Yüklə

– Sual: Möhtərəm şeyx bəzi yazarlar “Muhəmmədi İnqilab”, yaxud “İslami İnqilab” ifadələrini işlədirlər.
Bu cür ifadələr işlətmək doğrudurmu?
– Şeyx: Xeyr düzgün deyildir.

– Sual: Biz onlara hansı əsaslarla cavab verək?
– Şeyx: Məgər Allah bu dini inqilab adlandırıb, yoxsa hidayət və haqq adlandırıb?! Uca Allah buyurur: “Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gəldi…” ən-Nisa: 170. Uca Allah demədi ki, peyğəmbər sizin bütlərinizə qarşı üsyan etdi. Biz onlara belə cavab verməliyik. Biz hidayəti, nuru və haqqı inqilaba çevirə bilmərik. Kimsə gəlib bizi hansısa inqilaba məcbur edə bilməz. Siz bunları öz ölkənizdəki insanlara çatdırın. Onlara bildirin ki, ey insanlar bu din haqdır, nurdur, hidayətdir, şəfadır.

– Sual: Yəni “İslami İnqilab” varmı?
– Şeyx: Xeyr, “İslami İnqilab” deyilən bir şey yoxdur, “İslami Hidayət” var.