TERRORÇU, QİYAMƏT GÜNÜ XƏYANƏT BAYRAĞINI DAŞIYACAQ

İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiya­mət günü xəyanətkar üçün bir bayraq sancılacaq və deyiləcəkdir: bu filankəs oğlu filankəsin xəyanətinin nişa­nə­si­dir!» Buxari və Müslim rəvayət et­miş­dir.

Hədisdə deyilən bayraq, əlamət və ni­şanə mənasını verir. Yəni, qiyamət gü­nü xəyanətkar müəyyən əlamətlə se­çi­lə­cəkdir.

Amr ibn əl-Hamiq (Allah ondan razı olsun) adlı digər səhabə deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşit­dim: «Kim bir nəfərin öldürülməməsi üçün ona aman verər və sonra onu öl­dü­rərsə, həmin adam qiyamət günü xə­yanət bayrağını daşıyacaqdır.» Əh­məd və İbn Macə rəvayət etmişdir. Tər­ti­bat İbn Macəyə məxsusdur.

İbn Teymiyyə (Allah ona rəhmət etsin) “Əs-Sarim əl-Məslul” adlı kitabında (1/ 91) deyir: “Məlum olduğu kimi, kim bir kafi­rə aman verdiyini bildirərsə, hə­min kafiri kafir olduğuna görə öl­dür­mək olmaz. Əgər düşmənçilik edən kafir aparılan danışıqdan mü­səl­ma­nın bu danışıqla ona aman verməsini düşünərsə, ona əminamanlıq verilməlidir”.

“Minhacus Sünnə” adlı kitabında (6/ 425) isə qeyri müsəlmanların arasında yaşayan müsəlmanın onlarla əlaqəsinin hansı formada olması məsələsinə ay­dın­lıq gətirmiş və demişdir: “Müsəlma­nın qəlbində olan iman, kafirlərin dini ilə razı olmadan onlarla doğru, əma­nətə sadiq, nəsihətçi və xeyirxah in­san kimi yaşamasını tələb edir. Allahın sədaqətli peyğəmbəri Yusif (Ona Allahın salamı olsun) bir vaxtlar kafir olan Misir əhalisi ilə belə davranırdı”.
 

TERRORÇU BAĞIŞLANACAQMI?

Müaviyə (Allah ondan razı olsun) adlı səhabə deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm:«Allah hər bir günahı bağışlayar. Yal­nız müşrik kimi öləndən, yaxud başqa mö­mini qəsdən qətlə yetirən mömin­dən başqa.» Əbu Davud və Hakim rə­va­yət etmişdir.

Sindi adlı alim demişdir: “Hədisdə san­ki deyilir ki, hər bir günahın ilkin andan bağışlanmasına ümid vardır. Yal­nız möminin qətlə yetirilməsindən qaza­nılan günahın bağışlanmasına belə ümid yoxdur. Belə günah, əzab görül­mə­miş bağışlanan deyil. (Dindən çıxaran böyük)küfr isə əsla bağışlanan deyil­dir…

Həmçinin bu halı tövbə etmədən ölənlərə aid etmək lazımdır. Çünki gü­nah­dan tövbə edən kimsə, sanki günah­sız kimidir. Elə olacaqdır ki, hətta qatil ilə qətlə yetirilən birlikdə cənnətə daxil ola­caqlar. Buna, kafir olarkən başqasını qətlə yetirib, sonradan özü də İslamı qəbul edən kimsəni misal çəkmək olar”.
 

TERRORÇUNUN TÖVBƏSİ MƏQBULDURMU?

Bir nəfər İbn Abbasa (Allah ondan razı olsun)  adlı səhabəyə sual verdi və dedi: “Ey İbn Abbas, qati­lin tövbəsi qəbul olunarmı?” İbn Abbas onun sualından təəccüblənərək dedi: “Nə deyirsən?” O, sualı yenidən tək­rarladı. İbn Abbas isə yenə: “Nə deyirsən?” – deyə soruşdu. Bu iki və ya üç dəfə təkrarlandı. Sonra İbn Abbas dedi: “Qatilin tövbəsi necə qəbul olsun? Mən Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qətlə yetirilən kimsə bir əli ilə başını, digər əli ilə qatilini tu­ta­raq, damarlarından qan axa-axa gə­lə­cək və ön sıraya qədər irəliləyəcək. Son­ra qətlə yetirilən kimsə Allaha de­yə­cəkdir: “Ey Rəbbim, bu məni öl­dü­rüb. İzzət və Cəlal sahibi Allah, qatilə deyə­cəkdir: “Sən xəsarət çəkənlər­dən­sən.” Sonra isə onu atəşə atacaqlar.» Tirmizi və Təbərani rəvayət etmişdir.

TERRORÇU, CAHİLİYYƏT ÖLÜMÜ İLƏ ÖLÜR

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahi­liyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında dö­yü­şər, öz nəfsinə görə qəzəblənər, yaxud ona dəvət edər və ya onun müda­fi­əsin­də dayanarsa onun ölümü cahi­liy­yət ölümü kimi olar. Kim ümmətimə qar­şı çıxıb onların yaxşısını və günah­ka­rını (fərq qoymadan) öldürərsə, mö­min­lərə görə ehtiyat etməzsə, əhd bağ­la­yanın əhdini qorumazsa, o məndən, mən isə ondan deyiləm.» Müslim rəvayət etmişdir.

TERRORÇU, ALLAHIN QARŞISINDA OLARKƏN ONUN HEÇ BİR ÜZRÜ OLMAYACAQ!

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən əlini üzərsə qiyamət günü Allahın hüzurunda onun heç bir üzrü olmaz. Kim boynunda beyət olmadan ölərsə onun ölümü cahiliyyət ölümü kimi olar.» Müslim rəvayət etmişdir.
 

QİYAMƏT GÜNÜ TERRORÇU BİRİNCİ MÜHAKİMƏ OLUNACAQDIR!

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiya­mət günü insanların ilk sorğu-sual olu­nacaqları əməl, qan haqqı ola­caq­dır.» Buxari və Müslim.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb

Terrorçuların hədislərdə vəsfi – I Məqalə
Terrorçuların hədislərdə vəsfi – II Məqalə
Terrorçuların hədislərdə vəsfi – IV Məqalə