Sual : Təəssüb etmədən müyyən bir məzhəblə getməyin hökmü nədir, xüsusəndə Alimlərdən çoxu tərcümeyi hallarında öz məzhəblərinə nisbət olunurlar?

Cavab : Amma bəzi insanların (alimləri qəsd edir Şeyx) bəzi məzhəblərə nisbət olunması, ola bilər bunun səbəbi yaşadığı mühit olsun ki, bu mühit ona təsir göstərib, özünü tanıdığı gündən yalnız Şafi olaraq tanımışdır, elə zənn edir ki, Şafi məzhəbi ən yaxşi məzhəbdir və ona müxalif olan azmışdır, beləcə qardaşlarım bəzən bunun səbəbi yaşadığı mühit və təbiət olur, bəzən də ola bilər ki, bunun səbəbi başçıdır, başçı görür ki, bu ölkədə olan alimlərin çoxu nədir ey qardaşlarım? Zeydiyyə məzhəbindədir və bu Zeydiyyə məzhəbi ilə tanınıblar, insanlar ətraflarına toplasın deyə bu məzhəbi götürürlər, beləcədə həmçinin digər şəhərlərdə, hər hansısa bir ölkədə insanların çoxu Maliki məzhəbindədir və onlarda (Şeyx Alimləri qəsd edir) bu Maliki məzhəbi ilə tanınıblar, və yaxudda bundan başqa.
İkinci səbəb dedik ki, başçıdır, həmçinin ola bilər ki, bunun səbəbi dünyadır, misal olaraq, insanların çoxu Hənəfi məzhəbini götürüb dünya üçün, çün ki, Abu Yusuf (Abu Yusuf İmam Abu Hənifənin Tələbəsi idi ) (Allah onlara rəhmət etsin ) Qazilərin Qazisi idi, ola bilsin (Qazinin yanına gələn) desə ki, mən Hənəfiyəm ona aydınlıq gətirər, yox əgər Hənəfi olmazdısa ola bilsin onu ( yəni Qazi Abu Yusufu ) qəzəbləndirərdi.

Şeyx Muqbilin (Allah ona rəhmət etsin) səs yazısından alıntı.

Tərcümə : Nicat Həşimov.