Yüklə

Xəvariclərin üsyan ilə ümmətə ziyan vurmasının səbəbi səhv yozum yürütmələri olmuşdur. Xəvariclər hansısa məsələni küfrə yozub üsyana qalxdılar. Necə ki, Əli bin Əbu Talib (Allah ondan razı olsun) deyirdi. Bildiyiniz kimi xəvariclər Şam əhlinə qarşı döyüşlərdə Əli bin Əbu Talibin tərəfindəydilər. Əli bin Əbu Talib ilə Şam ordusu sülhə razılaşdıqda, Əli ilə olan xəvariclər ona qarşı üsyan etdilər. Daha sonra aralarında döyüş oldu və Əli onlara qalib gəldi – Əlhəmdulilləh.

Deməyimin məğzi budur ki, xəvariclər Əliyə dedilər ki, sən indi Allahın hökmü ilə qərar vermədin. Çünki sən insanları hakim etdin. Beləliklə onlar Əliyə qarşı üsyan etdilər. Gördüyünüz kimi fəsadlı yozum ümmətin bəlasıdır. Ümmətin başına gələn bəla fəsadlı yozumun səbəbilədir.