Yüklə

Əgər elm tələbəsi bu düşüncədə (üsyankar) olarsa, əmin olun ki, onun elminin bərəkəti çəkiləcəkdir. Onun ən böyük amalı, olduğu vəziyyətə və rəhbərlərinə qarşı üsyankar olmaq olacaqdır. Əgər elm adamının amalı üsyankar olmaq deyil, elmə yiyələnmək, biliklərini dərinləşdirmək, işləri hikmətli yolla həll etmək olarsa, o böyük xeyir əldə edər.

Əgər sən üsyankar fikirlə yaşayan qardaşlardan ibtidai elm tələbəsinin bilməli olduğu məsələlər haqqında soruşsan görərsən ki, onun bu haqda məlumatı yoxdur, bu sahədə elmi yoxdur. Ona görə də sizə bu yoldan uzaq olmağı tövsiyə edirəm.

Mən demirəm ki, siz qəlbimizdəki dini qeyrətinizi ləğv edin. Xeyr, əsla belə demirəm.

İnsanın qəlbində qeyrətinin olması fərqli bir şeydir. Belə ki, o (qarşılaşdığı xoşagəlməz hallarda) təsirlənər, amma səbr edər və Allahdan çıxış yolu istəyər.

Üsyankar isə fərqlidir. Onun qeyrəti var, amma o üsyan edir, hara getsə elə qarşılaşdığı xoşagəlməz hadisədən bəhs edir, bütün fikrini ona ayırır. Belə insan böyük xeyirdən məhrumdur.

Böyük alim, şeyx Muhəmməd bin Saleh əl-Useymin
(Allah rəhmət etsin)