymin – Digər ölkədəki Ayı izləmə, ölkə başçısına tabe ol və camaata birgə ol
https://www.youtube.com/watch?v=959VK9VOMcQ

Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 2
https://www.youtube.com/watch?v=Lkz1Tg-U1BM

Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 3
https://www.youtube.com/watch?v=Laikq2EmZx8

Mufti AbdulAziz Ali Şeyx – Ayı görsən belə, ölkə əhalisi ilə birgə oruc tut və bayram et!
https://www.youtube.com/watch?v=x5qSusRpKDU

Şeyx Abbad – Ayı görsən belə, ölkə əhalisi ilə birgə oruc tut və bayram et!
https://www.youtube.com/watch?v=OE7VXdRKVFY

Sual:
Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?

Şeyx Saleh ibn Fovzan
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: “Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin”. Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.

http://www.alfawzan.af.org.sa/node/7450

Şeyx Fovzan – Hər kəs ölkə əhalisi ilə birlikdə oruc tutsun və bayram etsin!
https://www.youtube.com/watch?v=Xp7zA2pmyTQ

Şeyx Fovzan – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et!
https://www.youtube.com/watch?v=LgHrgqS51_k

www.fatvalar.com