İslam dinindən öncə insanların müdaxiləsi ilə təhrif edilmiş din mənsubları və cahiliyyət dönəminə aid qayda-qanunlara görə müharibə edən tərəflər bir-birinə qarşı olduqca amansız, qayda-qanunsuz döyüşür, məğlub olan tərəfi talan edir, evləri viran qoyur, qadın-uşaq demədən hər kəsi amansızcasına qətlə yetirirdilər.

İslam şəriəti gəldikdən sonra Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) müharibə zamanı ədalətli davranmaq və haqsızlıq etməmək üçün qızıl qaydalar qoymuş və əshabələrinə bu qaydalara ciddi şəkildə riayət etməyi əmr etmişdir. Bəzi döyüşlərdə bu baxımdan səhvə yol vermiş səhabələri kəskin qınamışdır.

Səhabələrdən biri döyüş zamanı “lə iləhə illəllah” kəlməsini deyərək təslim olan düşmənini “o bu sözü səmimi deyil, qorxusundan dedi!” – düşüncəsi ilə qətlə yetirir. Daha sonra Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) bu haqda soruşduqda: “Qiyamət günü bu kəlmə ilə Allahın hüzuruna gəldikdə sən nə edəcəksən!?” – sözləri ilə onu kəskin şəkildə qınamışdır. Bu sözlər səhabəni o qədər peşiman etmişdi ki, o öz-özünü “kaş bu andan etibarən müsəlman olardım!” – sözləri ilə qınamışdır.

Bu gün biz yuxarıda sadalağımız və buna bənzər onlarla, yüzlərlə nümunə göstərə biləcəyimiz hadisələrə baxdıqda İŞİD adlı terror xəvaric qruplaşmasının etdiklərinin islamdan nə qədər uzaq olduğunu dərk edirik. Bu səbəbdən bütün alimlər onların xəvaric təkfirçi olduğunu təkidlə vurğulayırlar.

“Sələf Xəbər” saytı İslamın hər sahədə ədalətli din olmasını bir daha xatırlatmaq üçün sizə “İslamda müharibə ədəbləri” adlı qısa məlumat xarakterli materialı təqdim edir.

muharibe-edebleri

 

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb