Bölmə - Namaz

Fətvalar Namaz Sünnətlər və bidətlər Zikr və dua

Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə Sual verən: Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? Şeyx Əbdüləziz Ali Şeyx: Bunun sünnə olması haqqında heç bir dəlil yoxdur. Namazdan sonra deyilən sözlər şəriət dəlilləri ilə təsdiq edilməlidir. Dəlillərdə deyilir ki, namazdan sonra üç dəfə “əstəğfirullah”, “Allahummə əntə-s-sələm va minkə-s-sələm, təbarəktə ya zəlcələli valikram”, “Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu, ləhul […]
Fətvalar Namaz Peyğəmbərlər tarixi

Peyğəmbərin ﷺ son vəsiyyəti – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Biz həm vacib, həm də nafilə namazları qorumalıyıq. Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölüm yatağında olarkən etdiyi son vəsiyyətidir. Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) son sözü belə olmuşdur: “Namazınızı qoruyun, namazınızı qoruyun. Tabeliyinizdə olan kölələrə xoş davranın.” […]
Fətvalar Namaz

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Vitrdən sonra namaz qılmaq olmaz deyirlər, bu doğrudurmu? Cavab: Vitrdən sonra namaz qılmaq olar. Deyilənlər doğru deyil. Vitrdən sonra namaz qılmaq olar. Bu vaxt, namaz qılmaq üçün qadağan edilən vaxt deyil. Lakin daha yaxşı olar ki, gecəni vitr namazı ilə yekunlaşdırsın. Gecə namazını vitr ilə tamamlasın. Elə olub ki, Peyğəmbər (ona Allahın salavatı […]
Fətvalar Namaz

Gecə namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Gecə namazı gündəlik yerinə yetirilməsi təşviq olunan ibadətlərdəndir. Siz heç bilirsinizmi GECƏ NAMAZI nədir?! Bu namaz əməlisalehlərin təsəllisi, ibadətkarların könül sevinci və Allaha yaxın olanların adətidir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ramazandan sonra ən üstün oruc tutulan […]
Fətvalar Namaz Ramazan

Təravih namazı və rükətlərinin sayı – Şeyx Muhəmməd bin Saleh əl-Useymin

  Müdrik alim, şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə sual verilir: “Təravih namazının hökmü və rükətlərinin sayı necə olmalıdır?” Şeyxin cavabı belə olur: Təravih namazı sünnədir (yəni, vacib deyil). Buxari və Muslimin “əs-Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı bir gecə məsciddə qıldı, […]
Kamal Hüseyn Namaz

Səhv səcdəsi (5 dərs)

1. Əgər namazda artırılma (ziyədə) olarsa – Kamal Hüseyn 1. Əgər namazda artırılma (ziyədə) olarsa – Kamal Hüseyn   2. Əgər namazda şübhə gələrsə – Kamal Hüseyn 2. Əgər namazda şübhə gələrsə – Kamal Hüseyn   3. Əgər namazda əskiklik olarsa 3. Əgər namazda əskiklik olarsa   4. (Sual-Cavab, Kamal Hüseyn) 4. (Sual-Cavab, Kamal Hüseyn) […]
Fətvalar Namaz

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Kamil bir rükətə çatmış insan, namazın rükətinə çatmış sayılır. Əgər imam namazın sonuncu rükətində sonuncü rükudan başını qaldırıbsa, demək camaat namazını itirmişdir. Lakin imama tabe olmaq baxımından namaza qoşulur. Yalnız kiminsə namaza gələcəyini və onlarla birlikdə camaat namazını qıla biləcəyini ehtimal edərsə, daha yaxşı olar ki, imama qoşulmayıb gözləsin. Kimsə gəlsə onlarla birlikdə camaat […]
Fətvalar Namaz

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Hörmətli şeyx, sualda deyilir ki, bu duanı “Allahım Səni zikr etməyə, Sənə şükr etməyə və Sənə gözəl tərzdə ibadət etməyə məni qüvvətləndir!” (Allahummə əinni alə zikrikə va şukrikə va husni ibadətikə.) – namaz salamından öncə, yoxsa sonra deyək? Cavab: Bismilləhir Rahmənir Rahim Həmd olsun Allaha, aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və cəmi […]
Fətvalar Namaz

İmamla namaz qılan istiftah duasını oxuyurmu? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Şeyx Allah bizə və sənə rəhm etsin, imam fatihə surəsini oxuyarkən camaat namazına qoşulan adam istiftah duasını oxumalıdırmı? Cavab: Namaza qoşulanda imam fatihə surəsini oxuyursa, qoşulan adam təkbir edərək sakit dayanıb fatihə surəsinin qiraətini dinləyir, imam fatihəni oxuduqdan sonra istiftah duasını, daha sonra fatihəni oxuyur. İmam fatihəni oxuduqdan sonra namaza qoşulub və imam […]
Fətvalar Günahlar Namaz

Qılınmayan namazları qəza etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Allah mənə lütf edib və mən artıq namazlarımı ayın əvvəlindən vaxtlı-vaxtında qılır, namaz kimi əzəmətli ibadəti müntəzəm edirəm. Lakin əvvəllər bəzən namaz qılır, bəzən tərk edirdim. İndi mən o vaxt qılmadığım namazları qılmalıyammı? Cavab: Sənə vacib olan Allaha tövbə etməyindir. Çoxsaylı qılınmamış namazları qılmağa gərək yoxdur. Sən Allaha […]
Fətvalar Namaz

Qadınlar camaat namazı qıla bilərmi? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Qadın digər qadınlara namaz qıldıra bilərmi? Əgər cavab “bəli”dirsə, onlar da camaat namazının savabını qazanırlarmı? Cavab: Rəhmli və mərhəmətli Allahın adı ilə. Həmd olsun Allaha. Allahın Elçisinə, onun ailəsinə, əshabələrinə və onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun. Qadının qadın toplumuna camaat namazı qıldırması icazəlidir. Aişə və Ummu Sələmənin (Allah onlardan […]
Fətvalar Namaz

Kəbəyə baxıb namaz qılmaq olarmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Təqdimatçı: Alimlərin sözlərini oxuyarkən görürük ki, alimlər deyirlər ki, namaz vaxtı səcdə yerinə baxmaq daha yaxşıdır. Şeyx: Bəli, namaz qılan üçün doğru və düzgün olan budur ki, səcdə yerinə baxsın, gözünü qarşıya, aşağı və ya yuxarı dikməsin. Yalnız səcdə yerinə baxsın. Çünki bu, xüşulu (müti) olmaq baxımından daha əlverişlidir. Təqdimatçı: Şeyx, əl-Həram məscidində namaz […]
Fətvalar Namaz Xarici görünüş

Əlcəklə namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Yüklə Sual: Qış günlərində soyuq olanda əllərim üşüdüyü üçün yun əlcək geyinərək namaz qıla bilərəmmi? Əlcək geyinmək namazda səcdə vaxtı yeddi əza üzərində səcdə etməyə maneə sayılmırmı? Cavab: Əlcək taxıb namaz qılmaq olar. Necə ki, ayaqda corab olursa, əlcəyin də əldə olması namazda problem deyil. Həmd olsun Allaha. Əlinə əlcək geyinərək, yaxud (əlcək olmasa) istilənmək […]
Fətvalar Namaz

Namazda VƏSVƏSƏNİN çarəsi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaz qılan vaxt vəsvəsə gələrsə, namazda olmağıma baxmayaraq lənətlənmiş şeytandan Allaha sığınımmı? Cavab: Bəli, sünnə budur ki, hətta namazda olsan da, şeytandan Allaha sığınasan. Əgər vəsvəsə çoxalarsa fikrini yayındır və “Əuzu billəhi minəş şeytanir rəcim” (Lənətlənmiş şeytanın şərrindən Allaha sığınıram) – de. Yaxşı olar ki, sol tərəfinə üç dəfə quru şəkildə (sakit səslə) […]
Əxlaq və ədəb Fətvalar Namaz

Namaza gələrkən tələsmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaza gələrkən qaçmaq icazəlidirmi? Cavab: Belə etmək lazım deyil, bu məkruhdur (bəyənilmir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, namaza gəldikdə, gəzə-gəzə gəlin, sükunətli olun. Hansı rükətlərə (imamla) çatsanız qılın, çatmadığınız rükətləri isə tamamlayın. Namaza gələrkən qaçmaq, tələsmək olmaz. İnsan gəzə-gəzə, sükunətli və rahat halda gəlməlidir.  
Fətvalar Namaz

Namazda göyə baxmaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaz qılan adamın namaz əsnasında gözlərini səmaya qaldırması doğrudurmu? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Namaz vaxtı səmaya baxmaq olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmiş və belə etməkdən çəkindirmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Namaz vaxtı gözlərini göyə dikənlər bu əməllərini tərk etsinlər, əks halda Allah […]
Fətvalar Namaz

Namaz vaxtı asqırıb “əlhəmdulilləh” demək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Xahiş edirəm sualımı cavablandırın. Mən oxumuşam ki, namaz qılan vaxt asqırarkən “Əlhəmdulilləh” demək olar və bu halda namazı yenidən qılmaq lazım deyil. Bu doğrudurmu? Cavab: Bəli, bu doğrudur. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunub ki, o, kiminsə namazda asqırdığını və “əlhəmdulilləh” dediyini eşitmişdi. Namazdan sonra ona demişdi ki, mən filan […]
Fətvalar Namaz Zəkat və sədəqə

Haram pulla tikilmiş məsciddə namaz qılmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, haram pulla inşa edilmiş məsciddə namaz qılmaq keçərlidirmi? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Qəsb edilmiş, yaxud haram pulla inşa edilmiş yerdə namaz qılmaq keçərlidir. Çünki namazın şərtləri, rükunları və vacibləri tamamlanmış sayılır. Lakin bu cür pulla məscid tikən əməlinə görə savab, əcr qazanmır.
Fətvalar Namaz

İqamə oxunduqda məscidə salam namazını yarımçıq dayandırmaq olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə Sual: İqamə oxunduqda məscidə salam namazını ilk rükətində yarımçıq dayandırmaq olarmı? Cavab: Hədisdə gəlib ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Namaz üçün iqamə oxunduqda, fərz namazdan başqa namaz qılınmamalıdır.” Alimlər deyirlər ki, bu hədis namazı yeni başlayana aiddir. Əgər o nafilə namazın ikinci rükusundan qalxdıqdan sonra iqamə oxunarsa, namazını tamamlasın. Çünki […]
Fətvalar Namaz

Namazda gözləri yummaq – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bəzi insanlar namazda gözlərini yumur və deyirlər ki, “bu hal namazda xüşulu olmaq üçün daha əlverişlidir.” Əslində bu iddia şeytanın bir hiyləsidir. Səbəb olmadan namazda gözləri yummaq məkruhdur (bəyənilmir) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə müxalifdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazda gözlərini yummazdı. Ya səcdə yerinə, ya da […]
Fətvalar Namaz Nəsihət

Övladlarını sübh namazına oyatmaqda səhlənkar olan valideynlər – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Bəzi atalar ailəsini sübh namazına oyatmaqda səhlənkarlıq edir. Sizin onlara tövsiyəniz nədir? Onu da qeyd edim ki, həmin ata deyir ki, uşaqlar böyüyər Allah onlara hidayət verər. Cavab: Xeyr bu doğru deyil. Əlbəttə onlar böyüyər və Allah onlara hidayət verər. Amma hidayət üçün səbəb də olmalıdır axı. Səbəb isə ata və ananın yeddi […]
Fətvalar Namaz

Tənha insanın azan və iqamə verməsi – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Bu qardaş sualında deyir ki, mən neçə illərdir ki, çobanlıqla məşğulam. Fərz ibadətlərimi də yerli-yerində edirəm. Namaz vaxtı daxil olanda azan verib təkbaşına namazımı qılıram. Lakin mənim ürəyim camaatla namaz qılmaq üçün döyünür. Mənim neçə illərdir belə namaz qılmağım mənim üçün camaat namazının savabı kimi savab sayılırmı?! […]
Fətvalar Namaz

Namazda xüşunun miqdarı nə qədərdir? – Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx xüşu namaz üçün gərəklidir. Bəs namazın kamil olması üçün xüşunun miqdarı nə qədər olmalıdır? Cavab: Xüşu namazın rüknu deyil (olmaması namazı batil etmir). Xüşu Allahdandır. İnsanlardan elələri vardır ki, tam xüşulu olur və namazın savabını tam əldə edirlər. Bəzi insanlar isə qismən xüşulu olur və o qədər də savab əldə edirlər. […]
Fətvalar Namaz Quran və təfsir

Nə üçün Quran ayəsində səbr etmək namaz qılmaqdan öncə qeyd edilir – Şeyx Fovzan (VİDEO)

Yüklə Sualda deyilir ki, nə üçün əl-Bəqərə surəsinin “Səbir və namaz ilə (Allahdan) kömək diləyin…” (əl-Bəqərə: 45) ayəsində, səbr etmək namaz qılmaqdan öndə qeyd edilib. Cavab: Çünki səbri olmayan insan, nə namaz qıla bilər, nə də başqa ibadəti edə bilər, namazı tərk edər. Çünki namaz qılmaq üçün müəyyən işlər görmək, davamiyyətli olmaq lazımdır. Bunun üçün […]
Fətvalar Namaz

Qunut duasını uzatmaq – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın bu sual soruşan deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Həsən bin Əliyə (Allah ondan razı olsun) öyrətdiyi qunut duasından əlavə dua etmək olarmı? Cavab: Qunut duasında Həsən bin Əlidən (Allah ondan razı olsun) rəvayət olunan duadan əlavə dua oxuya bilər. Lakin bəzi imamların (Allah onlara hidayət […]
Fətvalar Namaz

Məğrib namazını İşa namazı qılan imamın arxasında qılmağın qaydası – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Mən səfərdə olarkən camaat namazına qoşuldum. Onlar İşa namazını qılırdılar. Mən isə hələ məğrib namazını qılmamışdım. Mən Məğrib namazını onlarla birlikdə necə qıla bilərəm? Cavab: Sən Məğrib namazı niyyəti ilə onlara qoşulursan. İmam dördüncü rükətə qalxdıqda, oturursan. İstəsən sonuncu təşəhhüdü oxuyub salam verir, istəyirsənsə imamı gözləyir və onunla birlikdə salam verib namazı bitirirsən.
Fətvalar Namaz

Xəstənin qiblənin əksinə namaz qılması – Şeyx Saleh əl-Liheydan (VİDEO)

Yüklə Sual: Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Qiblə olmayan istiqamətdə yatmış xəstənin çarpayısını qibləyə tərəf yönəltmək lazımdırmı? Qeyd edim ki, çarpayının qibləyə çevrilməsi üçün bəzi tibbi avadanlıqları enerji qaynağından ayırmaq lazımdır. Allah sizi xeyirlə mükafatlandırsın.   Cavab (Şeyx Saleh əl-Liheydan): Namazda, ələlxüsus Fərz namazda qibləyə yönəlmək vacibdir. Lakin bu vaciblik bacarıqdan asılıdır. Allah buyurur: “Allahdan […]
Cənazə Fətvalar Namaz

Cənazə namazı necə qılınır? – Şeyx Zeyd bin Muhəmməd Hədi əl-Mədxəli (VİDEO)

Yüklə Cənazə namazı alimlərin yekdil fikirlə qəbul etdikləri məlum qaydada qılınır. Bu namaz dörd təkbirdən (Allahu əkbər) ibarətdir. Birinci “Allahu Əkbər” sözündən sonra əl-Fatihə surəsi oxunur. İstiftah duası (subhanəkə Allahummə və bihəmdikə…) isə oxunmur. Sonra ikinci təkbiri edir və İbrahim salavatını (Allahummə salli alə Muhəmməd va alə ali Muhəmməd…) sona qədər oxuyur. Sonra üçüncü təkbiri […]
Fətvalar Namaz

Namazın sonunda düzgün salam verməyin qaydası – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (namazın sonunda) sağ tərəfə salam verərkən yanağının ağ hissəsi görsənirdi. Sol tərəfə salam verərkən yenə yanağının ağ hissəsi görsənirdi.” (Nəsai rəvayət etmişdir. Albani səhih olduğunu demişdir.) Fəqihlər deyirlər ki, salam verməyə başlayarkən üz qibləyə olmalı, yan tərəfə […]
Fətvalar Namaz

Səfərdə olarkən iki namazı birləşdirmək – Şeyx Useymin (VİDEO)

Yüklə Sual: Səfərdə olarkən iki namazı birləşdirərkən namazın ilk vaxtında birləşdirmək lazımdır, yoxsa son vaxtında? Cavab: Səfərdə namazları cəm etmək mövzusunda sənə rahat olanı etməlisən. əgər ilk vaxtda birləşdirmək rahatdırsa ilk vaxtda, son vaxtda birləşdirmək rahatdırsa son vaxtda birləşdir. Səfərdə namazı cəm etmək mövzusunda daha rahat olanı edirsən. Namazları səfərdə qısaltmaq (dörd rükətli namazı iki […]
Fətvalar Namaz

Duha namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Duha namazı gündəlik nafilə ibadətlərdəndir. Bu namaz günəş üfüqdən bir nizə boyu çıxandan, yəni günəşin doğmasından on dəqiqə sonra, zöhr namazına az qalmış vaxta qədər qılınan namazdır. Bu namaz iki, dörd, altı, yaxud səkkiz rükət qılınır. Bu namazın qılınmasına görə böyük savab vəd olunub. Əbu Zərr (Allah ondan razı […]
Məqalələr Namaz

Cümə, bayram və cənazə namazları

Cümə namazı iki xütbə və iki rükət səslə qılınan namazdan ibarətdir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rükət sünnə namazı qılmaq olar. Cümə namazının fəziləti barəsində Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər […]
Fətvalar Namaz

İşa namazına qoşulub Məğrib namazını necə qılmaq olar? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə bir sual verirlər: Bir dəstə insan məğrib namazına gecikib. Onlar məscidə gəldikdə imam İşa namazını qılırsa, onlar özləri ayrıca camaat halında məğribi qılsınlar, yoxsa işa namazı qılan imama qoşulsunlar? Belə halda onlar namazı necə qılırlar? Cavab: Doğru olan budur ki, insan istər tək olsun, istərsə toplum halında məscidə gəldikdə […]
Fiqh Namaz Osman Sələfi

Osman Sələfi – Namaz və Xuşu

1. Namaz dinin dirəyidir 2. Namazda nəyi düşünürsən 3. Namazın rüknları, vacibləri və sünnətləri 4. Təkbiratul-ehram və onun hökmü 5. Niyyəti dil ilə tələffüz etmək Namazda səhlənkarlıq
Namaz Useyd Turabov

Useyd Turabov – Namaz fəsli (92 dərs)

Namazın dindəki məqamı, tərk edənin hökmü   Namaz qılmayanın hökmü, kimlərə vacibdir, vaxtları   Əsr və Məğrib namazının vaxtı   İşa namazının vaxtı   İşa və Fəcr namazının vaxtı, Hədislər   Namazların vaxtlarının girməsi, qorunması   Namazları cəm və qəza etmək   Tərk edilmiş, ötürülmüş, namazlar qəza edilirmi   Qadağan olunmuş vaxtlarda Sünnət, Cənazə, Səbəb […]
Məqalələr Namaz

Namazın vacibliyi bildirən şəriət dəlilləri

Namaz islamın şəhadətdən sonra ən mühüm dayağıdır. İbn Ömər Peyğəmbərin -səllallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: “İslam beş dayaq üzərində bina edilmişdir: Allahdan başqa ibadət haqqı olan ilahın olmamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq!” (hədisi Buxari və Müslim rəvayət etmişdir). Namaz […]
Məqalələr Namaz

Namazın beş vaxtını bildirən şəriət dəlilləri

Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır: 1. Sübh (2 rükət): “… Sübh namazını da qıl”. (“əl-İsra”, 78, və ya bax: “Hud”, 114; “ər-Rum”, 17). 2. Zöhr, yəni günorta (4 rükət): “…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …” (“əl-İsra”, 78 və ya […]
Məqalələr Namaz

Namaz

Uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdi ki, Allaha- dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək- ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru- düzgün din budur!” (əl- Bəyyinə”, 5). Malik ibn əl-Huveyris  rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm- dedi: “…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…” Namazın şərtləri […]