Faydalar

Şər əhli ilə yoldaşlığın aqibəti

Şər əhli ilə, günahkarlarla yoldaşlıq etmək, onları tərifləmək xeyirli insanlar barəsində pis zənn etməyi və əbrarların mənhəcinə müxalifliyi miras qoyur. İbn Quteybə (Allah ona rəhm etsin) “Uyunu əl-əxbər” kitabında (3/85) deyir:

“Bir kişi digərinə deyir: sənin bərədə murdar şeylər eşidirəm. O da cavab verir ki, yəqin ki, şərli insanlarla oturub-durmaq səndə xeyir əhlinə qarşı pis zənn yaratmışdır.”

Əgər belədirsə, onda bidət əhli ilə, cahil həva əhli ilə, nəfsani kəslərlə, şəkk-şübhə əhli ilə oturub-durmaq necə?!!!

Hədisdə gəlmiş ki, ((kişi dostunun dinindədir, elə isə sizlərdən biri baxsın kiminlə dostluq edir)). Hədisi imam Əhməd, Tirmizi, əbu Dəvud və b. rəvayət etmiş və Albani həsən demişdir.

Buxari və Muslimin rəvayət etdikləri hədisdə Rasulullah (Allahın ona salamı və salavatı olsun) pis insanla dostluq etməyi körük vuranla birgə oturub-durmağa bənzədir və sonda deyir: ((ya sənin paltarını yandırar, ya da ondan pis iy gələr).

Alləmə Albani bu hədisi “Silsilə sahihə”sində (hədis №3214) gətirir və deyir:

“Qeyd:
Hədisin faydalarından biri də budur ki, Beyhəqi bu hədisin üzərində fəslin adını belə qoymuşdur:

Fasiqlərdən, bidətçilərdən və Allaha itaət etməkdə sənə yardım etməyənlərdən uzaq durmaq fəsli”.

Allah təalə möminlərə yəhudi və nəsraniləri özlərinə dost tutmalarını onlara qadağan edərək deyir:

 {*sizlərdən kim onlarlarla dostluq edərsə, o da onlardandır*}. Maidə surəsi 51.

Ayə kafirləri dost tutmağı qadağan etsə də, hər bir şər əhli ilə dostluq etmək də bura daxil olur. Çünki yuxarıda sadalanan bütün o azmış, xeyirsiz insanlarla yoldaşlıq etmək, elə yuxarıda o bəzi zikri keçən əməlləri və ondan pislərini insanda iz buraxır, hələ o kəsin dinini, əqidəsini, mənhəcini, əxlaqını yaxşı görməyi və ya bundan da pisi bunları özü üçün qəbul etməyi və onlardan təsirlənərək xeyir əhlinə qarşı vuruşmağı demirik! Yaxşı fikirləş!!!

Tural Yusubov

https://t.me/selefi_menhecinin_heqiqeti