Yüklə

Allahın nazil etmədiyi qanunlarla hökm edən rəhbər müəyyən qaydalar çərçivəsində etiraz aksiyaları keçirməyə icazə verir. Belə etiraz aksiyalarında iştirak edənə bu haqda irad tutduqda deyir ki, biz rəhbərə qarşı çıxmamışıq, rəhbərin icazə verdiyi işi görürük. Quran və hədislərə zidd olduğu görsənən bu işə şəriətin mövqeyi necədir?

Şeyx İbn Useymin:
Sən sələfin etdiyinə tabe ol. Əgər sələflər belə ediblərsə, demək ki bunda xeyir var. Əgər etməyiblərsə demək ki, bunda şər var.
Heç şübhəsiz, etiraz aksiyaları şərdir. Çünki bu kimi aksiyalar özbaşınalığa yol açır. Ya aksiyaçılar, yaxud da kimlərsə tərəfindən özbaşınalıq olur. Ola bilər ki, bu hadisələrdə kiminsə namusuna, yaxud mal-dövlətinə, yaxud da sağlamlığına təcavüz olsun.
Çünki insan bu kimi özbaşınalığ dalğasına düşəndə sanki sərxoş halında olur – dediyinə və etdiyinə nəzarəti itirir.
Nümayişlər bütün növləri ilə şərdir. İstər rəhbər buna icazə versin, istərsə verməsin – fərq etməz.
Bəzi rəhbərlərin belə aksiyalara icazə verməsi aşkarda söylənən bir sözdür. Əgər onun qəlbini araşdırsan görərsən ki, heç də bu əməldən xoşlanmır.

«Sələf Xəbər» redaksiyası tərəfindən hazırlanmışdır.