Yüklə

Sual:
Ölkəmizdə terror törədənlər iddia edirlər ki, bu gün baş verən partlayışlar İmam Əhməd və Şeyxülislam İbn Teymiyyənin dediklərinin davamıdır…

Cavab:
Bu açıq-aşkar iftiradır.

Məgər İmam Əhməd Bağdadda partlayış törədib?!

Yoxsa İbn Teymiyyə öz vaxtında partlayış törədib?! Onun vaxtında tatarların və ona müxalif olanların təcavüzü olmasına baxmayaraq İbn Teymiyyə səbr edir, buna görə Allahdan savab umur və Allah yoluna dəvət etməkdə davam edirdi.

Bu həm İmam Əhmədə, həm də İbn Teymiyyəyə atılan böhtandır.