Bölmə - Fətvalar

Digər fiqhi məsələlər Fətvalar

Siqaret çəkmək və onu satmaq icazəli deyil – Şeyx İbn Bəz

Sual : Siqaret çəkməyin hökmü nədir?! Haramdır, yoxsa məkruhdur?! Onun ticarətini etməyin hökmü nədir?! Cavab : Siqaret çəkmək, özü murdar (pis) olduğu və özündə çox zərərləri cəm etdiyi üçün haramdır. Allah Öz qullarına yeməkdən, içməkdən və başqa şeylərdən olan təmiz (pak) şeylər halal, murdar (pis) şeyləri isə haram etmişdir. Səndən onlara nəyin halal edildiyini soruşurlar. […]
Əqidənin ümumi əsasları Fətvalar Nəsihət

Allahın səndən razı qaldığını necə bilərsən? – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Sual: Allahın bizdən razı qaldığını necə bilərik? Cavab: Allahın razılığını qazanmaq yüksək məqam və çox əzəmətli işdir. İzzət və Cəlal sahibi Allahın razılığını qazanmaq üçün, Tövhidi həyata keçirmək, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) gözəl şəkildə itaət etmək və bu işdə çalışmaqla: yəni, Allahın razı qaldığı kimsələrin yolu ilə getməklə – mümkündür. Allahın […]
Fətvalar Peyğəmbərlər tarixi Sünnətlər və bidətlər

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludu – Şeyx İbn Useymin (VİDEO)

Yüklə Saleh sələflərimiz: Raşidi xəlifələr, səhabələr, onların əməlisaleh ardıcılları tabiinlər, nə də onlardan sonra yaşayan islam alimləri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludunu qeyd etməyiblər. Bu məqamda bir sual çıxır: Məgər biz Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bu insanlardan daha çox təzim edirik?! Təbii ki, xeyr. Məgər biz Peyğəmbəri (ona Allahın […]
Fətvalar Zəkat və sədəqə

Az da olsa sərmayə yatır – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın, məscidin inşası üçün kiçik bir məbləği vəqf etmək nə qədər doğrudur? Cavab: Xurmanın yarısı ilə də olsa, özünüzü Cəhənnəmdən qoruyun. İnsan az da olsa belə bir işdə iştirak edərsə, öz xeyir payını və böyük savabını əldə etmiş olar. Məscidlərin inşasına və təmirinə yardım etməyə görə savab, hər kəsin […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Mən bu rəhbərə beyət etməmişəm, ona itaət etməyim də vacib deyil – Şeyx Saleh əl-Fovzan (VIDEO)

Yüklə Sual: Sualda deyilir ki, mən bu rəhbərə beyət etməmişəm (sədaqət andı içməmişəm) ona görə də mənim bu rəhbərə itaətim vacib deyil. Cavab: Əgər o müsəlmanlardan deyilsə, onda itaət etmir. Əgər müsəlmandırsa o zaman müsəlmanların rəhbərinə itaət etməsi vacibdir. Hər kəsin rəhbərə beyət etməsi vacib deyil. Əgər sayılıb-seçilən və elm adamları beyət ediblərsə, digərləri onlara […]
Fətvalar Radikallıq və terrora münasibət

Terror etməyi planlayan, yaxud terror düşüncəli insan haqqında aidiyyatı orqanlara xəbər vermək – Şeyx...

Böyük Alimlər Heyətinin üzvü müdrik alim Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) bildirib ki, müsəlmanlara qarşı (terror və s.) şər iş düzənləyən insanı gizli saxlamaq olmaz. O təkidlə vurğulamışdır ki, müsəlmanlar onun şərrindən qurtulsunlar deyə belələri haqqında məlumat vermək lazımdır. Bu haqda Böyük Alimlər Heyəti “tvitter” hesabında Şeyx Fovzanın adına belə bir paylaşım ediblər. Sitatda […]
Fətvalar Namaz Sünnətlər və bidətlər Zikr və dua

Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə Sual verən: Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? Şeyx Əbdüləziz Ali Şeyx: Bunun sünnə olması haqqında heç bir dəlil yoxdur. Namazdan sonra deyilən sözlər şəriət dəlilləri ilə təsdiq edilməlidir. Dəlillərdə deyilir ki, namazdan sonra üç dəfə “əstəğfirullah”, “Allahummə əntə-s-sələm va minkə-s-sələm, təbarəktə ya zəlcələli valikram”, “Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu, ləhul […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm Quran və təfsir

Hər kəs cəhənnəmə girəcəkdir – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sualda deyilir ki, uca Allahın bu ayəsində nə nəzərdə tutulur? “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür.” (Məryəm surəsi: 71). Cavab: Bu ayədə sirat körpüsündən keçmək nəzərdə tutulur. Qiyamət günü sirat körpüsü cəhənnəmin üzərində qurulacaqdır. Bu körpü tükdən nazik, közdən […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbərin təyin etdiyi nazirlər, icra başçıları və digər məmurlara itaət etmək rəhbərə itaət sayılır –...

Yüklə Elm adamları deyirlər ki, imam sözü dövlət başçısı deməkdir. Dövlət başçısının icraçı məmuru da rəhbər hesab olunur. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə belə demişdir: “Kim mənim icraçı məmuruma itaət edərsə, mənə itaət etmiş sayılır.” Ona görə də dövlət başçısının təyin etdiyi nazirlər, icra başçıları, müdirlər və başqa bu kimi insanlara […]
Fətvalar Ticarət və maliyyə

Ruzi haqqında dəyərli tövsiyə – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Əziz qardaşlarım, sizə ALLAHA TƏVƏKKÜL haqqında xatırlatmaq istəyirəm. Qəlblərinizi Allaha təslim edin, Allaha təvəkkül edin, bilin ki, bütün işlər Allahın əlindədir. Nə yerdə, nə də göydə heç nə uca Allahı aciz edə bilməz. Allah comərd və lütfkardır. O dua edənlərin duasını eşidir, səsləri səhv salmır. Kim nə istəyirsə, istədiyini ona verir. Heç kəsin istədiyini […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Dövlət başçısına itaət edən insan, bu itaəti Allaha ibadət olaraq görməlidir – Şeyx İbn Useymin (VİDEO)

Yüklə “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin, özünüzdən olan ixtiyar (əmr) sahiblərinə də..” (Nisa: 59) “özünüzdən olan ixtiyar (əmr) sahiblərinə də.” Bu ayənin ərəbcəsində cümlənin feli silinmişdir ki, əvvəldə deyilən itaət növünə tabe olsun. Ayədə “əmr sahiblərinə itaət edin” – demədi, dedi ki, “özünüzdən olan əmr sahiblərinə də”. Çünki əmr sahiblərinə itaət Allah […]
Fətvalar Tövhid və növləri

Məgər bilmirsənmi Allah səni görür! – Şeyx Xalid əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Ey Allahın qulları, Allahın sizi gördüyünü bilirsiniz, Allahın neməti, minnəti, lütfü və səltənəti içərisində yaşayırsınız, bəs Allaha asilik və günahla qarşılıq verdikdə heç Ondan utanmırsınız?! Məgər bilmirsənmi Allah səni görür?! O səni görür və səndən agahdır. Heç bir şey Ondan gizli qalmır. Ey Allahın qulları, Allahın gözəl adları və […]
Fətvalar Radikallıq və terrora münasibət Xəvariclər

Ərəb baharı üsyanlarının “bəhrəsi” (VİDEO)

Yüklə _______________________  Sələf Xəbər: Dəyərli izləyici, bu gün müsəlman dünyasının baş-bəlasına çevrilmiş üsyançı ixvançı düşüncə hər yerdə fəsad törətməkdə davam edir. Elə bu üsyankar düşüncənin “bəhrəsi” ilə bir çox ölkələrdə müsəlmanlar bəlaya düçar olublar. Biz “ərəb baharı” üsyanının nəticəsini görmək üçün Misir, Libiya, Tunis, Yəmən, Suriya və digər ölkələrə baxsaq kifayət edər. Sizə təqdim edəcəyimiz […]
Fətvalar Radikallıq və terrora münasibət

Terrorçu fikirlərin yayılmasının əsas səbəblərindən biri – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Təkfirdə həddini aşmağın və terrorçuluğun yayılmasının səbəbləri vardır. Həbs olunan terrorçular üzərində aparılan araşdırmalar və təcrübələr nəticəsində qəti olaraq bunun beş səbəbinin olduğunu söyləmək olar…. Səbəblərdən biri qəlbi cəmiyyətə qarşı zülmətlə dolduran kitabları oxumaqdır. Belə kitablar təkfirdə həddi aşmağı din və tövhid etiqadı kimi təqdim edir. Bu fikirlərə gözəl libas geyindirir. Belə kitabların bəzisi […]
Fətvalar Namaz Peyğəmbərlər tarixi

Peyğəmbərin ﷺ son vəsiyyəti – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Biz həm vacib, həm də nafilə namazları qorumalıyıq. Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölüm yatağında olarkən etdiyi son vəsiyyətidir. Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) son sözü belə olmuşdur: “Namazınızı qoruyun, namazınızı qoruyun. Tabeliyinizdə olan kölələrə xoş davranın.” […]
Əxlaq və ədəb Fətvalar

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş rəftarı – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Şeyx Süleyman ər-Ruheyli: İmamımız, örnəyimiz və Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş davranardı. Bir gün o əshabələri ilə birlikdə zöhr, yaxud əsr namazı qılmağa gedirdi. O nəvəsi Həsəni, yaxud Hüseyni də özü ilə apardı. Allah onların hər ikisindən razı olsun. Uşağı yanına qoyub namaz qılmağa başladı. Səcdə zamanı uzun-uzadı səcdə […]
Əxlaq və ədəb Fətvalar

Allaha qarşı ədəbli olmaq – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Allaha qarşı ədəbli olmaq Onun dininə əməl etmək, əmr etdiyi əxlaqla həm daxilən, həm də zahirən əxlaqlanmaqdır. Allaha qarşı ədəbli olmaq üçün mütləq bu üç xüsusiyyət lazımdır: 1. Allahı ad və sifətləri ilə tanımaq; 2. Dinini və şəriət əhkamlarını, sevdiyi və narazı qaldığı işləri bilmək; 3. Elmi və əməli […]
Əxlaq və ədəb Fətvalar

Peyğəmbərə qarşı ədəbli olmaq – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) qarşı ədəbli olmaq haqqında Qurani-Kərimdə kifayət qədər məlumat vardır. Bu xüsuda ən başlıca ədəb qaydaları bunlardır: 1. Ona təslimiyyət göstərmək; 2. Əmrlərini yerinə yetirmək; 3. Dediklərini qəbul etmək və təsdiqləmək; 4. Özünü ondan üstün tutmamaq; 5. Onun göstərişi olmadan, əmr və ya […]
Fətvalar Nəsihət

Yeni dərs ili – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Biz yeni dərs ili ərəfəsindəyik. Siz övladlarınızın məktəbə daxil olması üçün çalışırsınız. Bu, təqdirəlayiq işdir. Təhsil almaq gərəkli işdir. Faydalı təhsil almaq həm dini, həm də dünyəvi baxımdan gərəklidir. Təhsil almayan və təhsildən yayınan uşaqlar, itib-batır, özbaşınalığa uğrayırlar. Bu gün təhsilsiz və savadsız adama yer yoxdur. Əgər övlad təhsilində uçuruma düşərsə, bütün işlərində uçuruma […]
Fətvalar Oruc

Muhərrəm ayını tam oruc tutmaq olarmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Hörmətli şeyx, sual verən Muhərrəm ayını tam oruc tutmaq haqqında soruşur. Nə üçün bu ay Muhərrəm adlanıb? Haram aylar hansılardır? Cavab: Muhərrəm ayı əzəmətli aydır. Bu ay Allahın müharibəni qadağan etdiyi haram aylardandır. Digər haram aylar isə, zulqədə və zulhiccə ayıdır. Bunlar ardıcıl haram aylardır. Bir də rəcəb ayıdır. Uca Allah buyurur: “Həqiqətən, […]
Fətvalar Həcc və ümrə Oruc

Ərəfa günün orucu böyük günahların bağışlanmasına səbəbdirmi? – Şeyx Useymin (VİDEO)

Yüklə Sual: Ərəfa günün orucu böyük günahların bağışlanmasına səbəbdirmi? Cavab: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) hədisdə deyir ki, Ərəfa günü oruc tutmaq keçmiş və gələcək bir ilin günahlarını bağışlayır. Sözün aşkar mənası göstərir ki, bu orucla böyük günahlar bağışlanır. Lakin əksər elm adamları deyiblər ki, bu oruc böyük günahları bağışlamır. Çünki Peyğəmbər (Ona […]
Fətvalar Həcc və ümrə Tarixi hadisələr

İlk dəfə Həcc etmək necə başlamışdır? – Şeyx Fovzan (VİDEO)

Yüklə “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” (Ali İmran: 96). Şərəfli Kəbə evi Allahın bütün insanlar üçün bina etdiyi ilk evdir. Uca Allah bu evi inşa etməyi Xəlili İbrahimə (Aleyhissələm) əmr etmişdir. “Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini […]
Fətvalar Nəsihət

Zülhiccə ayında edilən yaxşı əməllər – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Sual: Zülhiccə ayında edilən yaxşı əməllər hansılardır? Cavab: Bu on gündə edilən istənilən yaxşı əməl Allaha daha sevimlidir. Hətta Onun yolunda cihad etməkdən də sevimlidir. Yalnız öz malı və canı ilə cihada gedib heç bir şeylə geri qayıtmayan, yəni şəhid olan kimsədən başqa. Əziz qardaşlarım bu günlərdə edilən yaxşı işlərə əvvəlcə vacib əməllər daxildir. […]
Cümə günü Fətvalar

Cümə günü insanların başı üzərindən keçib ön cərgəyə irəliləmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx sualda deyilir ki, cümə günü görürük ki, bəziləri insanları başı üzərindən keçərək qarşıdakı cərgəyə keçməyə cəhd edirlər. Dolmuş cərgədəki insanları sıxlaşdırıb özülərinə yer etmək istəyirlər. Cavab: Belə etmək olmaz. Əvvəla ona görə ki, camaatın başı üzərindən keçir. Hədisdə deyilir ki, insanların başı üzərindən keçən insan, sanki cəhənnəmə körpü götürmüş kimidir. Namaz […]
Fətvalar Müsəlman hakimlərə münasibət Xəvariclər

Şeyx Fövzan: “Başçıya qarşı çıxmağın bir neçə növü vardır” (VİDEO)

Yüklə Sual verən deyir ki, ey şeyx, Allah sizi xeyrə müvəffəq etsin. Allah bilir ki, mən sizi Allah üçün sevirəm. Sualım budur ki, zamanımızda alimləri müxtəlif camaatlara bölmək və onları məzəmmət etmək çoxalmışdır. Hətta, bəziləri deyir ki, alimlər dövlətə işləyirlər. Allah sizi xeyrə müvəffəq etsin buna nəsihətiniz nədir? İkinci sualım da odur ki, məclislərdə ölkə […]
Əqidə və mənhəc Fətvalar

Şeyx Saleh Əli Şeyxin hər müsəlmana bilməsi vacib olan mükəmməl tövsiyəsi (VİDEO)

Şeyx Saleh Əli Şeyx haqqında: Şeyx Saleh ibn Əbdüləziz ibn Məhəmməd Əli Şeyx hicri ilə 1373- cü ildə (m.i.1959) ər-Riyad şəhərində elmli və saleh bir ailədə anadan olmuş, orta məktəbi də orada bitirmiş və dini təhsilə həris olduğu üçün İmam Məhəmməd ibn Səud adına İslam Universitetinin Quran və Onun Elmləri şöbəsinin Usul əd-din fakultəsini başa […]
Fətvalar Oruc Şübhələrə rəddiyələr

Şəvval orucu haqqında şübhəyə cavab – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Son zamanlar, ələlxüsus sosial şəbəkələr vasitəsi ilə belə bir şübhə yayırlar ki, şəvval ayının altı günü oruc tutmaq haqqında sübut yoxdur. Bu müsəlmanların bayramını korlamaqdan başqa bir şey deyildir. Şeyxin bu haqda fikri nədir? Cavab: Bu batil sözdür. Şəvval ayının altı günü oruc tutmaq Buxarinin əs-səhih əsərində təsdiqini tapıb. Peyğəmbər (Ona Allahın salavatı […]
Fətvalar Ramazan Zəkat və sədəqə

Ramazanın sonunda bunu etməliyik – Şeyx Fovzan (VİDEO)

Yüklə Uca Allah bu ayın sonunda sizə fitrə zəkatı verməyi əmr etmişdir. Miqdarı, ölkə əhalisinin qidası hesab olunan qida məhsulundan, bir “saa” (3 kq) qida məhsulu verməkdir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dediyi “saa” çəki vahidi, təxminən 3 kq-a bərabərdir. Kim 3 kq qida məhsulu sədəqə edərsə, üzərinə düşən vacibi etmişdir. Ehtiyat baxımından […]
Fətvalar Nəsihət Ramazan

Ramazanın son on günü və Qədr gecəsi – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Ramazanın sonuncu on günü çox fəzilətli günlərdir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu günləri etikafda (ibadətə qapanmaqla) keçirərdi. Bu günlərin hər gecəsini namaza həsr edər, bu gecələrdə ailəsini də oyadardı. Bu günlərdə min aydan xeyirli olan qədr gecəsi vardır. İnsan bu günlərini bazarlarda, orda-burda dolaşaraq, yaxud evdə boş-boşuna oyaq qalmaqla zay […]
Fətvalar Nəsihət Ramazan

Ramazanın 16-cı günü üçün tövsiyə – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bu səxavətli ayın əksər hissəsi geridə qalmışdır. Biz artıq on altıncı gündəyik. Allahdan diləyirəm ki, bizi və sizi qalan günlərdə Allahın razılığını qazanmaq üçün daha çox çalışmağa müvəffəq etsin, xeyir işlərdə ötüşməyi nəsib etsin. Qarşıdakı dəyərli günlərdə mömin daha çox çalışmalıdır. Fövtə verdiyi günlərin boşluğunu Allaha itaətlə, çox namaz qılmaqla, “sübhanallah”, “lə iləhə illəllah”, […]
Fətvalar Nəsihət Ramazan

Ramazanın ikinci on günü – Şeyx Fovzan (VİDEO)

Yüklə Ey insanlar Allahdan qorxun. Bu ayınızın on günü artıq geridə qalmışdır. Siz artıq ikinci on günlüyə qədəm qoymusunuz. Çox keçməyəcək sonuncu on gün gələcək. Sonra ay yekunlaşacaq. Siz bu ayda hansı yaxşı işlər etdiyinizə bir baxın. Keçən günlərin nə ilə keçdiyi haqqında düşünün. Qalan günləri necə keçirəcəyinizi fikirləşin. Özünüz düşünün!!! Kim yaxşı işlər görürsə, […]
Fətvalar Namaz

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Vitrdən sonra namaz qılmaq olmaz deyirlər, bu doğrudurmu? Cavab: Vitrdən sonra namaz qılmaq olar. Deyilənlər doğru deyil. Vitrdən sonra namaz qılmaq olar. Bu vaxt, namaz qılmaq üçün qadağan edilən vaxt deyil. Lakin daha yaxşı olar ki, gecəni vitr namazı ilə yekunlaşdırsın. Gecə namazını vitr ilə tamamlasın. Elə olub ki, Peyğəmbər (ona Allahın salavatı […]
Fətvalar Namaz

Gecə namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Gecə namazı gündəlik yerinə yetirilməsi təşviq olunan ibadətlərdəndir. Siz heç bilirsinizmi GECƏ NAMAZI nədir?! Bu namaz əməlisalehlərin təsəllisi, ibadətkarların könül sevinci və Allaha yaxın olanların adətidir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ramazandan sonra ən üstün oruc tutulan […]
Fətvalar Oruc Ramazan

Ramazan ayını başa vurmamış dünyasını dəyişən – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Anam xəstəlik səbəbi ilə Ramazan ayının iyirmidən çox gününü oruc tuta bilməyib, sonra da dünyasını dəyişib. Bunun əvəzində kasıbları yedizdirmək lazımdırmı? Cavab: Əgər o orucu xəstəlik səbəbi ilə tərk edib və xəsətliyi də ölənə qədər davam edibsə, xəstəlik səbəbindən Ramazan qəzaları qalıbsa, onun boynunda qəza yoxdur.
Fətvalar Nəsihət Ramazan

Ramazan ayı üçün dəyərli tövsiyələr – Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyx (VİDEO)

Yüklə Oruclu qardaşım hər birimiz səhv edir, pis iş görür və nöqsana yol veririk. Hamımız xəta edirik. Ən xeyirli xəta edənlər isə tövbə edənlərdir. Hamımız günah və asilik edirik. Məsum kimsə Allahın qoruduğu kimsədir. Allahın qoruduğu kimsələr istisna olmaqla, hər birimiz şər iş görürük – birisi az, birisi çox. Lakin Allahın bizə olan rəhməti budur […]
Fətvalar Oruc Ramazan Zəkat və sədəqə

Ramazana aid fətvalar – MÖTƏBƏR ALİMLƏRİN CAVABLARI

  Şeyx Useyminin (Allah ona rəhmət etsin) oruc ilə əlaqədar suallara cavabları Orucun vacib edilməsində hikmət nədir? • Sual: Orucun vacib edilməsində hikmət nədir? • Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı […]
Fətvalar Namaz Ramazan

Təravih namazı və rükətlərinin sayı – Şeyx Muhəmməd bin Saleh əl-Useymin

  Müdrik alim, şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə sual verilir: “Təravih namazının hökmü və rükətlərinin sayı necə olmalıdır?” Şeyxin cavabı belə olur: Təravih namazı sünnədir (yəni, vacib deyil). Buxari və Muslimin “əs-Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı bir gecə məsciddə qıldı, […]
Fətvalar Quran və təfsir Ramazan

Ramazan Quran ayıdır – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Bu ayın ən başlıca özəlliyi budur ki, uca Allah Quranı bu ayda nazil etmişdir. Yəni, Quranı bu ayda nazil etməyə başlamışdır. Bu hadisə Qədr gecəsində baş vermişdir. Uca Allah buyurur: “Biz onu (Quranı) qədr gecəsində nazil etdik.” (əl-Qədr surəsi: 1). “Biz onu mübarək gecədə nazil etdik. Biz (o Kitab vəsitəsilə insanları) xəbərdar edirik!” (əd-Duxan: […]
Fətvalar Quran və təfsir Ramazan

Ramazanda gündüz vaxtı edilən ən yaxşı əməl – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Sual verən soruşur ki, Ramazan ayında gündüz vaxtı edilən ən yaxşı əməl hansıdır? Cavab: Ramazan ayında gündüz vaxtı edilən ən yaxşı əməl Quran oxumaqdır. “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə: 185). Ramazan ayında fərz namazlardan sonra ən yaxşı əməl […]
Fətvalar Oruc Ramazan

Haram işdən imtina edən nə etməlidir? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (VİDEO)

Yüklə Maidə surəsinin 28-ci ayəsinin təfsirindən Bu ayənin faydalarından budur ki, insan hər-hansı haram işdən imtina etdikdə, qarşı tərəfə imtina etməyinin səbəbini açıqlasın və bildirsin ki, o acizlikdən və ya qorxudan imtina etməyib, imtina etməsinin əsl səbəbini (Allahdan qorxaraq imtina etdiyini) söyləsin. Necə ki, bu ayədə deyilmişdir: “Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən […]
Fətvalar Xarici görünüş

Saçı boyamaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Saçı boyamaq halaldır, yoxsa haram? Cavab: Saçı zil qara rəngə boyamaq həm kişilərə, həm də qadınlara qadağandır. Amma saçı sarı, yaşıl və digər rənglərə boyamaq isə haram sayılmır. Lakin zil qara rəngə boyamağı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qadağan etmiş və demişdir: “Bu ağarmış saçları boyayın, lakin qara rəngə yox.” Xülasə […]
Fətvalar Mənhəcin ümumi əsasları Mumeyyilər Xəvariclər

Şeyx Fovzan – ‘İxvanul Muslimin’ əhli-sünnədən deyil! (VİDEO)

[embedyt] https://www.youtube.com/watch?v=PBh2QQ7tN7g[/embedyt]   Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Şeyx, müxtəlif internet saytlarında sizin “İxvanul Muslimin” camaatının əhli-sünnə vəl cəməadan olduğu barədə fətvanız yayılıb. Bu doğrudurmu? Şeyx Fovzan: Mən artıq bunu rədd etmişəm! Amma onlar əleyhlərinə olanı qəbul etmirlər. Mən bunu dərhal rədd etmişdim. Mən “İxvanul Muslimin” mənhəcindən uzaq olduğumu söyləmişəm. Onların mənhəclərini bəyan etmiş və […]
Fətvalar Mənhəcin ümumi əsasları Mumeyyilər Xəvariclər

Şeyx Fovzan – ‘İxvanul Muslimin’ və ‘Təbliğ camaatı’ sələfi deyil! (VİDEO)

[embedyt] https://www.youtube.com/watch?v=1YEhnzN3U7c[/embedyt]   Sual: Allah sizi xeyirlə mükafatlandırsın! Şeyx, soruşurlar ki, sizin “İxvanul Muslimin”, “Təbliğ camaatı” və qeyrilərinin sələfi olduğunu söylədiyiniz doğrudurmu? Şeyx Fovzan: Bu yalan və iftiradır. Sələfilərə yalnız sələfilərin mənhəcinə tabe olanlar aiddirlər. Əgər insan sələfi mənhəci üzərindədirsə, o sələfidir. Yox əgər sələfin mənhəcinə müxalifdirsə, o zaman o, sələfi deyil. Allah rəsulu (sallAllahu […]
Dostluq və düşmənçilik (əl-valə val-bara) Fətvalar Mumeyyilər

Dəyişkən adamla dostluğun xeyri yoxdur – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə İmam Şafiinin (Allah rəhmət etsin) belə bir gözəl sözü vardır: Dəyişkən adamla dostluğun xeyri yoxdur Külək hansı tərəfə əsərsə, o da ora əyilər Dəyişkən adamla dostluğun xeyri yoxdur – Allaha and olsun, doğru sözdür. Dəyişkən adamla dostluqda xeyir yoxdur. Dəyişkən adamlardan nə vətənə, nə də ümmətə xeyir gəlməz. Külək əsən tərəfə əyilənlərdə xeyir yoxdur. […]
Fətvalar Hədis və şərh Sünnətlər və bidətlər

Şaban ayının orta gününü ibadətə həsr etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Şaban ayının orta gecəsini ibadətə həsr etmək haqqında deyilən hədislər səhihdirmi? Cavab: Xeyr bu haqda deyilən hədislər səhih deyildir. Şaban ayının orta gecəsi, yaxud orta günü haqqında deyilən hədislərin heç biri səhih deyildir. Bu günlər ibadətə həsr edilməz. Amma kimsə daimi etdiyi ibadəti edə bilər, aidiyyəti üzrə həmin gecə, gecə namazını qıla bilər. […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Quran və sünnə ilə hökm etməyən rəhbərə itaət edilirmi? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin. Biz dərslərimizdə keçmişik ki, rəhbər istər əməlisaleh, istərsə də günahkar olsun, ona itaət edilməlidir. Amma bəzi adamlar deyirlər ki, rəhbər Quran və sünnə ilə idarə edərsə, ona itaət edilir. Belə deyilsə, ona itaət edilmir. Bu nədərəcə doğrudur? Cavab: Bu xəvariclərin iddiasıdır. Bu Əhli Sünnə və Camaatın yoluna […]
Fətvalar Nəsihət

Şaban ayı Quran qarilərinin ayıdır – Şeyx Xalid bin Dahavi (VİDEO)

Yüklə İbn Rəcəb (Allah ona rəhmət etsin) nəfsin Ramazan ayının ibadət və itaətinə tərbiyə edilməsi baxımından demişdir: “Bəzi sələfilər Şaban ayını, “Quran qarilərinin ayı” adlandırırdılar. Belə ki, onlar bu ayda çox oruc tutar və çox Quran oxuyardılar.” Sələmə bin Kuheyl (Allah ona rəhmət etsin) demişdir: “Şaban ayına Qarilər ayı deyilirdi.” Həbib ibn Əbu Sabit (Allah […]
Fətvalar Nəsihət

Şaban ayına aid əhkamlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Ramazan ayına hazırlıq olaraq şaban ayında müsəlmanın edə biləcəyi əməllər Birinci: Şaban ayında oruc tutmaq Oruc tutmaq baxımından şaban ayı digər aylardan fərqlənirmi? Cavab: Bəli, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) “Şaban ayının əksər günlərini oruc tutardı.” Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) örnək tutaraq şaban ayında daha çox oruc tutmaq lazımdır. Peyğəmbər […]
Fətvalar Nikah və Talaq

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət...

Yüklə Əgər qadın ərinin nöqsanlarına səbr edər və buna görə Allahdan savab umar, çıxış yolu gözləyərsə, eyni anda ona haqsız davranan ərinin haqqını ödəyərsə, gözəl aqibət onun olar. Bu qayda bütün haqq sahibləri üçün keçərlidir. Əgər sən üzərinə düşəni edir, qarşı tərəf isə səhlənkarlıq edirsə, Allah səni qalib edəcəkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı […]
Fətvalar Hədis və şərh Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə İnsan zina etmək imkanı ola-ola iffətini qoruyarsa, bu, ən üstün əməllərdən sayılar. Səhih hədisdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gün, Allahın kölgəsində olan yeddi qism insan olacaqdır: (Onlardan biri də) adlı-sanlı və gözəl qadın kişini zinaya çağırar, o isə “Mən Allahdan […]
Fətvalar Namaz

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Kamil bir rükətə çatmış insan, namazın rükətinə çatmış sayılır. Əgər imam namazın sonuncu rükətində sonuncü rükudan başını qaldırıbsa, demək camaat namazını itirmişdir. Lakin imama tabe olmaq baxımından namaza qoşulur. Yalnız kiminsə namaza gələcəyini və onlarla birlikdə camaat namazını qıla biləcəyini ehtimal edərsə, daha yaxşı olar ki, imama qoşulmayıb gözləsin. Kimsə gəlsə onlarla birlikdə camaat […]
Fətvalar Namaz

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Hörmətli şeyx, sualda deyilir ki, bu duanı “Allahım Səni zikr etməyə, Sənə şükr etməyə və Sənə gözəl tərzdə ibadət etməyə məni qüvvətləndir!” (Allahummə əinni alə zikrikə va şukrikə va husni ibadətikə.) – namaz salamından öncə, yoxsa sonra deyək? Cavab: Bismilləhir Rahmənir Rahim Həmd olsun Allaha, aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və cəmi […]
Fətvalar Nikah və Talaq

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Ailə həyatında ərinin üstünə qışqıran qadın haqqında nə deyə bilərsiniz? Cavab: Belə qadın bilməlidir ki, ərinin üstünə qışqırması ədəbsizlikdir. Çünki ər onun qəyyumu və böyüyü sayılır. Ona görə də ərinə hörmət etməli, onunla ədəb-ərkanlı danışmalıdır. Çünki belə etməsi onların münasibətinin daimi olmasına və mehriban ünsiyyətə kömək edər. Ər də qadına qarşı eyni qaydada […]
Fətvalar Nəsihət

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sən xeyir iş görmək istəyəndə ola bilər ki, şeytan gəlib “Sən bunu riyakarlıqla edirsən!” deyərək, vəsvəsə versin. Beləliklə səni yaxşı əməldən yayındırsın, xeyirdən məhrum etsin. Lakin sən belə vəsvəsəyə fikir vermə, ona itaət etmə! Sən yaxşı işini gör. Hətta sənə elə gəlsə ki, sən bunu riyakarlıq və ya göstəriş üçün edirsən, buna əhəmiyyət vermə! […]
Fətvalar Ticarət və maliyyə

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, son zamanlar geniş yayılmış “Bitcoin” adlı kriptovalyutaları (virtual valyuta) alıb-satmağın hökmü nədir? Cavab: Kriptovalyutalar şəxsi valyutalar sayılır. Bu növ valyutaları müəyyən şəxslər icad etmişlər. Bu növ valyutaların beynəlxalq nizamlayıcı əsası yoxdur. Həqiqətdə isə bu valyutaların dəyəri, yəni zəmanət əsası yoxdur. Onu dəyərləndirəcək nə iqtisadi bazası, nə də qızıl, gümüş, […]
Fətvalar Günahlar

Tövbənin mənası və mərtəbələri – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Tövbə sözü qayıtmaq deməkdir. İnsanın Allaha asilik etməkdən əl çəkib, Allaha itaətə qayıtması tövbədir. Ən böyük və ən önəmli tövbə, küfrdən tövbə edib imana gəlməkdir. Uca Allah buyurur: “Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar.” (əl-Ənfal: 38). Tövbənin ikinci mərtəbəsi, böyük günahlardan Allaha tövbə […]
Fətvalar Nəsihət

Köhnəlib cırılmış dini kitabları nə edək? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Hörmətli şeyx, bəzi səhifələri cırılmış və istifadə olunmayan Qurani-kərimin köhnə nüsxələrini nə etmək olar? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Korlanmış və cırılmış Qurani-kərim və digər dini kitabların nüsxələrindən faydalı istifadə etmək olmursa, onları təmiz yerdə basdırmaq, yaxud xüsusi yerdə (yazılı səhifə qalmamaq şərti ilə) yaxşıca yandırmaq lazımdır. Alimlər əminamanlıq olmayanda, Qurani-kərim nüsxələrini yandırıblar […]
Fətvalar Təharət (Təmizlənmə)

Təyəmmüm edib, sonra coraba məsh edən yenidən ayağını yumalıdırmı? – Şeyx İbn Useymin (Allah rəhmət etsin)...

Yüklə (Coraba və ya xuffa məsh etmək üçün) gərək ayaqları su ilə yuyasan, sonra geyinəsən. Əgər təyəmmüm edəndən sonra (corab və ya xuff) geyinibsə, belə halda onların üzərinə məsh edə bilməz. Məsələn, səfərdə olan adam su tapmadığı üçün təyəmmüm edir və xuflarını geyinir. Yəni, təyəmmüm təmizliyi ilə geyinib, sonra isə su tapıb. Bu zaman dəstəmaz […]
Cənazə Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

“Filankəs son mənzilə getdi” ifadəsini demək olarmı? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)...

Yüklə Qiyamət günü “Axirət günü” adlandırılmışdır. Axirət – ölüm ilə diriləcək gün arasındakı bərzəx aləmi deyil. Bəzi insanların kimsə öləndə “Filankəs son mənzilə getdi!” sözündən bu yalnış məna anlaşılır. Halbuki bu ifadə, səhv ifadədir. Son mənzil qiyamət günündə ya cənnət, ya da cəhənnəmdir.
Fətvalar Namaz

İmamla namaz qılan istiftah duasını oxuyurmu? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Şeyx Allah bizə və sənə rəhm etsin, imam fatihə surəsini oxuyarkən camaat namazına qoşulan adam istiftah duasını oxumalıdırmı? Cavab: Namaza qoşulanda imam fatihə surəsini oxuyursa, qoşulan adam təkbir edərək sakit dayanıb fatihə surəsinin qiraətini dinləyir, imam fatihəni oxuduqdan sonra istiftah duasını, daha sonra fatihəni oxuyur. İmam fatihəni oxuduqdan sonra namaza qoşulub və imam […]
Fətvalar Ticarət və maliyyə

Siqaret və qəlyan ilə qazanılan pul haramdırmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Sualda deyilir ki, dostumun kafesi var və oraya gələn gənclərə və digər müştərilərə qəlyan təqdim edilir. Bu baxımdan kafedən gələn qazancın hökmü nədir? Cavab: Bu, qarışıq maldır. Əgər kafedə icazəli və haram olan şeylər təqdim edilirsə, bu halal ilə haramın qarışıq qazancıdır. Əgər məkan sırf siqaret, qəlyan və bu kimi haram olan şeylərin […]
Fətvalar Mənəvi

Müttəqiyə dünya dar gəlməz – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Uca Allah möminlərə belə əmr edib, tövsiyə verib: “Ey iman gətirənlər, Allahdan qorxun və yalnız doğru söz danışın.” Uca Allah ən şərəfli və ən fəzilətli yaradılmışa, hamının ağası olan Muhəmməd sallallahu elyhi və səlləmə belə xitab etmişdir: “Ey Peyğəmbər, Allahdan qorx!” Madam ki, belədir, bu işə hərislik göstərmək möminə yaraşmazmı?! Məgər yaraşmazmı ki, mömin […]
Fətvalar Möminlərlə münasibət

Möminlər arasında ədavət, nifrət və ixtilaf şirkə yol açır – Şeyx Əbdüssəlam bin Bərcis (Allah rəhmət etsin)...

Yüklə Möminlər arasında ədavət, nifrət və ixtilaf olduqda, çox vaxt cəmiyyətdə şirk də geniş yayılır. Buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir çox hədislərdə şirkin təhlükəsi ilə, möminlər arasında ədavət, nifrət və ixtilafın təhlükəsini müqayisə etmişdir. Səhih Muslimdə rəvayətdə deyilir ki, “Hər həftənin birinci və dördüncü günü bəndələrin əməlləri Allaha ərz edilir. […]
Fətvalar Qəza və qədər

“Həyatın qanunu belədir!”, Dünyanın işi belədir!”, “Dünya belədir!” demək olmaz – Şeyx Saleh bin Fovzan əl...

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın möhtərəm şeyx, bəzi insanların müsibətlə qarşılaşdıqda belə dediyini eşidirik: “Həyatın qanunu belədir!” Cavab: Bu söz, müşriklərin dediyi söz kimidir: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi.” (Əraf: 95). “Həyatın qanunu belədir!” (dünyanın işi belədir!, dünya belədir! Və s.) kimi sözlər, cahiliyyət dönəminin sözüdür. “Atalarımıza da belə yaxşı-yaman günlər üz […]
Fətvalar Günahlar Namaz

Qılınmayan namazları qəza etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Allah mənə lütf edib və mən artıq namazlarımı ayın əvvəlindən vaxtlı-vaxtında qılır, namaz kimi əzəmətli ibadəti müntəzəm edirəm. Lakin əvvəllər bəzən namaz qılır, bəzən tərk edirdim. İndi mən o vaxt qılmadığım namazları qılmalıyammı? Cavab: Sənə vacib olan Allaha tövbə etməyindir. Çoxsaylı qılınmamış namazları qılmağa gərək yoxdur. Sən Allaha […]
Fətvalar Kafirlərlə münasibət Zəkat və sədəqə

Qeyri-müsəlmanlara sədəqə vermək olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Qeyri-müsəlmanlara sədəqə vermək olarmı? Cavab: Müsəlmanlarla müharibə şəraitində olmayan qeyri-müsəlmana sədəqə vermək icazəlidir. Şərt odur ki, müsəlmanlarla müharibə şəraitində olmasınlar. Əminamanlıq, sakitçilik və əhd-peyman dönəmində kafirlərə sədəqə vermək icazəlidir. Uca Allah buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah […]
Fətvalar Mənəvi Qəza və qədər

İslamda səbrin əhəmiyyəti – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Başına müsibət gəlib səbr edən və Allahdan savab uman insanın savabı nədir? Cavab: Uca Allah buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi […]
Fətvalar Mənəvi Tibb

Yuxu haqqında qızıl qayda – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Sualda deyilir ki, bir nəfərin atası dünyasını dəyişib və oğlu atasını tez-tez yuxuda görür, bəzən isə atası ona yuxuda qəzəbli halda görsənir. Cavab: Bu yuxuya əhəmiyyət verməsin. Mən sizə yuxu haqqında faydalı bir qayda söyləyəcəyəm. “İnsanı narahat edən hər bir yuxu şeytandandır.” Bu, bütün yuxulara aiddir. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və […]
Fətvalar Namaz

Qadınlar camaat namazı qıla bilərmi? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Qadın digər qadınlara namaz qıldıra bilərmi? Əgər cavab “bəli”dirsə, onlar da camaat namazının savabını qazanırlarmı? Cavab: Rəhmli və mərhəmətli Allahın adı ilə. Həmd olsun Allaha. Allahın Elçisinə, onun ailəsinə, əshabələrinə və onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun. Qadının qadın toplumuna camaat namazı qıldırması icazəlidir. Aişə və Ummu Sələmənin (Allah onlardan […]
Fətvalar Günahlar

Dilini qoru – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dilin təhlükəsi barədə xəbərdarlıq edərkən, Muaz bin Cəbəl (Allah ondan razı olsun) ona dedi: “Ey Allahın elçisi, məgər biz danışdıqlarımıza görə cavab verəcəyik?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Muaz anan səni itirərdi! İnsanlar elə dilləri ucbatından üzü üstə, yaxud burnu üstə cəhənnəmə düşəcəklər!” […]
Fətvalar Namaz

Kəbəyə baxıb namaz qılmaq olarmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Təqdimatçı: Alimlərin sözlərini oxuyarkən görürük ki, alimlər deyirlər ki, namaz vaxtı səcdə yerinə baxmaq daha yaxşıdır. Şeyx: Bəli, namaz qılan üçün doğru və düzgün olan budur ki, səcdə yerinə baxsın, gözünü qarşıya, aşağı və ya yuxarı dikməsin. Yalnız səcdə yerinə baxsın. Çünki bu, xüşulu (müti) olmaq baxımından daha əlverişlidir. Təqdimatçı: Şeyx, əl-Həram məscidində namaz […]
Fətvalar Qəza və qədər Zikr və dua

Qəm-kədərin əlacı – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Bəzi insanlar kədərləndikdə, əyləncə mərkəzlərinə və şou məkanlarına üz tuturlar. Amma əslində bu onların kədərini daha da dərinləşdirir. Əgər kədərlənən, qəm-qüssə içində boğulan insan Quran oxuyar, yaxud Quran dinləyər və zikr edərsə, qəmi kədəri çəkilər. Bəzi insanlar isə qəm-qüssəsi çoxaldıqda özünü öldürür, intihar edir. Allah belə haldan qorusun! O elə zənn edir ki, intihar […]
Əqidənin ümumi əsasları Fətvalar

LƏ İLƏHƏ İLLƏLLAH şərtlərinin izahı – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Elm – Bilmək: Lə iləhə illəllah kəlməsinin mənasını bilmək, əksi isə bu sözün mənası barədə cahil olmaq deməkdir. Bu sözü dili ilə deyib, lakin mənasını bilmirsə, bu adama “Lə iləhə illəllah” kəlməsi fayda verməz. Lə iləhə illəllah kəlməsinin mənası nədir? “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.” Bu kəlmənin mənası uca və nöqsansız Allahdan […]
Fətvalar Qəza və qədər Zikr və dua

Müsibət anında deyiləcək ən gözəl söz – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Mal-dövlətində və ya bədənində müsibətlə üzləşən müsəlmanın deyəcəyi ən gözəl söz hansıdır? Cavab: Bu halda uca Allahın söylədiyini demək lazımdır: «“Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” – deyirlər.» “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” (Ərəbcəsi: İnnə lilləhi və innə ileyhi […]
Fətvalar Zikr və dua

Şükr səcdəsi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Şükr səcdəsi necə edilir? Cavab: Şükr səcdəsi, namaz qılarkən və ya Quran oxuyarkən səcdə ayəsində edilən səcdə kimidir. İnsana sevindirici xəbər verildikdə, Allaha şükr əlaməti olaraq səcdə edir və səcdədə bu sözləri deyir: “Subhanə rabbiyəl alə, Subhanə rabbiyəl alə”. Həmçinin səcdədə Allaha həmd-səna oxuyur, Rəbbinə dua edir və ona verilən nemətə bərəkət verməsini […]
Fətvalar Xarici görünüş

Qızıl və gümüş diş taxmaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, dişlərin düzəldilməsində qızıl və gümüşdən istifadə etmək barədə nə deyə bilərsiniz? Cavab: Dişlərin bu metallardan hazırlanmasında təfsilat vardır. Əgər dişləri qızıl və gümüşdən başqa digər materiallardan düzəltməyə imkan varsa, bu daha yaxşıdır. Əgər bunu etmək məcburiyyətində qalarsa, eyb etməz. Çünki səhih hədisdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) burnu kəsilmiş […]
Fətvalar Namaz Xarici görünüş

Əlcəklə namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Yüklə Sual: Qış günlərində soyuq olanda əllərim üşüdüyü üçün yun əlcək geyinərək namaz qıla bilərəmmi? Əlcək geyinmək namazda səcdə vaxtı yeddi əza üzərində səcdə etməyə maneə sayılmırmı? Cavab: Əlcək taxıb namaz qılmaq olar. Necə ki, ayaqda corab olursa, əlcəyin də əldə olması namazda problem deyil. Həmd olsun Allaha. Əlinə əlcək geyinərək, yaxud (əlcək olmasa) istilənmək […]
Fətvalar Təharət (Təmizlənmə)

Corabı çıxartmaq dəstəmazı pozurmu? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: İnsan dəstəmaz alıb corab geyinib, sonra corabları çıxartmaq məcburiyyəti yaranıbsa, məsələn tibbi müayinə üçün çıxarıb sonra yenidən həmin corabları dəstəmaz almadan geyinibsə, bunun hökmü nədir? Qeyd edim ki, onun hələ dəstəmazı pozulmamışdı. Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Əgər onun corabları geyindiyi ilk dəstəmazı pozulmamışdırsa çıxardığı corabları yenidən geyinə (məsh edə) bilər. Məsələn, əgər […]
Fətvalar Təharət (Təmizlənmə)

Hamamda “bismilləh” demək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Sizdən hamamda dəstəmaz almaq haqqında soruşmaq istəyirəm. Hamamda dəstəmaz almaq olarmı? Əgər olarsa, dəstəmaz zikrlərini necə deyək? Sizə də məlumdur ki, bu gün hamamlar keçmişdəkindən fərqli olaraq təmizdir. Cavab: Əgər hamam ilə ayaqyolu bir yerdədirsə, imkan varsa dəstəmaz almaq üçün hamamdan çıxmaq daha yaxşıdır. Əgər kənarda dəstəmaz almaq mümkün deyilsə, elə həmin hamamda […]
Fətvalar Peyğəmbərlərə iman

Nəbi ilə Rəsulun fərqi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Nəbi ilə Rəsulun fərqi nədir? Cavab: Alimlərin məşhur fikrinə görə, Nəbi şəriət vəhy olunan, lakin insanları təbliğ etmək əmr olunmayan kimsədir. Ona belə etmək olar, belə olmaz, namazı belə qıl, orucu belə tut və s. kimi əmrlər verilir. Amma ona təbliğ etmək əmr olunmur. Onlar, Nəbi adlanırlar. Ona təbliğ etmək və insanları Allahın əmri […]
Çəkindirmələr (təhzir) Fətvalar Tibb

Cadunu açmaq üçün falçının yanına getmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sehrbaz, cadugər və falçılara müraciət etmək və onları təsdiqləmək olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim falçıya gedər və ondan nə isə soruşarsa, onun qırx günlük namazı qəbul olunmaz.” (Muslim rəvayət etmişdir). Falçı, baş verəcək hadisələri kahinlik yolu ilə əvvəlcədən bildiyini iddia edən kimsədir. Kahin isə cinlərlə əlaqə quran kimsədir. Belə […]
Fətvalar Nikah və Talaq Zikr və dua

Zifaf gecəsi hansı duanı etmək lazımdır? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Zifaf gecəsi hansı dua edilməlidir? Cavab: Zifaf gecəsi zövcəsinin yanına daxil olduqda “Bismilləh” deyir və zövcəsinin əlindən tutub belə dua edir: “Allahım Səndən onun xeyirini və Sənin ona bəxş etdiyin xeyirləri istəyirəm, Allahım onun şərrindən və onun şər xüsusiyyətlərindən Sənə sığınıram.” Bundan başqa dualarla dua edib Allahdan onun xeyirini, əməlisaleh zövcə olmasını, gözəl […]
Cənazə Fətvalar

Ölüləri məsciddə basdırmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi qorusun. Sual soruşan deyir ki, bizim ölkəmizdə adətə görə ölüləri məscidin daxilində basdırırlar. Bunu etmək nə dərəcədə doğrudur? Cavab: Belə etmək haramdır, Allaha şərik qoşmağa aparan səbəblərdəndir. Heç bir halda ölünü məsciddə dəfn etmək olmaz. Ölmüş insan qəbiristanlıqda, digər ölülərin basdırıldığı yerdə dəfn edilməlidir. Ölüləri məsciddə basdırmaq olmaz, çünki bu Allaha […]
Fətvalar Namaz

Namazda VƏSVƏSƏNİN çarəsi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaz qılan vaxt vəsvəsə gələrsə, namazda olmağıma baxmayaraq lənətlənmiş şeytandan Allaha sığınımmı? Cavab: Bəli, sünnə budur ki, hətta namazda olsan da, şeytandan Allaha sığınasan. Əgər vəsvəsə çoxalarsa fikrini yayındır və “Əuzu billəhi minəş şeytanir rəcim” (Lənətlənmiş şeytanın şərrindən Allaha sığınıram) – de. Yaxşı olar ki, sol tərəfinə üç dəfə quru şəkildə (sakit səslə) […]
Fətvalar Quran və təfsir

Cinlərin dili – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Hörmətli şeyx, sual verən şəxs, cinlərin dili haqqında soruşur? Cavab: Görsənən budur ki, onların da insanlar kimi müxtəlif dilləri vardır: ingilis, fransız, amerika ingiliscəsi, ümumiyyətlə ərəbi və qeyri ərəbi vardır. Onlar da cinslərə bölünürlər. Uca Allah onlar haqqında belə buyurur: “Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) […]
Fətvalar Quran və təfsir

Ən doğru və ən əzəmətli kitab – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə _______________ (وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ ، فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ ، وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ)  “(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol! Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə […]
Əxlaq və ədəb Fətvalar Namaz

Namaza gələrkən tələsmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaza gələrkən qaçmaq icazəlidirmi? Cavab: Belə etmək lazım deyil, bu məkruhdur (bəyənilmir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, namaza gəldikdə, gəzə-gəzə gəlin, sükunətli olun. Hansı rükətlərə (imamla) çatsanız qılın, çatmadığınız rükətləri isə tamamlayın. Namaza gələrkən qaçmaq, tələsmək olmaz. İnsan gəzə-gəzə, sükunətli və rahat halda gəlməlidir.  
Əxlaq və ədəb Fətvalar Günahlar

Sirri ifşa edən nə etməlidir? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Günlərin birində din qardaşlarımdan birinə Qurani Kərimə əhd verib dedim ki, bu sirr bizim ikimizin arasında qalacaq, nə mən, nə də o, heç kəsə danışan deyilik. Lakin mən məcburiyyət qarşısında bu sirri yaxın bir qohuma açdım. Mən nə etməliyəm? Cavab: Sən uca və nöqsansız Allaha tövbə etməlisən. Çünki sirr əmanətdir. Bu işdə sənə […]
Fətvalar Quran və təfsir Tibb

Quranı şəfa tapmaq üçün oxumaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Mən şəfa tapmaq niyyəti ilə Quranı xətm edir və oxuya-oxuya xəstə adamın üzərinə üfürürəm. Bu icazəlidirmi? Cavab: Bunu etməkdə bir qəbahət yoxdur. Allah Quranı şəfa etmişdir. Əgər sən xəstə olduğun vaxt Quranın hamısını, yaxud bir hissəsini oxuyub, Allahdan özünə, yaxud digər xəstə insanlara şəfa diləyirsənsə, bu icazəlidir. Əksinə, bu şəfa tapmaq üçün səbəbdir. […]
Fətvalar Günahlar

“Avtoşluq” edib, dünyasını dəyişən – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, sualda deyilir ki, avtoşluq edərkən ölən insan intihar etmiş sayılırmı? Cavab: Avtoşluq edərkən dünyasını dəyişən insan özünün ölümünə, özünü öldürməkdə səbəbkardır. O, buna görə günah daşıyır. Uca Allah buyurur: “..öz əlinizlə özünüzü təhlükəyə atmayın.” (əl-Bəqərə: 195). Bu da özünü təhlükəyə atmaqdır.
Fətvalar Namaz

Namazda göyə baxmaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Namaz qılan adamın namaz əsnasında gözlərini səmaya qaldırması doğrudurmu? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Namaz vaxtı səmaya baxmaq olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmiş və belə etməkdən çəkindirmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Namaz vaxtı gözlərini göyə dikənlər bu əməllərini tərk etsinlər, əks halda Allah […]
Fətvalar Sünnətlər və bidətlər

Qəbirləri təvaf etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sual soruşan deyir ki, möhtərəm şeyx Saleh qəbirləri təvaf etməklə, Kəbə evini təvaf etməyin fərqi nədir? Cavab: Qəbirləri təvaf etmək haramdır. Yer üzündə şərəfli Kəbə evindən başqa təvaf ediləcək heç bir yer yoxdur. Uca Allah buyurur: “…qədim evi (Kəbəni) təvaf etsinlər!” (əl-Həcc: 29). Təvaf yalnız şərəfli Kəbə evində, yalnız […]
Fətvalar Nəsihət Nikah və Talaq

Ailə sirlərinin açılması – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Ərinə qarşı haqsızlıq edib, onun sirlərini yayan və əri ilə pis davranan qadına nə tövsiyə edərdiniz? Cavab: Kişinin qadınla arasında olan münasibətləri, danışdıqlarını, sirlərini ətrafa yayması icazəli deyil. Bu həmçinin qadına da aiddir. Onun da əri ilə özü arasında olan sirləri, söhbətləri açması icazəli deyildir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm Qəza və qədər

Ani ölüm – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Axır zamanda ani ölüm hadisələri çoxalacaqdır. Baxırsan ki, adam rahat, sağlam və gəncdir, sonra anidən dünyasını dəyişir. Səbəb isə yol qəzası, ürək tutması, yaxud hansısa ani səbəbdir. Bu hal olduqca çoxdur və siz də bunun şahidi olur, eşidirsiniz. Buna görə də biz daha çox tövbə etməli, Allahdan bağışlanma diləməli, axirət yurdunu, ölümü, haqq-hesabı unutmamalıyıq. […]
Fətvalar Sünnətlər və bidətlər Tibb

Gözdəymədən qorunmaq üçün qurban kəsmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Həsəsdi və gözdəyməni dəf etmək üçün QURBAN kəsmək olarmı? Cavab: Belə etmək olmaz. Həsədi və gözdəyməni dəf etmək niyyəti ilə qurban kəsmək olmaz. Lakin insan dua etməli, şərdən uca Allaha sığınmalı, sədəqə də verə bilər, ehtiyaclı insanlara ehtiyaclarında yardım da edə bilər. Bu səbəblə in-şəə-Allah, Allah ondan bəlanı dəf edər.   ______________  […]
Fətvalar Namaz

Namaz vaxtı asqırıb “əlhəmdulilləh” demək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Xahiş edirəm sualımı cavablandırın. Mən oxumuşam ki, namaz qılan vaxt asqırarkən “Əlhəmdulilləh” demək olar və bu halda namazı yenidən qılmaq lazım deyil. Bu doğrudurmu? Cavab: Bəli, bu doğrudur. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunub ki, o, kiminsə namazda asqırdığını və “əlhəmdulilləh” dediyini eşitmişdi. Namazdan sonra ona demişdi ki, mən filan […]
Fətvalar Nəsihət

İmam Əhmədin hikmətli sözü – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə İmam Əhmədin gözəl sözlərindən birində belə deyilir: “Əgər sevdiyin bir şeyin Allah tərəfindən davamlı olmasını istəyirsənsə, sən də Onun sevdiyini daim et!” Əgər sevdiyin bir şeyin Allah tərəfindən davamlı olmasını istəyirsənsə, sən də Onun sevdiyini daim et! Çünki yaxşılığın qarşılığı ancaq yaxşılıqdır. Gör indi bu qarşılığı uca və nöqsansız, azdan razı qalıb çox qarşılıq […]
Əxlaq və ədəb Fətvalar

İmam Əbu Hənifənin müdrikliyi – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah hər ikisinə rəhmət etsin) (VİDEO)

Yüklə Abbasi xəlifəsi Mənsur eşidəndə ki, Əbu Hənifə (Allah rəhmət etsin) İbn Abbasın “istisna hətta uzun müddət sonra təsir edir.” – sözünə müxalif çıxır. (Yəni, İbn Abbasa görə and içdikdən sonra in-şə-Allah deyənin andı hökmdən düşür.) Bildiyiniz kimi, Mənsurun nəsil şəcərəsi Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) gedib çıxır. İbn Abbas deyirdi ki, istisna […]
Fətvalar Hədis və şərh Qida və içkilər

Ayaq üstə su içmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Heç biriniz ayaq üstə içməsin.” (Muslim). Su və s. içməyin ədəb qaydasına görə, insan oturub içməlidir. Bəs ayaq üstə içmək olarmı? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir və qadağa haramlığa dəlalət edir, yalnız onu haramlıq hökmündən çıxaran başqa dəlil olarsa o zaman […]
Fətvalar Səhabələrə və Peyğəmbər ailəsinə münasibət

Əhli Beyt kimdir və bu gün onlardan sağ olan varmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Əhli Beyt kimdir və bu gün onlardan sağ olan varmı? Müsəlmanın onlara münasibəti necə olmalıdır? Cavab: Əhli Beyt, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qohumları və həyat yoldaşlarıdır. Uca Allah buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab: 33). Onun qohumları və zövcələri Əhli-Beyt […]
Fətvalar Qida və içkilər

Xəstəliklərin çoxalma və tənbəlliyin artma səbəbi – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)...

Yüklə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) az yeyib-içməyə təşviq edərək demişdir: “İnsanı ayaqda saxlayacaq bir-iki tikə yemək ona kifayətdir. Əgər daha çox yemək məcburiyyətində qalsa, o zaman mədəsinin üçdən birini yeməyə, üçdən birini içməyə, üçdən birini isə nəfəs almağa saxlasın.” Allah buna uyğun əməl etməkdə bizə yardım etsin. Bu gün bir çox insanlar […]
Fətvalar Nəsihət

Bəndə rahatlığı nə zaman tapır? – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə İmam Əhməddən (Allah ona rəhmət etsin) belə bir gözəl söz nəql olunur. Bir dəfə ondan çox dəyərli bir sual soruşurlar və bu sual hər birimizi maraqlandırır: “Bəndə rahatlığı nə zaman tapır?” İmam Əhməd belə cavab verdi: “Bəndə rahatlığı cənnətə ilk qədəmini qoyanda tapacaqdır.” O vaxta qədər rahatlıq yoxdur. Kim rahatlığa üstünlük verərsə, rahatlıqdan məhrum […]
Cümə günü Fətvalar

Cümənin ilk saatı nə zaman başlayır? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Cümə gününün ilk saatı nə zaman başlayır? Cavab: Cümə günü məscidə ilk saatda gələn adamın sanki dəvə qurban kəsmiş kimi savab qazanması haqqında deyilən ilk saat, çox güman ki, sübh namazından sonra başlayır, bəzi elm adamlarının fikrinə görə, günəş çıxdıqdan sonra başlayır. Daha doğrusunu isə Allah bilir.
Fətvalar Quran və təfsir

Nazil olan sonuncu Quran ayəsi – Şeyx Zeyd bin Muhəmməd bin Hədi əl-Mədxəli (VİDEO)

Yüklə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nazil olan sonuncu ayə, Uca Allahın bu kəlamıdır: “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!” (əl-Bəqərə: 281). Bu ayədən sonra heç bir ayə nazil olmadı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu ayəni səhabələrə oxuduqdan […]
Fətvalar Namaz Zəkat və sədəqə

Haram pulla tikilmiş məsciddə namaz qılmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, haram pulla inşa edilmiş məsciddə namaz qılmaq keçərlidirmi? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Qəsb edilmiş, yaxud haram pulla inşa edilmiş yerdə namaz qılmaq keçərlidir. Çünki namazın şərtləri, rükunları və vacibləri tamamlanmış sayılır. Lakin bu cür pulla məscid tikən əməlinə görə savab, əcr qazanmır.
Dəvətin qaydaları Fətvalar

Şəriətin böyük işlərinə müdaxilə etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin. Sualda deyilir ki, sıravi insanların ümmətə aid böyük məsələlərə müdaxilə etməsi nə qədər doğrudur? Onların bu kimi məsələlərə müdaxiləsi Allahın adından bilmədən danışmaq sayılırmı? Cavab: Bəli, bu bilmədiyi halda Allahın adından danışmaq sayılır. Şəriət məsələləri bu işlərin hökmünü və çıxış yolunu bilənlərə həvalə edilir. Uca Allah buyurur: “Onlara […]
Fətvalar Hədis və şərh Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Qiyamətin əlamətləri: Məscid imamının tapılmaması – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Əbu Davud, Xarəşə bin əl-Hurr əl-Fizarinin bacısı Səlamətə bint əl-Hurrdan (Allah onlardan razı olsun) rəvayət edir ki, o Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: “Məscid əhlinin özlərinə imamlıq edəcək adamı tapmadıqda, bir-birini imamlığa itələməsi qiyamətin əlamətlərindəndir.” (Əbu Davud: 581) Bəli, bu hədis (şərii) elmin azalacağından xəbər verir. Hətta məsciddə namaz […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Möminin ruhu çıxarkən əziyyət çəkirmi? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (VİDEO)

Yüklə Sual: Möminin ruhu çıxarkən əziyyət çəkirmi? Cavab: Aləmlərin rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, əshabına və qiyamətə qədər onların yolu ilə doğru-dürüst gedənlərə Allahın salavatı və salamı olsun. Ölümün ağrı-acısı, şiddəti vardır. Uca Allah buyurur: “Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!” (Qaf […]
Fətvalar Namaz

İqamə oxunduqda məscidə salam namazını yarımçıq dayandırmaq olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə Sual: İqamə oxunduqda məscidə salam namazını ilk rükətində yarımçıq dayandırmaq olarmı? Cavab: Hədisdə gəlib ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Namaz üçün iqamə oxunduqda, fərz namazdan başqa namaz qılınmamalıdır.” Alimlər deyirlər ki, bu hədis namazı yeni başlayana aiddir. Əgər o nafilə namazın ikinci rükusundan qalxdıqdan sonra iqamə oxunarsa, namazını tamamlasın. Çünki […]
Fətvalar Müsəlman hakimlərə münasibət Xəvariclər

Rəhbərə müxalif olmaq üçün partiya qurmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Allah sizi xeyirlə mükafatlandırsın, sualda deyilir ki, rəhbərə müxalif olmaq üçün partiya qurmaq olarmı? Bu üsyan sayılırmı və bu xəvariclərin yoludurmu? Cavab: Bəli, xəvaricləlrin mənhəci elə budur. Onların işi rəhbərə müxalif olmaq, ona qarşı çıxacaq partiya qurmaqdır. Bunun rəhbərə qarşı üsyan, yaxud üsyanın bir növü olmasında heç bir şübhə yoxdur. Əslində vacib olan müsəlmanların […]
Fətvalar Müsəlman hakimlərə münasibət Şübhələrə rəddiyələr

Sələfilər itaətdə ifrata varırmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Bəziləri deyirlər ki, Allaha asilik olmayan işlərdə rəhbərə itaətə və gizlidə nəsihət etməyə çağırış edənlər, itaətdə həddini aşanlardır və bu, rəhbərlər barəsində ifrata varmaqdır. Bu, birbaşa Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qarşı ittihamdır. Hətta uca və nöqsansız Allaha qarşı da ittihamdır. Uca Allah buyurur: “Ey iman gətirənlər, Allaha itaət edin, onun elçisinə […]
Fətvalar Peyğəmbərlərə iman

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) barəsində ifrata varmaq – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu mədh etməyi və barəsində ifrata varmağı qadağan etmişdir. Əgər Peyğəmbər haqqında belədirsə, başqaları barəsində əsla ifrata varmaq olmaz. Çünki bunun nəticəsi, uca Allaha aid olan haqqda məxluqun ortaq edilməsi ilə nəticələnir. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu mədh etməyi qadağan etmiş […]
Elm əhlinə münasibət Fətvalar

Alimləri gözdən salanlar – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Möhtərəm şeyx, sualda deyilir ki, günümüzdə bizlərinin hörmətli alimləri gözdən salmaq cəhdləri bizi çox narahat edir. Müşkül burasıdır ki, bəzi zəif iradəli insanlar sosial şəbəkələrdə bunlara aldanırlar. Alimlərə ehtiram etmək baxımından bizə və bu məclisdə olanlara tövsiyəniz nədir? Cavab: Bu, yeni bir iş deyil. Alimləri, dəvətçiləri və dininə bağlı insanları gözdən salmaq əvvəllər də […]
Dəvətin qaydaları Fətvalar

Gənc müsəlmanın ümməti təfriqəyə salan fitnəkar dəstələrə münasibəti – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Dəstələr nə qədər çox olursa-olsun yalnız bir haqq camaat vardır, o da səhabələr, tabiinlər və onların ardınca gedən əməlisaleh sələflərin yoludur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Ümmətimdən bir dəstə daim haqq üzərində olacaqdır. Onları alçaldan, onlara müxalif olanlar, uca və nöqsansız Allahın əmri gəlməyincə, onlara heç bir zərər verə bilməyəcəklər.” Allaha […]
Əqidənin ümumi əsasları Fətvalar Quran və təfsir

Quran və sünnəyə bağlanmağın səbəbləri – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Quran ayəsində hamılıqla Allahın ipinə sarılmaq əmr edilir. Bu haqda bir çox ayələr vardır. Bizə Quran və sünnəyə sarılmağın səbəbləri haqqında danışa bilərsinizmi? Cavab: Ayədə deyilən sarılın sözü, tutunmaq deməkdir. “Hamılıqla Allahın ipinə möhkəm sarılın…” (Ali İmran: 103). Qurana və sünnəyə hamılıqla sarılın, Quran və sünnəyə sarılmaq xüsusunda bölünməyin. Rəylərə, məzhəblərə və müxtəlif […]
Əqidənin ümumi əsasları Fətvalar Müsəlman hakimlərə münasibət

Müsəlman ölkələrin zəif olması rəhbərlərə görədir? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Sizcə müsəlmanların zəif və fikir ayrılığında olmasına səbəb nədir? Buna rəhbərlər səbəbdir, yoxsa biz hamımız?! Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Ümumilikdə müsəlmanların zəifliyinin səbəbi müsəlmanlar özləridir. Çünki müsəlmanlar Allahın onlara əmr etdiyinə riayət etmirlər. Müsəlmanlar yaxşı işlərdə əlbir olmaq, bir-birinə tövsiyə etmək, Allahın dini ətrafında birləşmək, Allahın dinini dərindən öyrənmək, Allah yoluna dəvət […]
Fətvalar Nəsihət

Dünya cənnətində olmasan, axirət cənnətinə girə bilməyəcəksən – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Hər kəs bilir ki, Şeyxulislam İbn Teymiyyənin (Allah rəhmət etsin) həyatı başdan-ayağa Allah yolunda cihad etmək olub. Hətta o Allah yolunda cihadla məşğul olduğu üçün, ailə həyatı da qura bilməyib. O həm dili, həm qələmi, həm də əli ilə cihad edirdi. Onun bu halı məşhurdur. Lakin o bu çətinliklər qarşısında çox arxayın, qəlbən rahat […]
Fətvalar Namaz

Namazda gözləri yummaq – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bəzi insanlar namazda gözlərini yumur və deyirlər ki, “bu hal namazda xüşulu olmaq üçün daha əlverişlidir.” Əslində bu iddia şeytanın bir hiyləsidir. Səbəb olmadan namazda gözləri yummaq məkruhdur (bəyənilmir) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə müxalifdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazda gözlərini yummazdı. Ya səcdə yerinə, ya da […]
Fətvalar Quran və təfsir Zikr və dua

Saleh əməllərlə təvəssül etmək – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə “O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.” (Ali İmran: 16). Ayənin təfsiri: Mübarək ayə, saleh əməllərlə Allaha təvəssül etməyin icazəli olmasını ifadə edir. “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik,” ifadəsindən sonra, “günahlarımızı bağışlayıb…” sözləri, bu mənanı ifadə edir. Saleh əməllərlə təvəssül etmək […]
Fətvalar Günahlar

Böyük günah nədir? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Böyük günah – xüsusi cəza vəd edilmiş günahdır. Cəza dünyada, yaxud axirətdə vəd edilə bilər. Böyük günahın nə olması haqqında deyilən ən yaxşı rəy budur. Şeyxulislam İbn Teymiyyə də bu rəyi dəstəkləmişdir. Bəziləri deyiblər ki, böyük günah – dünyada cəza, ya axirətdə əzab, yaxud lənət və ya qəzəb, imanının olmaması (kim belə edərsə imanı […]
Fətvalar Nəsihət

Övladlarınızı məscidlərə öyrədin – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Övladlarınızı Allaha ibadət etməyə, camaatla namaz qılmağa, məscidlərə elm məclislərinə və mühazirələrə gəlməyə öyrədin. Qoy onlar məktəbdə öyrəndikləri ilə yanaşı, məsciddə də elmə yiyələnsinlər. Allahın bəndələri, məscidlərə diqqət ayırın. Məscidlər də məktəbdir. Hətta məscidlər məktəblərdən də önəmlidir. Həqiqətdə məscidlər əsl məktəbdir. Məscidlər övladlarımıza Allaha itaət və ibadət etməyi öyrədir, həmçinin faydalı təhsilə təşviq edir […]
Fətvalar Günahlar

Ey insan, DİLİNİ QORU!!! – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bil ki, ey insan sənin etdiyin hər bir əməl və danışdığın hər bir söz, əmin, hörmətli və sənin nə etdiyini bilən bəndələr (mələklər) tərəfindən səhifələrdə yazılır, qeydə alınır. Onlar hər şeyi yazırlar. Uca və nöqsansız Allah qiyamət günü haqqında belə deyir: “Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) […]
Fətvalar Qəza və qədər

Müsibət gəldikdə qəza-qədərə etiraz etməyin hökmü – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Kiminsə başına bəla gəldikdə etiraz etməyin hökmü nədir? Məsələn, evi yanar, yaxud övladı dünyasını dəyişərsə, bu halda Allahın qədərinə etiraz etməyin hökmü nədir? Dinimiz bu haqda nə deyir? Cavab: Dinimiz bizə bildirir ki, bu növ etiraz HARAMDIR. Allahın qəza-qədərinə etiraz etmək haramdır. Bu imanın zəifliyi və azlığındandır. Əslində o, Allahın qəza-qədəri ilə razılaşmalıdır. […]
Fətvalar Zəkat və sədəqə

İnsan özü üçün əqiq qurbanı kəsə bilərmi? – Şeyx Muhəmməd Nasirəddin əl-Albani (Allah rəhmət etsin) (VİDEO)

Yüklə – İnsan özünün, övladlarının və uşaqlarının yerinə əqiq qurbanı kəsə bilərmi? Əvvəlcə övladlarının əqiqini kəssin. Övladlarının əqiqini kəsdikdən sonra özü üçün əqiq kəssin. Amma ata-anasının yerinə kəsmək lazım deyil, onlar artıq Allahın rəhmətinə qovuşublar. – Bəs həyat yoldaşı üçün kəsə bilərmi? Qardaşım, o yalnız özü üçün kəssin. Övladlarının əqiqini kəsdikdən sonra özü üçün kəssin. […]
Əqidənin ümumi əsasları Fətvalar Nəsihət

Saleh əməllər hansılardır? – Şeyx İbn Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Əməlin saleh olması üçün iki şərt olmalıdır: Birinci: Əməlin Allah üçün ixlasla edilməsi; İkinci: Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaətin olması. Şirk olan heç bir əməl, saleh əməl sayılmır. Belə əməl öz yiyəsinə qaytarılır. Uca Allah qüdsi hədisdə belə demişdir: “Mənim şərik qoşulmağa əsla ehtiyacım yoxdur. Kim bir əməl edər və o […]
Fətvalar Namaz Nəsihət

Övladlarını sübh namazına oyatmaqda səhlənkar olan valideynlər – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Bəzi atalar ailəsini sübh namazına oyatmaqda səhlənkarlıq edir. Sizin onlara tövsiyəniz nədir? Onu da qeyd edim ki, həmin ata deyir ki, uşaqlar böyüyər Allah onlara hidayət verər. Cavab: Xeyr bu doğru deyil. Əlbəttə onlar böyüyər və Allah onlara hidayət verər. Amma hidayət üçün səbəb də olmalıdır axı. Səbəb isə ata və ananın yeddi […]
Fətvalar Həcc və ümrə Ticarət və maliyyə

Borclu adamın həcc etməsi – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Borcu olan adamın həcc etməyi vacibdirmi? Cavab: Əgər onun həm borcu ödəməyə, həm də həcc üçün pulu varsa, o zaman islam (yəni, ilk) həccini etməyi vacibdir. Əgər onun pulu yalnız borcunu, yaxud borcun bir hissəsini ödəməyə kifayət edirsə, ona həcc etmək vacib deyil. Uca Allah buyurur: “Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) […]
Fətvalar Ticarət və maliyyə

Qazanc əldə etməyin və xoşbəxt olmağın səbəbləri – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Qazanc əldə etməyin və xoşbəxt olmağın dörd əsas səbəbi vardır: 1. Allaha və Peyğəmbərinə sədaqətli iman gətirmək. Bu o deməkdir ki, Allaha qarşı ixlaslı, səmimi olmaq lazımdır. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) itaət olunmalıdır. 2. Saleh əməllər etmək. Bu o deməkdir ki, Allahın fərz etdiyi ibadətləri edəsən, haram buyurduqlarından çəkinəsən. Allahın […]
Fətvalar Namaz

Tənha insanın azan və iqamə verməsi – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Bu qardaş sualında deyir ki, mən neçə illərdir ki, çobanlıqla məşğulam. Fərz ibadətlərimi də yerli-yerində edirəm. Namaz vaxtı daxil olanda azan verib təkbaşına namazımı qılıram. Lakin mənim ürəyim camaatla namaz qılmaq üçün döyünür. Mənim neçə illərdir belə namaz qılmağım mənim üçün camaat namazının savabı kimi savab sayılırmı?! […]
Fətvalar Nikah və Talaq

Gəlinin toy günü tortu kəsməsi – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Gəlinin toy günü tortu kəsməsi dinə əlavə edilmiş bidətlərdən sayılırmı? Cavab: Xeyr, bu icazə verilən adətlərdən hesab olunur. Yalnız əgər bu adətlə onlar etiqad etsələr ki, tortu belə kəsmək evliliyin müvəffəqiyyətli olmasına, yaxud bərəkətli olmasına səbəb olur, o zaman qadağan olar.
Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbərdən başqa kiməsə beyət etmək olarmı? – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Şeyx Allah sizi xeyirlə mükafatlandırsın, müsəlman ölkəsində ölkə rəhbərindən əlavə, hər hansı təşkilatın rəhbərinə eşidib itaət etmək beyəti etməyin (sədaqət andı içməyin) hökmü nədir? Cavab: Bu, haramdır, əsla halal deyildir. İslamın qəbul etdiyi beyətin olduğu bir ölkədə (rəhbərdən başqa) digər bir şəxsə beyət etmək halal deyildir. Yalnız səfərdə kimsə əmir təyin edilərsə, ona […]
Fətvalar Nəsihət

Zülm edən ata və qardaşa bəd dua etmək – Şeyx Muhəmməd bin Hədi əl-Mədxəli (VİDEO)

Yüklə Sualda deyilir: Mənə qarşı çox zülm olunub. Onlara qarşı bəd dua edə bilərəmmi? Onu da deyim ki, mənə zülm edənlər mənim atam və qardaşımdır. Cavab: Onlara qarşı səbirli olsun. Atasının onun üzərində böyük haqqı vardır. Hər nə olursa olsun o sənə qarşı zalım olmaz, sən onun övladısan. Sən ona qarşı səbirli olmalısan. Qardaşın isə […]
Əqidə və mənhəc Fətvalar

Sələfilik əsasdır – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sələfilik firqələrdən hesab olunurmu? Cavab: Ey qardaşım, sələfilik əsasdır, bu firqə sayılmır. Bu əsasdır. Buna müxalif olan nə varsa o batildir. Bəli, hansısa mənada bunu firqə adlandırmaq olar. Çünki uca Allah buyurur ki, “Onlar Allahın firqəsidir…” (əl-Mucadələ: 22). Bəli, sələfilik Allahın firqəsidir, buna müxalif olanlar isə şeytanın firqəsidir. Necə […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Qiyamətin əlamətləri – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Qiyamət qopmamışdan öncə, onun kiçik əlamətləri vardırmı? Cavab: Qiyamətin kiçik əlamətləri vardır və onların çoxu gerçəkləşmişdir. Cəbrail (aleyhissalam) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gələndə deyir: “Mənə qiyamətin əlamətləri haqqında xəbər ver!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun): “Kölənin öz ağasını doğması. Lüt-üryan, kasıb insanların yüksək binalar tikməsi.” Bu deyilənlər […]
Əxlaq və ədəb Fətvalar

SƏBR NURDUR – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Əbu Malik əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh (zikri, böyük savabı ilə) tərəzini doldurur. Sübhənəllah və əlhəmdulilləh (zikri, böyük savabı ilə) göylə yerin arasını doldurur. Namaz nurdur. Sədəqə (insanın imanına, xeyirxahlığına) dəlildir. SƏBR NURDUR. Quran isə sənin lehinə, yaxud əleyhinə […]
Fətvalar Tövhid və növləri

Tağuta küfr etmək nə deməkdir? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Tağuta küfr etmək nə deməkdir? Cavab: Mənası, ondan imtina etmək və onun batil olduğunu etiqad etməkdir. Uca və nöqsansız Allah buyurur: “Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur…” (əl-Bəqərə: 256). Tağutun mənası Allahdan başqa ibadət olunan deməkdir. Yəni, insan Allahdan başqasına: […]
Fətvalar Nikah və Talaq

Talaq sözünü söyləmək adi hal alıb – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Talaq sözü hər kəsin, ələlxüsus gənclərin dilində adi bir kəlməyə çevrilib. Bəzən bunu and kimi də istifadə edirlər. Allah sizə bərəkət versin, bu haqda tövsiyəniz nədir? Cavab: Cavabımız budur ki, müsəlman həyat yoldaşını qorumaq üçün, bacardığı qədər talaq sözünü işlətməməlidir. Bu sözləri işlətməmək lazımdır və bu işə səhlənkar yanaşaraq bu sözlərlə zarafat etmək, […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm Ticarət və maliyyə

Borclu adam cənnətə girəcəkmi? – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Sual: Hədisdə borclu insanın cənnətə girməyəcəyi deyilir. Kimsə ölmədən öncə borcunu ödəməyə çalışıb, lakin borcu ödəməmiş dünyasını dəyişib. Bəs bu insan haqqında nə deyə bilərsiniz? Cavab (Şeyx Süleyman ər-Ruheyli): Kim insanların mal-dövlətini qaytarmaq niyyəti ilə alıbsa, Allah onun əvəzinə o borcu qaytarar. Necə ki, bu haqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) xəbər […]
Fətvalar Radikallıq və terrora münasibət Xəvariclər

İslama zərər gətirən camaatlar – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Bəzi camaatlar vardır ki, onlar İslam adı ilə çıxış edir. Halbuki İslam onlardan uzaqdır. Onlar cihad deyib car çəkir və İslamı müdafiə etdiklərini iddia edirlər. Amma elə İslama ən böyük pisliyi də onlar edirlər. Çünki onlar nahaq qan axıdır, əminamanlıqda yaşayan insanları qorxutmaq və müsəlmanların birliyini pozmaqla həddi aşırlar. Bu haqda nə deyə […]
Əxlaq və ədəb Fətvalar

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla davranışı – Şeyx Əbdüləziz Ali əş-Şeyx (VİDEO)

Yüklə Sual: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla davranışı, ünsiyyəti və gözəl mübarək göstərişi necə idi? Cavab: Bu haqda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsində açıq-aydın bilgi vardır. Ənəs bin Malik (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) on il xidmət etdim. O, etmədiyim […]
Cihad Fətvalar

Zül-Qadə ayında nə etməliyik? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Sualda deyilir ki, biz Zül-Qadə ayındayıq, bildiyimiz kimi bu ay həm həcc, həm də haram aylardandır. Sualım budur ki, dinimiz bu ayda bizə nə etməyi əmr edir? Bu ayın özəlliyi varmı? Cavab: Sizin də buyurduğunuz kimi, bu ay haram aylardandır. Uca Allah islamdan öncə haram aylarda döyüş etməyi haram etmiş, İslam dini gəldikdən […]
Fətvalar Namaz

Namazda xüşunun miqdarı nə qədərdir? – Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx xüşu namaz üçün gərəklidir. Bəs namazın kamil olması üçün xüşunun miqdarı nə qədər olmalıdır? Cavab: Xüşu namazın rüknu deyil (olmaması namazı batil etmir). Xüşu Allahdandır. İnsanlardan elələri vardır ki, tam xüşulu olur və namazın savabını tam əldə edirlər. Bəzi insanlar isə qismən xüşulu olur və o qədər də savab əldə edirlər. […]
Əxlaq və ədəb Fətvalar

Allah təqvasını daim gözünüz önünə alın – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Allah təqvasını daim: hər işinizdə, hər halınızda və harada olsanız daim gözünüz önünə alın. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Harada olursan ol, Allahdan qorx. Pis işdən sonra yaxşı iş gör ki, onu silib aparsın. İnsanlarla gözəl əxlaqlı davran.” Bəziləri camaat arasında olarkən, yaxud kimsə ona diqqət edərkən Allahdan qorxduğunu göstərir, insanlardan […]
Fətvalar Sünnətlər və bidətlər

Təziyə zamanı və ya qəbirləri ziyarət edərkən Quran oxumaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)...

Yüklə Sual: Təziyə zamanı, yaxud qəbiri ziyarət edəndə, ya da qəbirlərin yanından keçəndə ölülər üçün Quran oxumağın hökmü nədir? Cavab: Qəbirləri ziyarət edərkən Quran oxumaq şəriətə uyğun deyil. Bu zaman sünnədə gələn salam duasını oxumaq lazımdır. [Əs-sələmu aleykum darə qovmin muminin və innə inşə Allahu bikum ləhiqunə nəs’əlullahə lənə və ləkumul-afiyə­tə] «Ey (bu) diyarın mömin […]
Fətvalar Nəsihət

Şeyx Əbdüləziz bin Bəzzin (Allah rəhmət etsin) vəfatından öncəki son tövsiyəsi (VİDEO)

Yüklə Şeyx Əbdüləziz bin Bəzzin (Allah rəhmət etsin) vəfatından öncə ər-Riyad şəhərindən Taif şəhərinə gedərkən etdiyi son tövsiyəsi: Allaha həmd-səna olsun, Allahın elçisinə, onun ailəsinə, əshabına və onun yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) […]
Fətvalar Nikah və Talaq

Ər-arvad haqları – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Uca Allah buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum: 21). Ailə həyatı bu iki əsas üzərində qurulmuşdur: SEVGİ VƏ MƏRHƏMƏT. Onlar bir-birlərini sevir, bir-birlərinə mərhəmət göstərirlər. Əgər bu […]
Fətvalar Tibb

Abort etmək olarmı? – Böyük Alimlər Heyəti

Böyük alimlər heyətinin 1407/06/20 tarixli, 140 saylı qərarı Aləmlərin rəbbi Allaha həmd olsun. Onun Peyğəmbəri Muhəmmədə, ailəsinə və əshabına Allahın salavatı və salamı olsun. Böyük alimlər heyəti qərara alır ki; 1. Hamiləliyi heç bir mərhələsində pozmaq olmaz. Yalnız şəriətin məqbul hesab etdiyi xüsusi hallarda bu mümkündür. 2. Əgər hamiləlik ilk mərhələdə, yəni birinci qırx günlükdədirsə […]
Fətvalar Nəsihət

Mömin ailələrin islahı – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Bir çox valideynlər övladlarını yemək, içmək, geyim, maşın, maddi təminat, ümumilikdə dünya rahatlıqları ilə təmin etməyə çalışırlar, lakin onlar övladlarının qəlbinin, əməllərinin tərbiyəsinə əhəmiyyət vermirlər. Əslində önəmli olan, gərəkli olan budur. Maddi təminat zərər gətirə bilər, lakin mənəvi (qəlbi) tərbiyə daim faydalı olar. Valideynlər mütləq şəkildə buna diqqət etməlidirlər. Uca Allah buyurur: “Əhlinə namaz […]
Fətvalar Təharət (Təmizlənmə)

Təyəmmüm qüslü tam əvəz edirmi? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Təyəmmüm cənabətli insanın qüslünü tam əvəz edirmi? Mən bir təyəmmümlə neçə namaz qıla bilərəm? Təyəmmümü pozan amillər hansılardır? Cavab: Təyəmmüm suyu əvəz edir. Allah yer üzünü müsəlmanlar üçün səcdəgah və paklıq etmişdir. Su olmadıqda, yaxud xəstəlik səbəbi ilə istifadəsi mümkün olmadıqda, təyəmmüm onu əvəz edir. İnsan su tapana qədər təyəmmüm ona kifayət edir. […]
Cihad Fətvalar Hədis və şərh Müsəlman hakimlərə münasibət

“Ən gözəl cihad zalım rəhbərin önündə deyilən haqq sözdür!“ – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: “Ən gözəl cihad zalım rəhbərin önündə deyilən haqq sözdür!” hədisi, sosial şəbəkələrdə rəhbərlərə etiraz edənlərə şamil edilirmi? Cavab: Xeyr, aid deyil. Çünki hədisdə zalım rəhbərin önündə deməkdən bəhs edilir. Yəni rəhbərlə üzbəüz gəldikdə deyər. Hədisdə deyilmir ki, minbərdə, yaxud küçələrdə etiraz eləsin. Deyir zalım rəhbərin qarşısında desin. Uca Allah Musa və Haruna dedi […]
Fətvalar Quran və təfsir

Quran neməti – Şeyx Fovzan (VİDEO)

Yüklə Quran, Allahın bizə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) sonra bəxş etdiyi ən böyük nemətdir. Bu Quran əlimizdədir, hər kəsə müyəssərdir. “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” (əl-Qəmər: 17) Bir müddət öncə – biz də bu […]
Fətvalar Fiqh Quran və təfsir

Kompyuterdən və ya telefondan Quran oxuyarkən dəstəmazlı olmaq lazımdırmı? – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, telefonumda Quranın elektron nüsxəsi vardır. Mən ondan oxuya bilərəmmi? Kitabdan deyil, telefondan oxuduğum üçün savabım azalırmı? Həmçinin qiraət edərkən dəstəmaz almağım vacib olurmu? Cavab: Bəli, Quranı telefondakı elektron proqramdan oxuya bilərsən. Bu halda sənin dəstəmazlı olmağın vacib deyil. Çünki bu, Quran kitabı (ərəb. əl-Mushaf) sayılmır. Sən sadəcə olaraq telefonda yazılan bir […]
Fətvalar Mənəvi

Nə qədər ki, qocalıb əldən düşməmisən FÜRSƏTİ DƏYƏRLƏNDİR – Şeyx Fovzan

Yüklə Heç Allahdan həya etmirsən?! Hər gecə yatırsan, qalxıb Allah üçün az da olsa namaz qılmırsan. Axı Allah sənə çox nemət verib, sağlamlıq bəxş edib və əmin-amanlıq verib. O həmçinin səni kənar işlərdən azad edib. Nə üçün bu nemətə görə Allaha şükr etmirsən? Sən ömrünün bu böyük fürsətlərini yaxşı dəyərləndir. İnsan gənc və gümrah yaşlarında […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Ölülərin və dirilərin ruhları görüşürmü? – Şeyx Fovzan (VİDEO)

Yüklə Sualda deyilir ki, eşitdiyimə görə ölənlərin ruhu bərzəx həyatında görüşürlər. Bu doğrudurmu? Cavab: Bəli, bu haqda uca Allahın ayəsi vardır: “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin […]
Fətvalar Namaz Quran və təfsir

Nə üçün Quran ayəsində səbr etmək namaz qılmaqdan öncə qeyd edilir – Şeyx Fovzan (VİDEO)

Yüklə Sualda deyilir ki, nə üçün əl-Bəqərə surəsinin “Səbir və namaz ilə (Allahdan) kömək diləyin…” (əl-Bəqərə: 45) ayəsində, səbr etmək namaz qılmaqdan öndə qeyd edilib. Cavab: Çünki səbri olmayan insan, nə namaz qıla bilər, nə də başqa ibadəti edə bilər, namazı tərk edər. Çünki namaz qılmaq üçün müəyyən işlər görmək, davamiyyətli olmaq lazımdır. Bunun üçün […]
Fətvalar Fiqh Nəsihət

Valideyn hədiyyəsini geri istəyə bilərmi? – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Atam evlənməyim münasibəti ilə mənə verdiyi hədiyyəni geri istəyə bilərmi? Onu da deyim ki, o bu hədiyyəni verərkən bəzi qardaşlarımı da buna şahid tutmuşdu. Cavab: Bəli, valideyn övladına verdiyi hədiyyəni geri götürə bilər. Bu hal yalnız valideynə aiddir. Başqası isə hədiyyəsini geri götürə bilməz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hədiyyəsini […]
Fətvalar Ramazan

Əlvida Ramazan – Şeyx Fovzan (VİDEO)

Yüklə Budur, Ramazan ayı yekunlaşmaq üzrədir. Gəlin öz nəfsimizi hesaba çəkək görək bu əzəmətli ayda nə qazanmışıq. Kim yaxşı işlər görübsə Allaha şükr etsin və xeyrə davam etsin. Kim səhlənkarlıq edibsə, boşluqları tövbə ilə doldursun. Uca Allah bəndələrinin tövbəsini qəbul edir və günahları bağışlayır. Allahın mərhəmətindən ümidinizi üzməyin. Uca Allah buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər […]
Fətvalar Nəsihət Ramazan

Qədr gecəsində edilən əməllər – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, qədr gecəsində sədəqə, yaxud hansı saleh əməlləri etmək lazımdır? Cavab: Qədr gecəsində, Ramazan ayının digər günlərində edilən əməllər edilir. Sadəcə olaraq qədr gecəsində daha çox ibadət etmək lazımdır. Hədisdə deyilir: “Kim qədr gecəsini imanla və savabını Allahdan umaraq ibadətdə keçirərsə, keçmiş günahları bağışlanar.” Müsəlman Ramazan ayının digər gecələrindən fərqli olaraq, bu […]
Fətvalar Mənəvi

Allaha itaət etməklə özünü qüvvətli et – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Uca Allah buyurur: “İnsan zəif yaradılmışdır…” (ən-Nisa: 28). Lakin Allah sənə səni güclü edəcək silahlar vermişdir. O, sənə qəlbini gücləndirəcək silahlar bəxş etmişdir. Bu silah, Allaha itaət və onu çox zikr etmək, Onun əzəməti haqqında düşünmək, üzərində olan haqqı anlamaq, bir gün Ona qayıdacağını dərk etmək, məsuliyyət daşıdığını bilməkdir. Uca Allah buyurur: “Rəbbinə and […]
Fətvalar Nəsihət

Bu gün əziyyət çəksən, sabah rahat olacaqsan – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bəzi saleh sələflərimiz çoxlu yaxşı iş görür: namaz, oruc, həcc və sairə ibadətləri çox yerinə yetirirdilər. Yaxınları onlara deyəndə ki, “sən özünə çox əziyyət verdin!” – belə cavab verərdilər: “Mən nəfsimin rahatlığı üçün çalışıram.” Mömin bu gün öz nəfsinə qarşı cihad edirsə, onun rahatlığı üçün cihad edir ki, Allahın əzabından xilas olub, səxavət, sevinc […]
Fətvalar Namaz

Qunut duasını uzatmaq – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın bu sual soruşan deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Həsən bin Əliyə (Allah ondan razı olsun) öyrətdiyi qunut duasından əlavə dua etmək olarmı? Cavab: Qunut duasında Həsən bin Əlidən (Allah ondan razı olsun) rəvayət olunan duadan əlavə dua oxuya bilər. Lakin bəzi imamların (Allah onlara hidayət […]
Fətvalar Ramazan

Ramazanın gəlişi ilə əlaqədar TƏBRİK – Şeyx Fovzan (VİDEO)

Yüklə Bu mübarək ayın gəlişi münasibəti ilə sizi təbrik edirəm. “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə: 185). Bu ayı oruc tutmağı Allah müsəlmanlara vacib buyurmuş, onu islamın əsaslarından biri etmişdir. Bu ayda min aydan xeyirli olan bir gecə: qədr gecəsi vardır. […]
Bidət əhli ilə münasibət Dostluq və düşmənçilik (əl-valə val-bara) Fətvalar

Radikal düşüncəli insanla yoldaşlıq etmək – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx Allah sizi müvəffəq etsin. Bu gənc deyir ki, mənim dostlarım var, onlardan bəziləri radikal düşüncəlidir. Mənim onlarla dostluğumu davam etdirməyim icazəlidirmi? Bu haqda mənə nə tövsiyə edərdiniz? Cavab: Əgər onlar sənin tövsiyəni eşitmir və sənin dediyin işdən əl çəkmirlərsə, sən onlarla dostluq etmə. Çünki sən onlara haqqı çatdırmısan və üzərinə düşən […]
Fətvalar Zəkat və sədəqə

“Allah rizası üçün mənə kömək et!” – Şeyx Abdulaziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Bəziləri “Allah rizası üçün mənə kömək et!”, yaxud “Allah rizası üçün bunu mənə sat!” – deyərək, adamı sıxıntıya salırlar. Bu halda onların istəyindən imtina etmək olarmı? Bəzi hallarda istədikləri yersiz olduğu üçün biz onların istəyindən qəti imtina edirik. Onların “Allah rizası üçün” sözü qarşısında istədiklərini verməməklə biz günah edirik, yoxsa bizə günah yoxdur? […]
Fətvalar Ramazan

Ramazanı qarşılayaq – Şeyx Abduləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Bismilləhi-r-Rahməni-r-Rahim Həmd olsun Allaha. Allahın salavatı və salamı Allahın elçisinə, onun ailəsinə, əshabələrinə və onun yolu ilə gedənlərə olsun. Ey müsəlman toplumu, biz səxavətli və mübarək ayı qarşılayırıq. Bu ay oruc və ibadət ayıdır. Bu ay, Quran oxumaq ayıdır. Bu ay, savabların çoxaldığı, günahların bağışlandığı aydır. Bu ay, müxtəlif növ ibadətlərə can atmaq, xeyir […]
Fətvalar Hədis və şərh Nəsihət

Qohumluq bağlarını qoruyan kimdir? – Şeyx Saleh Ali Şeyx (VİDEO)

Yüklə Qohumluq bağlarını qoruyan kimsə, onunla əlaqəni kəsənlə, əlaqə quran kimsədir. Qohumluq əlaqəsi quran qohumla əlaqə quran, əlaqəni kəsənlə əlaqəni kəsən kimsə, ədalət prinsipinə əməl edir, amma qohumluq bağlarını qoruyan sayılmır. Hədisdə rəvayət olunub ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Əvəz qaytaran kimsə qohumluq bağlarını qoruyan sayılmır…” Yəni, kimsə ona qarşı […]
Əqidənin ümumi əsasları Fətvalar

Hansı əsasla TÖVHİD üç qismə bölünür? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sualda deyilir ki, şeyx Muhəmməd bin Əbdülvahhabın tövhidi üç qismə bölməsinin şəriətlə dəlil-sübutu nədir? Cavab: Bunun əsası Qurandadır. Allahın: ruzi vermək, yaratmaq, diriltmək, öldürmək kimi fellərindən bəhs edən bütün ayələr, rübubiyyət tövhidinə (Allahın rəbb olmasına) dəlalət edir. Allaha: namaz, oruc, zəkat, həcc və sairə əməllərlə ibadət etməyi əmr edən bütün ayələr uluhiyyət tövhidinə (yalnız […]
Fətvalar Sünnətlər və bidətlər

Övliyanın qəbri önündə Allaha dua etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, övliyaların və əməlisaleh insanların qəbri önündə Allaha dua etməyin hökmü nədir? Bəzilərinin bu məsələdə şübhəsi budur ki, övliyanın və ya əməlisaleh insanın qəbri önündə Allaha dua etmək, övliya və əməlisaleh insanın kəramətidir. Cavab(Şeyx Saleh əl-Fovzan): Övliya və əməlisalehlərin qəbri önündə Allaha dua etmək bidətdir. Hər bir bidət isə zəlalətdir. […]
Dəvətin qaydaları Fətvalar

Sosial şəbəkələrdə “Paylaş, savab qazan!” mesajı – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx, sualda deyilir ki, bugünki gündə, ələlxüsus telefon mesajlarında bəzi hədislər göndərir və sonda “bunu paylaş, sən də savab qazan!”, yaxud buna bənzər sözlər yazırlar. Şeyx, bizim səhihliyini bilmədiyimiz belə hədisləri başqasına göndərməyimiz nə qədər doğrudur? Cavab: Sənə belə hədisləri göndərən adam hədisin məsdərini, onu hansı mənbədən götürdüyünü, kimin rəvayət etdiyini, kimin […]
Fətvalar Nəsihət

Gəlirli ticarət – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Övladlarını qoru. Sənin ən gəlirli ticarətin, övladlarındır. Əgər sən onları gözəl tərbiyə etsən və doğru yol göstərsən, bu sənin Allah qarşısında doğru ticarətin olar. Sən öləndən sonra onlar sənin üçün dua edəcək, ailənə və mal-dövlətinə sahib çıxacaqlar. Əgər onlara gözəl tərbiyə və düzgün istiqamət versən, onlar xeyirli sələf üçün, xeyirli davamçı olarlar. Əgər sən […]
Əqidə və mənhəc Fətvalar

Vəhdət – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Vəhdətə səbəb olan amil doğru əqidədir. Gərək vəhdət istəyənlərin əqidəsi tövhid etiqadı, ibadəti yalnız uca Allaha aid etmək olsun. Uca Allah buyurur: “(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!” (əl-Ənbiya: 92). Bizim yalnız bir Rəbbimiz, bir […]
Fətvalar Ticarət və maliyyə

Halal qazanc – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə İnsan mal-dövlətə ehtiyac duyur. Lakin insan bu mal-dövləti yaxşı yolla, şəriətin icazə verdiyi üsulla əldə etməli və bununla qənaətlənməlidir. Xeyir və bərəkət bundadır. O, qazancını haram yolla etməməlidir. Əksər insanlar qazancının haradan əldə olunmasına əhəmiyyət vermirlər. Hədisdə deyilir ki, vaxt gələcək insan mal-dövləti haradan qazandığını və nəyə xərclədiyini bilməyəcək. Ey Allahın bəndələri, bu böyük […]
Fətvalar Quran və təfsir

Quran həmişə qalacaq möcüzədir – Şeyx Fovzan (VİDEO)

Yüklə Möcüzələr çoxdur, lakin həmişə qalacaq möcüzə əlimizdə olan bu Qurani-Kərimdir. Quran Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sadiqliyinə, şəriətinin və peyğəmbərliyinin doğruluğuna, onun gətirdiyi şəriətin haqq olduğuna, Allah dərgahından gəldiyinə dəlalət edən möcüzələrin ən böyüyüdür. Bu Quran çatmış hər kəsə ona iman gətirmək və təslim olmaq vacibdir. Kim bu Qurana iman gətirməz […]
Fətvalar Nəsihət

Gözəl vətəndaş olmaq – Şeyx Fovzan (VİDEO)

Yüklə Gözəl vətəndaşlıq, ölkə vətəndaşları və qonşularınla xoş davranmaq, mehriban olmaq və xeyir işlərində onlara yardım əlini uzatmaqla, həmçinin alqı-satqı və digər davranışlarda onlarla xoş davranmaqla olur. Ölkə vətəndaşları ilə yaxşı yaşamaq və müsəlmanlarla dost münasibətlər qurmaq lazımdır. Çünki onlar sənin qardaşlarındır. Hətta vətəndaş kafirlərdən, ölkəyə müvəqqəti gələnlərdən olub heç kəsə xətər toxundurmayan kimsədirsə, o […]
Fətvalar Nəsihət

Peyğəmbərlər də fitnədən ehtiyatlanırdılar – Şeyx Fovzan (VİDEO)

Yüklə Ən xeyirli insanlar da fitnə zamanı özlərinə arxayın olmayıblar. İbrahim Əleyhissəlamın vaxtında şirk əməli çoxaldıqda, ehtiyatlanaraq belə demişdi: “… Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Müsəlman rəhbər üçün nə etməliyik? – Şeyx Fovzan (VİDEO)

Yüklə Üzərimizə düşən vacib müsəlmanların rəhbərlərinə ehtiram göstərmək, onlar üçün dua etməkdir. Müsəlmanların rəhbərləri üçün dua etmək vacibdir. Əhli Sünnənin imamı Əhməd bin Hənbəl (Allah rəhmət etsin) demişdir: “Əgər hansısa duamın qəbul olunacağını bilsəydim, o duanı rəhbər üçün edərdim.” Çünki, rəhbər islah olunarsa, ümmət də islah olunar, din qalib gələr. Rəhbər üçün dua etmək, təkcə […]
Fətvalar Namaz

Məğrib namazını İşa namazı qılan imamın arxasında qılmağın qaydası – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Mən səfərdə olarkən camaat namazına qoşuldum. Onlar İşa namazını qılırdılar. Mən isə hələ məğrib namazını qılmamışdım. Mən Məğrib namazını onlarla birlikdə necə qıla bilərəm? Cavab: Sən Məğrib namazı niyyəti ilə onlara qoşulursan. İmam dördüncü rükətə qalxdıqda, oturursan. İstəsən sonuncu təşəhhüdü oxuyub salam verir, istəyirsənsə imamı gözləyir və onunla birlikdə salam verib namazı bitirirsən.
Əqidənin ümumi əsasları Fətvalar

Qurana and içmək olarmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Qurani-Kərimə and içməyin və anddan sonra onu öpməyin hökmü nədir? Cavab: Bunun dində heç bir əsası yoxdur. Quran and içmək üçün istifadə olunmamalıdır. Quran and içmək üçün istifadə olunmamalıdır (Quran oxuyub əməl etmək üçündür). And içən Quranı gətirmədən, birbaşa Allaha and içsin. Qurana and içməyin dində heç bir əsası yoxdur.
Fətvalar Zikr və dua

Ölən üçün “Filankəs Allahın rəhmətinə getdi” demək olarmı? – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx sualda deyilir ki, kimsə öləndə “Filankəs Allahın rəhmətinə getdi” deməyin hökmü nədir? Bu söz həmin adamın cənnətlik, yaxud cəhənnəmlik olmasını dəqiq demək anlamına gəlirmi? Cavab: Xeyr, bu sadəcə xoş ümid və müsəlman üçün xeyir istəyərək deyilən bir sözdür. Bu söz kiminsə cənnətlik olmasını dəqiq demək deyil. Bu sadəcə onun üçün mərhmət […]
Fətvalar Nəsihət

Müsəlman övladlarına diqqətlə yanaşmalıdır – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Hörmətli şeyx, qonşumun qapısının önündə onun söylədiyi sözə görə aramızda mübahisə yarandı. O təkidlə deyir ki, Allah məni pis övladlarla sınağa çəkir. Mən ona dedim ki, bu pis sözdür, belə söyləmək olmaz. Bu məsələdə şəriətin hökmü nədir? Cavab: Uca Allah buyurur: “Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün imtahandır…” […]
Fətvalar Namaz

Xəstənin qiblənin əksinə namaz qılması – Şeyx Saleh əl-Liheydan (VİDEO)

Yüklə Sual: Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Qiblə olmayan istiqamətdə yatmış xəstənin çarpayısını qibləyə tərəf yönəltmək lazımdırmı? Qeyd edim ki, çarpayının qibləyə çevrilməsi üçün bəzi tibbi avadanlıqları enerji qaynağından ayırmaq lazımdır. Allah sizi xeyirlə mükafatlandırsın.   Cavab (Şeyx Saleh əl-Liheydan): Namazda, ələlxüsus Fərz namazda qibləyə yönəlmək vacibdir. Lakin bu vaciblik bacarıqdan asılıdır. Allah buyurur: “Allahdan […]
Elm tələb etməyin qaydası Fətvalar

Biliyi olmadan Quranı izah etmək – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi müvəffəq etsin. Tələbə Qurandan bir ayə oxuduqda müəllim ona deyir ki, bu ayənin izahı (təfsiri) nədir? Tələbə ayənin təfsirini bilmədikdə, deyir ki, çalış bir izah ver. Belə etmək olarmı? Cavab: Xeyr, belə etmək olmaz. Ona Quran oxumağı öyrətdiyi kimi, ayələrin düzgün təfsirini də öyrətsin, sonra tələbədən tələb etsin. Amma ona düzgün […]
Fətvalar Nəsihət

Valideynlərinin üzünə ağ olan alçaq və rəzildir! – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə Sual: Valideynlərin üzünə ağ olmaq insanın əməlinin rədd edilməsinə, qəbula keçməməsinə səbəb olan günahdırmı? Cavab (Şeyx Əbdüləziz Ali Şeyx): Heç şübhə yoxdur ki, valideynlərin üzünə ağ olmaq böyük günahlardandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizə ən böyük günah haqqında xəbər verimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın elçisi!” O dedi: “Allaha şərik […]
Əqidənin ümumi əsasları Fətvalar

İman və əqidənin fərqi nədir? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, iman və əqidənin fərqi nədir? Təkcə imanın olması kifayətdirmi? Cavab (Şeyx Saleh əl-Fovzan): İman əqidədir. İman və əqidə qəlbdə olur. İman və əqidə eyni şeydir. İman dil ilə demək, qəlb ilə etiqad etmək, əzalarla əməl etməkdir. Əqidə isə qəlbdə olan məqsəd, niyyət və əzmkarlıqdır.
Bidət əhli ilə münasibət Fətvalar

Rəhbərləri və alimləri söyən saytlara daxil olmaq olarmı? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, rəhbərləri və alimləri söyən saytlara daxil olmaq olarmı? Şeyx Saleh əl-Fovzan: Bu fitnədir. Bu, axır zamanda insanların düçar olacaqları fitnələrdəndir. İnsana vacib olan sünnəyə, haqqa sarılmaq və bu fitnələrdən Allaha sığınmaqdır. Bu fitnələrə yaxınlaşmamalı və qarışmamalıdır. Belə şeylərdən uzaq olmalıdır. Allahdan salamatlıq və bağışlanma diləyirik. Bu insanlar arasında iğtişaş […]
Elm əhlinə münasibət Fətvalar

Səudiyyə Müftisi 11-13-cü əsrlərdə vəfat etmiş bəzi islam alimlərinin yerinə həcc edib (VİDEO)

Yüklə Əziz qardaşlarım, biz hörmətli şeyximizin həyatına baxdıqda, onun vəfat etmiş alimlərə sədaqətini görürük. Mən bu məsələni aşkara çıxarmaq üçün şeyxdən icazə almışam. Bildiyim qədər şeyximiz (Allah onu qorusun) vəfat etmiş İbn Rəcəb, İbn Əbdülbərr, Munziri kimi bir çox alimlərin yerinə həcc edib. Şeyx zəhmət olmasa bunu nə üçün etdiyinizi bizə deyərdiniz? Şeyx Əbdüləziz Ali […]
Fətvalar Sünnətlər və bidətlər

Peyğəmbərin xətrinə təvəssül etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hörməti ilə təvəssül etmək haramdırmı? Cavab (Şeyx Saleh bin Fovzan əl-Fovzan): Bəli, bu haramdır. Çünki dinə əlavə edilmiş yenilikdir (bidətdir). Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) xətir-hörməti ilə təvəssül etmək dində yoxdur. Buna görə də bidətdir və şirkə aparan səbəbdir.
Əqidə və mənhəc Fətvalar

Əhli Sünnənin ən bariz xüsusiyyətləri – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Möhtərəm şeyx əhli sünnənin ən bariz xüsusiyyətləri hansılardır? Cavab (Şeyx Saleh əl-Fovzan): Bismilləhi-r-Rahməni-r-Rahim. Həmd olsun aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə Allahın salavatı və salamı olsun. Allaha şükür olsun ki, Əhli Sünnənin xüsusiyyətləri çoxdur. Ən bariz xüsusiyyət Allahın kitabı və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə əməl etmək, […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbəri təhqir edəni, Allah alçaldar – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Tirmizi Əbu Bəkrədən (Allah ondan razı olsun) həsən sənədlə Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) nisbətən rəvayət edir ki, “kim rəhbəri təhqir edərsə, Allah da onu alçaldar.” Biz demişdik ki, ədalətli rəhbərə hörmət edilməlidir. Belə rəhbərə hörmək etmək, uca və nöqsansız Allaha hörmət etməkdir. Bu hədisdə isə ümumiyyətlə heç bir rəhbəri təhqir etmək […]
Əqidənin ümumi əsasları Fətvalar

Bürcləri oxumaq olarmı? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Sualda deyilir ki, gənc qız və oğlanlar arasında insanın şəxsiyyətini tanımaq üçün doğum gününə müvafiq gələn BÜRCLƏRin oxunması halı geniş vüsət almışdır. Bəzi saytlar isə istifadəçilərə müəyyən suallar verir və onların cavabı nəticəsində həmin şəxsin şəxsiyyətini müəyyən edir. Bunu etmək nə dərəcədə doğrudur? Cavab (Şeyx Saleh əl-Fovzan): Bu ulduz falına baxmaqdır. Bu, ulduzların […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Mehdi əleyhissəlam bu dövrdə çıxa bilərmi? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Sual soruşan deyir ki, biz Mehdinin çıxdığı vaxtda yaşayırıqmı? Şeyx Saleh əl-Fovzan: Daha doğrusunu Allah bilir. Lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) xəbər verdiyinə görə bu mütləq baş verəcəkdir. Amma bizim bunun bu vaxtda baş verəcəyini deməyimiz üçün əsas yoxdur. Biz bunun vaxtını dəqiq bilmirik.
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Qiyamətin böyük əlamətləri – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə Sual: Qiyamətin böyük əlamətlərinin birincisi hansıdır? Cavab(Şeyx Saleh əl-Fovzan): Qiyamətin böyük əlamətlərinin ilki Mehdinin gəlməsi, sonra dəccalın çıxması, sonra İsa əleyhissəlamın nazil olması, sonra günəşin batdığı yerdən çıxması, sonra heyvanın çıxmasıdır. Bundan sonra fitnələr qırılmış boyunbağı dənələrinin sürətlə düşdüyü kimi, dalbadal gələcək. Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Mehdi əleyhissəlamın gəlişini inkar edən haqqında nə […]
Fətvalar Günahlar

Kimin qeybətini etmək daha təhlükəlidir? – Şeyx Useymin (VİDEO)

Yüklə Rəhbərlərin qeybətini etmək, başqasının qeybətini etmək kimi deyil. Başqasının da qeybətini etmək, onların qeybətini etmək kimi deyil. NƏ ÜÇÜN? Ona görə ki, sən rəhbərlərin qeybətini elədikdə, yaxud onun ayıblarını insanlar arasında yaydıqda, insanlar ona nifrət edərlər. Hətta iş o yerə çatar ki, rəhbər insanlara haqqı əmr etdikdə, camaat “bu doğru deyil!” deyər, rəhbərə itaətsizlik […]
Cənazə Fətvalar Namaz

Cənazə namazı necə qılınır? – Şeyx Zeyd bin Muhəmməd Hədi əl-Mədxəli (VİDEO)

Yüklə Cənazə namazı alimlərin yekdil fikirlə qəbul etdikləri məlum qaydada qılınır. Bu namaz dörd təkbirdən (Allahu əkbər) ibarətdir. Birinci “Allahu Əkbər” sözündən sonra əl-Fatihə surəsi oxunur. İstiftah duası (subhanəkə Allahummə və bihəmdikə…) isə oxunmur. Sonra ikinci təkbiri edir və İbrahim salavatını (Allahummə salli alə Muhəmməd va alə ali Muhəmməd…) sona qədər oxuyur. Sonra üçüncü təkbiri […]
Cihad Fətvalar

Vətəni müdafiə etmək cihaddırmı? – Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) (VİDEO)

Yüklə Sual: Allah sizi mükafatlandırsın. Vətəni müdafiə etmək və onu qorumaq üçün döyüşmək cihad sayılırmı? Cavab (Şeyx Süleyman ər-Ruheyli): Heç şübhə yoxdur ki, müsəlmanların mənafeyini qorumaq, ölkə əhalinsinin dininin, şərəf-namusunun və mal-dövlətinin qorunması üçün vətənin səngərlərində keşik çəkmək, onu müdafiə etmək Allah yolunda cihaddandır. Yetər ki, bunu edən insan əməlini Allah üçün ixlaslı etsin. Ölkə […]
Əqidənin ümumi əsasları Fətvalar Tibb

Cadunu cadu ilə açmaq – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Allahın bəndələri, Uca Allaha və axirət gününə iman gətirən bir müsəlmanın cadugərin (ekstrasens) yanına getməsi halal deyildir. Hətta ona edilmiş cadunu açdırmaq üçün də getməsi qadağandır. Cadunu cadu ilə açmaq şəriət ilə haramdır. Heç bir halda cadugərin yanına getmək olmaz. Cadugərin yanına gedən insan əslində dinini satmış kimidir. Cadugər isə onun yanına gələnlərə şeytanlara […]
Fətvalar Ticarət və maliyyə

Qızları mirasdan məhrum etmək – Şeyx Nasirəddin əl-Albani (Allah rəhmət etsin) (VİDEO)

Yüklə Sual: Qız uşaqlarını mirasdan məhrum edənlər haqqında nə deyə bilərsiniz, şəriətin bu barədə mövqeyi nədir? Şeyx Nasirəddin əl-Albani (Allah rəhmət etsin): Belə insan zalımdır. Zalımlıq edir və şəriətə müxalifdir. Bu heç bir halda yolverilməzdir. Məlum olduğu kimi heç bir halda zülm etmək olmaz. Səhih hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Zülmdən […]
Fətvalar Sufilər Sünnətlər və bidətlər

İslamda nəşid (ilahi mahnı) yoxdur – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: İslam nəşidlərini (“ilahi mahnı” da deyirlər) musiqinin əvəzləyicisi kimi istifadə etmək olarmı? Cavab (Şeyx Saleh əl-Fovzan): İslam nəşidi deyilən bir şey yoxdur. İslam nəşid dini deyil. İslam, Quran, sünnət və uca Allah yoluna dəvət dinidir. İslam nəşidləri sufilərdə var. Sufilər nəşidləri özlərinə din hesab edirlər. Onunla Allaha ibadət edirlər. Əhli sünnə və camaat […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbərlərə itaətə çağırmaq yaltaqlıqdırmı? – Şeyx İbn Useymin

Sual: Məlumdur ki, Əhli Sünnə və Camaat (sələfilər) müsəlman toplumun birliyinə çalışırlar. Ona görə də hər nə olursa olsun, yaxşı işlərdə rəhbəri eşidib, ona itaət etməyi vacib sayırlar. Çünki burada əsas məqsəd insanların əminamanlığının və sabitliyin qorunmasıdır. Möhtərəm şeyx bəzi müsəlmanlar elə düşünürlər ki, belə mövqedə olmaq alçaldıcı və zəif mövqedir. Hətta bunu yaltaqlıq mövqeyi kimi […]
Fətvalar Möminlərlə münasibət

Qardaşına kömək etməyin yolları – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Aciz insana miniyinə və ya maşına minməkdə kömək etmək, əlindəki ağır yükü daşımağa yardım etmək, yaxud maddi dəstək olmaq – yəni, aciz adama maddi və ya fiziki baxımdan əl tutmaq böyük savabdır. Ümumiyyətlə borc içində çətinlik çəkən adama kömək edərək borcunu qarşılamaq da böyük savabdır. “Kim bir möminin dünya sıxıntısını apararsa, Allah da qiyamət […]
Fətvalar Hədis və şərh Qohumluq əlaqələri

Yeni doğulmuş körpənin qulağına azan və iqamə oxumaq – Şeyx Muhəmməd Səid Raslən (VİDEO)

Yüklə Yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumaq icazəlidirmi? Əhli sünnə mənsubları bunu çox edirlər. Haqq olan budur ki, yeni doğulmuş körpənin qulağına azan və iqamə oxumaq şəriət dəlilləri ilə təsdiq edilmədiyi üçün bunu etmək olmaz. Bu haqda rəvayət olunan hədislər zəifdir. Şeyx Albani (Allah ona rəhmət etsin) bu haqda nəql olunan rəvayətləri əvvəlcə […]
Fətvalar Namaz

Namazın sonunda düzgün salam verməyin qaydası – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (namazın sonunda) sağ tərəfə salam verərkən yanağının ağ hissəsi görsənirdi. Sol tərəfə salam verərkən yenə yanağının ağ hissəsi görsənirdi.” (Nəsai rəvayət etmişdir. Albani səhih olduğunu demişdir.) Fəqihlər deyirlər ki, salam verməyə başlayarkən üz qibləyə olmalı, yan tərəfə […]
Fətvalar Nəsihət

Zarafatla yalan danışmaq – Şeyx Əbdüləziz bin Bəzz (VİDEO)

Yüklə Sual: Dostlarla zarafat edib, deyib gülərkən yalnız gülmək və zarafat məqsədi ilə yalan danışılır. Bu haqda bizə nə tövsiyə edərdiniz? Şeyx Əbdüləziz bin Bəzz: Nə müsəlman kişiyə, nə də müsəlman qadına yalan danışmaq icazəli deyil. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “İnsanları güldürmək üçün yalan danışana vay olsun. Vay olsun, vay olsun […]
Fətvalar Namaz

Səfərdə olarkən iki namazı birləşdirmək – Şeyx Useymin (VİDEO)

Yüklə Sual: Səfərdə olarkən iki namazı birləşdirərkən namazın ilk vaxtında birləşdirmək lazımdır, yoxsa son vaxtında? Cavab: Səfərdə namazları cəm etmək mövzusunda sənə rahat olanı etməlisən. əgər ilk vaxtda birləşdirmək rahatdırsa ilk vaxtda, son vaxtda birləşdirmək rahatdırsa son vaxtda birləşdir. Səfərdə namazı cəm etmək mövzusunda daha rahat olanı edirsən. Namazları səfərdə qısaltmaq (dörd rükətli namazı iki […]
Fətvalar Nikah və Talaq

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT (Şeyx Süleyman ər-Ruheyli) – Üçüncü nəsihət (VİDEO)

Yüklə Üçüncü tövsiyəm isə budur: Mən kişiyə və xanıma tövsiyə edirəm ki, dünya ilə bağlı işlərdə bir-birilərinin nöqsanlarını əfv etsinlər. Dünya işlərində öz hüququndan keçsin. Çünki dünya işlərində nöqsanların olması labüddür. Lakin aqil kişi öz qadınına qarşı mərhəmətli olmalı və onun yaxşı işlərini göz önünə almalıdır ki, baş verənləri unuda bilsin. Peyğəmbər (Ona Allahın salavatı […]
Fətvalar Nikah və Talaq

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT (Şeyx Süleyman ər-Ruheyli) – İkinci nəsihət (VİDEO)

Yüklə Əzizlərim, ikinci tövsiyə isə çox insanların qafil olduqları bir məsələdir. Biz evimizdə əxlaq prinsiplərini həyata keçirməli, ən gözəl əxlaqımızı ailəmizə göstərməliyik. Hədis – “Sizin xeyirliniz ailəsi üçün xeyirli olan kimsədir.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə gözəl əxlaqı öyrətmişdir. Lakin çox təəssüf, bu gün bir çoxumuz çöl-bayırda olanda insanlarla rastlayarkən, dostlarla görüşərkən […]
Fətvalar Nikah və Talaq

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT (Şeyx Süleyman ər-Ruheyli) – Birinci nəsihət (VİDEO)

Yüklə Mən bu evlənən cütlüyə, o cümlədən evli olan hər kəsə – istər təzə evlənmiş, istərsə də mənim kimi çoxdan evlənmiş kimsələrə üç faydalı tövsiyə edirəm. Birinci nəsihət: Evimizi Allahın dini əsasında qurmalıyıq. Allaha and olsun, and olsun Allaha, bərəkət və xeyir yalnız Allahın dini əsasında qurulan ailəyə verilir. Biz evimizdə Allahın dini əsasında davranmalıyıq. […]
Fətvalar Günahlar

Sosial şəbəkələrdə savablarını xərcləyənlərə!!! – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Komputer arxasında oturarkən kimisə söyür, təhqir edir, iftira atırıq. Özümüzə qurma adlar götürüb, kimsə bizi tanımayır, bilmir deyərək arxayın hərəkət edirik. Ancaq biz Allahın bizi gördüyünü, danışığımızı eşitdiyini və uca Allahın bizi hesaba çəkəcəyini unuduruq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir gün əshabələrinə belə dedi: “Bilirsinizmi müflis kimdir?” Əshabələr dedilər: “Bizim nəzərimizdə […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Tükləri ürpədəcək xatırlama – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Meyitin ardınca üç şey gedər: Ailəsi, mal-dövləti və əməli. Onların ikisi qayıdar, üçüncüsü isə onunla qalar. Ailəsi və mal-dövləti geri qayıdar, əməli isə onunla qalar.” Bizdən birinin əcəli çatdıqda, yuyulub kəfənləndikdən sonra çiyinlərdə daşındıqda, əməlisaleh olan kimsə “məni qəbrimə tez çatdırın!”, əgər əməlisaleh olmazsa “vay olsun, […]
Fətvalar Günahlar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Bunu bilsən zülm etməkdən qaçarsan – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) çox dəyərli bir məsələ haqqında bizə xəbər vermişdir. Uca Allah qiyamət günü insanları lüt-üryan, sünnət olunmamış və kimsəsiz (ərəb. Buhmən) həşr edəcəkdir. Səhabələr dedilər, ey Allahın elçisi kimsəsiz (ərəb. Buhmən) nə deməkdir? Yəni, lüt-üryan məlumdur. Bu libassız deməkdir. Sünnət olunmamış sözü də məlumdur. Bəs kimsəsiz (ərəb. Buhmən) […]
Fətvalar Nəsihət Nikah və Talaq

Mübahisə zamanı qadın kimin tərəfin saxlamalıdır: atasının, yoxsa ərinin? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Bir qadın sualda deyir ki, hər-hansı dünya işinə görə ərimlə ailəm arasında mübahisə yaranıb. Əslində mən ailəmin tərəfin saxlamaq istəyirdim, çünki valideynlərə itaət etmək və onlarla xoş davranmaq Allahın əmridir. Lakin bu işdə mənə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan hədis mane oldu. Hədisin mənası budur ki, “əgər Allahdan başqasına […]
Fətvalar Tibb

Allahın izni ilə CADUNU AÇMAĞIN YOLU – Şeyx Əbdüləziz bin Bəzz (VİDEO)

Yüklə Sual verən: Bir alimdən eşitmişəm ki, cadu edildiyini düşünən adam sidr ağacının yeddi ədəd yarpağını götürüb bir qabda suya qoyur və muəvvizat (İxlas, Fələq, Nas), Ayətəl Kursi, Qul yə əyyuhəl kəfirun, va mə unzilə aləl mələkəyni bibəbilə harutə və marut və Fatihə surəsini oxumağı tövsiyə edib. Bu nə dərəcədə doğrudur? Cadu edildiyini düşünən adam […]
Fətvalar Sünnətlər və bidətlər

Cin-şeytanı qovmaq üçün, duza ovsun oxuyub evə səpmək olarmı? – Şeyx İbn Useymin (VİDEO)

Yüklə Sual verən: Allah sizi xeyirlə mükafatlandırsın şeyx, cin və şeytanları qovmaq üçün, duza ovsun oxuyub evə səpmək olarmı? Şeyx İbn Useymin: Xeyr belə etmək düzgün deyil. Kimsə deyirsə ki, “duza ovsun oxuyub evə səpsən şeytanlar yaxın gələn deyil.” – BU ƏSLA DOĞRU DEYİL VƏ BELƏ ETMƏK OLMAZ.
Əqidənin ümumi əsasları Fətvalar

Təvəssülün növləri – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual verən: Möhtərəm şeyx, bu şəxs təvəssülün növləri və əməlisalehlərə dua etmək barədə soruşur. Şeyx Saleh əl-Fovzan: Təvəssülün iki növü vardır: 1- Şəriətin icazə verdiyi. 2- Şəriətin qadağan etdiyi. Şəriətin icazə verdiyi təvəssül bunlardır: Allaha Onun ad və sifətləri ilə təvəssül etmək. Saleh əməllərlə təvəssül etmək. Sağ insanın yanına gəlib ondan dua etməsini xahiş […]
Fətvalar Namaz

Duha namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Duha namazı gündəlik nafilə ibadətlərdəndir. Bu namaz günəş üfüqdən bir nizə boyu çıxandan, yəni günəşin doğmasından on dəqiqə sonra, zöhr namazına az qalmış vaxta qədər qılınan namazdır. Bu namaz iki, dörd, altı, yaxud səkkiz rükət qılınır. Bu namazın qılınmasına görə böyük savab vəd olunub. Əbu Zərr (Allah ondan razı […]
Fətvalar Günahlar

Tövbə etməkdən yorulma – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual verən: Sual verən insan deyir ki, o, davamlı olaraq böyük günahlar edir. Lakin böyük günahdan sonra dəstəmaz alır, iki rükət namaz qılır və Allahdan bağışlanma diləyir. Sonra yenidən günah edir. Yenə dəstəmaz alır, iki rükət namaz qılır və bağışlanma diləyir. O necə etsin? Şeyx Saleh əl-Fovzan: Həlli budur ki, o tövbə etsin və […]
Dəvətin qaydaları Fətvalar

Sələfi mənhəcinin əsasları nədir? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Şeyx Saleh əl-Fovzan: Sələfin MƏNHƏCİ faydalı elm, saleh əməl, din qardaşlığı, yaxşı və təqvalı işlərdə əlbir olmaqdır. Budur saleh sələfilərin mənhəci. O mənhəc ki, kim ondan tutunarsa, fitnələrdən və şərdən xilas olar, Allahın razılığını qazanar. Uca Allah buyurur: “…Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər […]
Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Möminin ölüm anında və bərzəxdə BƏXTƏVƏRLİYİ – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə Şeyx Süleyman ər-Ruheyli: Həyatını Allah qorxusu və saleh əməllərlə keçirən mömin hər kəsin düçar olduğu əcəli gəldikdə bəxtəvər olacaqdır. Ölüm gəldikdə mələklər onu çağırıb deyəcəklər: “Ey gözəl nəfsdə yaşayan gözəl nəfs, şükür edərək çıx! Sənə rəhmət, gözəl ruzi və bağışlayan rəbblə müjdə vardır.” Möminin ruhu çıxdıqca bu çağırışla çağırılar. Ruhu bədənindən çıxana qədər bu […]
Əqidənin ümumi əsasları Fətvalar

Təbərrük üçün Quranı maşında saxlamaq olarmı? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Qardaşım əsasən başqa şəhərə səfərə çıxanda maşınına Qurani-Kərim qoymağı adət edib. Mən ondan bunu nə üçün etdiyini soruşduqda o dedi ki, BUNU EDIRƏM KI, MƏN EVIMƏ QAYIDANA QƏDƏR MƏNI QORUSUN. Şeyx Saleh əl-Fovzan: Belə etmək olmaz. Bu şəriətin qadağan etdiyi Təmimədir (talisman, həmayil). Əgər Quranı oxumaq, yaxud kiməsə hədiyyə etmək üçün özü ilə […]
Fətvalar Müsəlman hakimlərə münasibət Xəvariclər

Rəhbər üçün dua etməyən şəxs xəvaric bidəti edir – Şeyx İbn Useymin (VIDEO)

Yüklə Şeyx Muhəmməd bin Saleh əl-Useymin: Rəhbər üçün dua etməyən insan pis bidət edir. Bu, xəvaric, rəhbərlərə qarşı üsyan etmək bidətidir. Əgər sən Allah, Allahın Kitabı, Peyğəmbəri, müsəlmanların rəhbəri və ümumən müsəlmanlar üçün nəsihət edən olsaydın, rəhbər üçün dua edərdin. Çünki rəhbər islah olunarsa, insanlar da islah olunar. Bəziləri rəhbərin günah işlətdiyini görəndə ona deyirsən […]
Fətvalar Tövhid və növləri

Allahın ad və sifətlərini sevmək, insanı cənnətə aparır – Şeyx Xalid əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Allahın bəndələri, Allahdan qorxun. İki səhih kitabında Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir kişini qoşun dəstəsinə başçı təyin edir. O camaata namaz qıldıranda qiraətini “Qulhuvəllahu əhəd” surəsi ilə bitirirdi. Bunu hər namazda, hər rükətdə təkrar edirdi. Onunla olan səhabələr […]
Fətvalar Nəsihət

Dörd şey xoşbəxtlik, dörd şey isə bədbəxtlikdəndir – Şeyx Süleyman ər-Ruheyli (VIDEO)

Yüklə Şeyx Süleyman ər-Ruheyli: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Dörd şey xoşbəxtlikdəndir.” Allaha and olsun ki, həqiqətən də bu dörd şey xoşbəxtlikdir. Çünki bu haqda xəbər verən ən doğru danışan Peyğəmbərdir (Ona Allahın salavatı və salamı olsun). Dörd şey xoşbəxtlikdir: “Əməlisaleh həyat yoldaşı, geniş ev, əməlisaleh qonşu və rahat minik.” Əməlisaleh həyat […]
Fətvalar Müsəlman hakimlərə münasibət Şübhələrə rəddiyələr

Üsyan etmək ixtilaflı məsələdir deyən, elm tələbəsi yox, fitnə tələbəsidir – Şeyx Fovzan (VİDEO)

Yüklə Sual: Bəzi elm tələbələri deyirlər ki, zalım rəhbərə qarşı çıxmaq ixtilaflı məsələdir. Bu haqda nə deyə bilərsiz? Şeyx Saleh əl-Fovzan: Bunu söyləyən elm tələbəsi yox, fitnə tələbəsidir. Elm tələbəsi belə deməz, fitnə tələbəsi belə deyər. Bu məsələ ixtilaflı deyil, ittifaqlı məsələdir, icmadır. Rəhbərlərə itaət vacibdir. Uca Allah buyurur: “Ey iman edənlər Allaha və onun […]
Fətvalar Müsəlman hakimlərə münasibət Şübhələrə rəddiyələr

Fasiq rəhbərə qarşı üsyan etmək isctihad məsələsidir? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə Sual: Fasiq rəhbərə qarşı üsyan etmək ictihad məsələsidir deyən haqqında nə deyə bilərsiniz? Şeyx Saleh əl-Fovzan: Allaha sığınıram, məgər bu ictihad məsələsidir?! Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu haqda, kəskin və aydın söz söyləmişdir. O demişdir ki, “əlinizdə Allah tərəfindən aydın sübutu olan açıq-aşkar küfrün isbatı olmadıqca, fasiq rəhbərə itaət edin.” Üsyan […]
Çəkindirmələr (təhzir) Fətvalar Xəvariclər

İŞİD ixvan törəməsi və xəvariclərdir – Şeyx Saleh əl-Fovzan (VIDEO)

Yüklə Həqiqət budur ki, İŞİD əslən ixvan təşkilatına mənsub olan Əymən əz-Zəvahirinin başçılıq etdiyi əl-Qaidə terror təşkilatının törəməsidir. Əymən əz-Zəvahiri törəməsi olan İŞİD haqqında deyir: “Şeyx Əbu Bəkr əl-Bağdadi bizdən icazə almadan, bizimlə məsləhətləşmədən, bizə xəbər etmədən İraq və Şamda İslam dövləti elan etməkdə səhv edib. Buna baxmayaraq şeyx Əbu Bəkr əl-Bağdadi əl-Hüseynini bu tarixdən […]
Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbərlərlə rəiyyət arasında baş verən fitnələrin səbəbi – Şeyxülislam İbn Teymiyyə

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bilmək lazımdır ki, (rəhbərlərlə rəiyyət arasında) baş verən fitnələrin səbəbi müştərəkdir. İnsanın qəlbinə haqqı bilməyə və ona istiqamətlənməyə mane olan amillər təsir edir. Buna görə də insan cahiliyyət səviyyəsinə düşmüş olur. Cahiliyyətdə haqqı bilmək və ona istiqamətlənmək anlayışı yoxdur. İslam haqqı bilmək və ona yönəlmək anlayışı ilə […]
Fətvalar Qamət Süleymanov Şübhələrə rəddiyələr

Alləmə Şeyx Suheymi ilə Şeyx Qamətin görüşü (27.12.2016) – (VİDEO)

  Rəhman və Rəhim olan Allahın adı ilə, aləmlərin Rəbbi olan Allaha həmd edirəm, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salamı, salavatı və bərəkəti olsun. Bəzi tələbələrin etdiyi bir metod vardır ki, mən bundan çəkindirirəm. Bu metodu hətta bəzi şeyxlərimizə də tətbiq etmişlər. Belə ki, hörmətli müftimiz, şeyx AbdulAziz Ali Şeyxə və ya hörmətli şeyximiz […]
Fətvalar Müsəlman hakimlərə münasibət Xəvariclər

Kütlə qarşısında nazirləri tənqid etmək xəvariclərin yoludur – Şeyx Fovzan (VIDEO)

Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sualda deyilir ki, hökumət idarələrini, idarə rəhbərlərini və nazirləri islah etmək məqsədi ilə kütlə qarşısında tənqid etmək olarmı?! Cavab: Əgər tənqid etmək sözü, vəzifəli şəxsləri aşağılamaq, təhqir etmək və eyiblərini araşdırmaq mənasında deyilirsə, bu olmaz, qadağandır. İşçilərini islah etməsi üçün məsul şəxsə müraciət etmək mənasında olan təndiq, icazəlidir. Amma […]
Çəkindirmələr (təhzir) Fətvalar

Süleyman Ruheyli İŞİD barədə: Onlar hamısı Sünnədən uzaqlaşıblar

İslam hüququ alimi şeyx Süleyman Ruheyli (Allah onu qorusun) xəvariclər firqəsi və onların əlamətləri barədə xatırlatma etdikdən sonra, demişdir: “Onların (xəvariclərin) ideologiyası budur və onlar (xəvariclər) İŞİD-in tərkibinə daxildirlər. Onların arasında xəvaric olan və xəvariclərin bütün əlamətlərini özündə daşıyan insanlar da, xəvariclərin bəzi əlamətlərini daşıyan insanlar da var. Lakin, onlar hamısı Sünnədən uzaqlaşıblar. Onlar islam […]
Cihad Fətvalar

Şeyx Useymin: NƏ ZAMAN CİHAD ETMƏK OLAR?

20-ci əsrin görkəmli islam alimi, şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Müsəlmanlar, onların rəhbərlərinin (dövlət başçısı) icazəsi olmadan cihada gedə bilərmi? Rəhbərin (dövlət başçısının) icazəsi olmadan döyüşdə iştirak etməyin icazəli olduğu hallar varmı?” O belə cavab verdi: “Rəhbər (dövlət başçısı) icazə vermədən cihada getmək qadağandır! Çünki şəriət bu məsələdə qərar qəbul etmək haqqını məhz […]
Fətvalar Tövhid və növləri

Səhabə və tabiinlər hamılıqla Allahın zatı ilə bütün məxluqatdan ucada olmasını etiqad edib – Şeyx İbn Useymin...

Yüklə İcmanın (səhabə və tabiin ittifaqı) Allahın zatı ilə bütün məxluqatdan ucada olmasına dəlalət etməsi belədir ki, bütün səhabələr və tabiinlər təsdiq edirdilər ki, Allah zatı ilə hər şeydən ucadadır. Onların bu məsələdə yekdil fikirdə olmasına sübut nədir? Onların bu məsələdə yekdil fikirdə olmasını sübut edən dəlil məxfidir. Hər kəs üçün faydalıdır deyə, bunu bilmək […]
Fətvalar Şübhələrə rəddiyələr Tövhid və növləri

İnsan fitrəti ilə Allahın səmada olduğunu bilir – Şeyx İbn Useymin (VİDEO)

Yüklə Hər bir insan fitrəti ilə Allahın səmada olduğunu bilir. Hətta kafir də həyəcanlı anlarda qəlbi ilə səmaya yönəlir. . İnsan dua edərkən qəlbi səmaya yönəlir. Hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur ki, “insan əllərini göyə qaldırıb, “ey Rəbbim”, “ey Rəbbim” deyərək dua edir.” Onu bu cür dua etməyə yönəldən kimdir? Əlbəttə […]
Fətvalar Nəsihət

Övladlarınızla ədalətli davranın – İbn Useymin (VİDEO)

Yüklə Şeyx İbn Useymin: “Hər işdə ədalətli olmaq vacibdir. Ailə daxilində, övladlar arasında da ədalətli olmaq mütləqdir. Sələflər hətta övladlarını öpərkən ədalət prinsipinə riayət edərdilər. Hansısa uşağını bir dəfə öpdükdə, digərini də bir dəfə öpər, iki dəfə öpdükdə, digərini də iki dəfə öpərdilər. Real həyatda da belədir. Uşaqlar hətta öpməkdə də ədalətli olmağı tələb edirlər. […]
Fətvalar Tövhid və növləri

Ağıl Allahın zatı ilə bütün məxluqatdan uca olduğuna dəlalət edir – İbn Useymin (VIDEO)

Yüklə Ağıl Allahın zatı ilə bütün məxluqatdan uca olduğuna dəlalət edir. Ağlı başında olan insandan soruşsan ki, ucalıq naqislik, yoxsa kamillik sifətidir? Heç şübhəsiz ki, ucalıq kamillik sifətidir deyəcəkdir. Hər bir aqil insan bilir ki, ucalıq kamillik sifətidir. Sən aqil insandan soruşsan ki, ucalıq kamillik əlamətidir, yoxsa naqislik? O deyəcək ki, ucalıq kamillik sifətidir. Kamilliyə […]
Fətvalar Namaz

İşa namazına qoşulub Məğrib namazını necə qılmaq olar? – Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə bir sual verirlər: Bir dəstə insan məğrib namazına gecikib. Onlar məscidə gəldikdə imam İşa namazını qılırsa, onlar özləri ayrıca camaat halında məğribi qılsınlar, yoxsa işa namazı qılan imama qoşulsunlar? Belə halda onlar namazı necə qılırlar? Cavab: Doğru olan budur ki, insan istər tək olsun, istərsə toplum halında məscidə gəldikdə […]
Elm əhlinə münasibət Fətvalar

Sələfi elm əhlinə tən edən bidətçidir, zındıq da ola bilər – Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu...

  Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun): Hər bir rafizi, sufi, hizbi və bunların yolunda olub sələfi olduqlarını iddia edən kəzzəblərin  hamısının  hədis əhlinə büğz etdiklərini görərsən, onların adları gəldikdə eşitmək belə istəmirlər, xüsusən də bunların bidətlərinə və zəlalətlərinə qarşı çıxan, şeyxlərini bidətçi çıxaranları. Ən sərt şəkildə və müxtəlif yollarla sələfilərə qarşı hərb […]
Fətvalar Təkfir qaydaları

İbn Teymiyyənin təkfir (kafir hökmü vermək) haqqında fətvası

Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin!) təkfir etmək haqda sözü: Bütün bunlara baxmayaraq mənimlə daimi ünsiyyətdə olanlar və məni yaxından tanıyanlar bilirlər ki, mən müəyyən bir adama kafir, fasiq və ya asi deməyi çox böyük əzmkarlıq və qətiyyətlə qadağan edənlərdən biriyəm. Yalnız bir halda, həmin müəyyən adama islam şəriətinin hüccəti açıq-aşkar bəyan edildikdən […]
Fətvalar İki bayram

Bayram və bu gündə ediləcək əməllər

Sual: Bayram günü ediləcək müstəhəb əməllər hansılardır? Cavab: Bayram günü müsəlmanlar orucu, təravihi və s. ibadətləri tam əda etdikləri üçün öz fərəhlərini təzahür etdirirlər. Bu da Allahın müsəlmanlara verdiyi böyük nemətlərdəndir. Bayram axşamı və səhəri bayram namazından öncə təkbir edilir. Sonra bütün müsəlmanlar bayram namazını qılmaq üçün şəhərin kənarında açıq bir ərazidə toplaşıb bayram namazını […]