ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!

Ubadə ibn Əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir mömini öldürər və özünün bu qətldə dögru iş tutduğunu düşü­nər­sə Allah ondan nə fərz, nə də nafilə ibadət qəbul etməz» Əbu Davud rəva­yət etmişdir.

TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!

Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə cənnət arasında bir maneə olmamasına çalışırsa, sanki bir toyuq kəsirmiş kimi (günahsız insanı öldürüb) əlini bir ovuc qana bulamasın. O hər dəfə cənnətin qapısına yaxınlaşdıqca, bu qan onun cənnətə daxil olmasına mane olacaqdır. Həmçinin kim bacarsa qarnına yaxşı qidadan başqa bir şey aparmasın. Həqiqətən insanın birinci iylənən bədən hissəsi, onun qarnıdır» Təbərani və Beyhəqi rəvayət etmişdir.

TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!

Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim əhd bağlayan kafiri öldürərsə cən­nətin iyini duymaz. Halbuki cən­nə­tin iyi qırx illik məsafədən hiss olu­nur» Buxari rəvayət etmişdir və tərtibat ona məxsusdur. Nəsainin rəvayətində isə deyilir: «Kim zimmilərdən bir nə­fə­ri öldürərsə cən­nətin iyini duymaz. Halbuki cən­nə­tin iyi qırx illik məsafədən hiss olu­nur».
 

ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!

Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rə­va­yət edirlər: «Əgər göy və yer əhli bir nə­fər möminin qətlində əlbir olsalar, Allah onların hamısını cəhənnəmə salar» Tirmizi rəvayət etmişdir.

TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR!

Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhən­nəm­dən bir neçə dəvə çıxıb danışacaq və deyəcəkdir: “bu gün mənə üç nəfər tapşırılıb.” Onlar: hər bir təkəbbürlü, başqa ilahı Allaha şərik qoşanlar və başqasını haqsız yerə qətlə yetirənlərdir. Sonra dəvə onların üzərinə atılacaq və onları cəhənnəmin dərinliklərinə tullayacaqdır.» Əhməd və Təbərani rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!

Cundub (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Sizdən əv­vəl­ki ümmətlərdə bir nəfər kişi yara­lan­mışdı. Ağrıya dözməyib bir bıçaq gö­türdü və əlini kəsdi. Qan axıb da­yan­madığı üçün öldü. Uca Allah isə buyurdu: Bəndəm öz nəfsini mənə tez təslim etdi, Mən isə cənnəti ona haram etdim» Buxari və Müslim rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü­nü dağdan atıb intihar edərsə o, əbə­di olaraq cəhənnəm odunda diyir­lə­nəcəkdir. Kim zəhər içib özünü qətlə yeti­rərsə, zəhər əlində ola-ola əbədi ola­raq cəhənnəmdə onu içəcəkdir. Kim özünü dəmir parçası ilə öldü­rər­sə, cəhənnəm odunda əbədi qalaraq əlin­dəki dəmir parçası ilə qarnına batıracaqdır» Buxari və Müslim.

Digər hədisdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim özünü asar­sa, cəhənnəmdə də özünü asar, kim də özünü yaralayıb öldürərsə, cə­hən­nəmdə də özünü yaralayar» Buxari rə­vayət etmişdir.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb

Terrorçuların hədislərdə vəsfi – I Məqalə
Terrorçuların hədislərdə vəsfi – II Məqalə
Terrorçuların hədislərdə vəsfi – III Məqalə