Yüklə

Sual: Suriyada (gedən döyüş) cihad sayılırmı? Ümumiyyətlə dəlil varmı ki, cihada getmək üçün rəhbərin (dövlət başçısının) izni olmalıdır?

Cavab: Bu suala cavab, orada olan gedişatdır. (Yəni hal-hazırkı vəziyyət buna cavabdır). Baxın görün nəsə səmərə veribmi? Baxın görün nəticəsi nədir? Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə: Cihad əmr etməyin rəhbərin səlahiyyətində olmasına dəlil odur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əmr sahibi idi, cihada o başçılıq edirdi, o əmr edirdi, o nizamlayırdı və izni də o verirdi.

Hətta yaşı az olanlar həddi buluğa çatdıqda cihada getmək üçün Allahın Elçisindən (Allahın ona salavat və salamı olsun) izin istəyirdilər. O izin verdisə cihada daxil olardılar, əks halda cihada yararlı olana qədər səbr edərdilər. Yəni, onlar Allahın Elçisindən (Allahın ona salavat və salamı olsun) izn istəyirdilər. Yoxsa belə (Suriyadakı kimi) deyildi ki, onların hər biri əlinə silah götürüb cihada daxil olsunlar. Xeyr, bu belə deyildi.

Eləcədə döyüş əmri verən və üzrlü olanlara döyüşməməyə izn verən de məhzPeyğəmbər (Allahın ona salavat və salamı olsun) idi. Onlar üzrlərini ona bildirirdilər. İstər doğru söyləmiş olsunlar, istərsə də yalançı münafiqlər olsunlar. Yəni, hər halda onlara izn verən o idi. Məhz Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) izn istəyirdilər. Kim cihada getmək istəyirdi Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) izin istəyirdi və hər kim üzrlü olduğuna görə getmək istəmirdisə, o da Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müraciət edirdi. Şəkk yoxdur ki, bu iş rəhbərin səlahiyyətindədir.

Allah Təala buyurur ki: “Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerinizdə qaxılıb qalırsınız?” (Müqəddəs Quran, “Tövbə” surəsi, 38-ci ayə).

Baxın, burada “Allah yolunda döyüşə çıxın!” kəlməsini kim deyir? Bu sözü deyən kimdir? Şəkk yoxdur ki, bunu deyən rəhbərdir. Bunu deyən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) idi.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur ki: “Əgər döyüşə çağırılsanız, dərhal gedin!” (Buxari).

Döyüşə kim çağırır? Əlbəttə ki, döyüşə çağıran, hər məkanda və hər zamanda müsəlmanların rəhbəridir (dövlət başçısıdır).