Sual:

Əssələmu aleykum və rahmətullah. Əli Həsən əl-Hələbi kimdir?

Cavab:

Va aleykumus-Sələm va rahmətullahi və bərakətuh.

Alimlər Əli ibn Abdul-Həmid əl-Hələbini qısa olaraq aşağıdakı səbəblərə görə cərh etmişlər:

1. Dinlər birliyinə, dinlər qardaşlığına, dinlər bərabərliyinə, firqələr arası yaxınlığa, demokratiyanı tətbiqə çağıran, özündə küfrlər olan “Ammən risaləsini” tərifləməsi;

2. Bu risaləni İslam dinini şərh edən, özündən əvvəl belə bir risalə olmayan bir risalə adlandırması;

3. Bu risaləni təriflədiyi cümə xütbəsini çap edərək, iki dəfə fəxrlə yayması;

4. Bir neçə kitab və kasetlərində bu risalənin bir neçə əqidə xətalarını daşımasına baxmayaraq tərif etməsi;

5. “Vətən konfransı” (mutəmər vataniy) adlı dinlər birliyinə dəvəti iqrar edən konfransda iştirak edib və yekun aktını imzalaması;

6. Səhabələrə tən etməyi icazəli bilməzi;

7. Bəzi səhabələrə qorxaq vəsfini verməsi;

8. Səhabələrə “çör-çöp” (ğusəiyyə) vəsfini verən və başqa bidətlər sahibi Əbu Həsən Məribini, təkfirçi Məğravini, Muhəmməd Həssəni, Əbu İshaq əl-Huveynini tərifləyərək, fəzilətli sələfi şeyxlər adlandırması;

9. Şəxslərlə imtahan etməyi inkar etməsi və bunu yalnız bidət başçıları ilə olunmasını icazəli bilməsi;

10. Ləcnə alimlərinin dedikləri kimi iman məsələlərində azğın murciyələrin etiqadında olması;

11. Müasir xavariclərlə alimlərin arasında olan ixtilafın fiqhi-ictihadi ixtilaf adlandırması;

12. “Mucməl etiqad Əhli Sünnə vəl-Cəməa” adlı iman mövzusunda yazdıqları risaləyə yalanla şeyx Əhməd Nəcminin, şeyx Rabinin, şeyx Muhəmməd ibn Hədinin, şeyx Muhəmməd Bəzmulun adını yazması və bu elm əhlini orada olanlara müvafiq olmalarını göstərməsi;

13. Şeyx Muhəmməd Bəzmulun dediyi kimi adı çəkilən bu risaləyə elm əhlinin verdikləri bu düzəlişləri ora əlavə etməyərək, oradakı xətalara bir dəyişiklik etməyərək risaləni çap etməsi;

14. Elm əhlindən gətirdiyi nəqllərdə mənanı pozmaqla, onların sözlərini kəsib-doğrayıb gətirməsi;

15. Cərh və tədildə sələfi mənhəcinə müxalif qaydalar qoyması;

16. Mənhəclə əqidənin arasında fərq qoyması, “əgər əqidə güclü və sağlam olarsa, mənhəcdəki ixtilaflar sələfilikdən çıxarmır” deməsi;

17. “Muvazənət” qaydasını gətirməsi;

18. “Fikirləri düzəldirik, insanları cərh etmirik” batil qaydasını deməsi;

19. Bidətçi görməkə icma şərtini qoyması;

20. “Bidət əhlinə qarşı dəlillərlə, sübutlarla, təfsilatlı olaraq qaldırılmış hüccətlər barədə “bunu götürməyi heç kimə məcbur etmək olmaz” (ilzəm) deməsi;

21. Telekanallardan birinə çıxaraq, yarı çılpaq aparıcı qadınla bir masa ətrafında oturması (Şeyx Raslənin bu haqda ona güclü rəddiyyəsi var);

22. Cavanları Hicaz (Səudiyyə) alimlərinə yox, onun özünə qayıtmasını deməsi;

23. Şeyx ibn Bəzin adından yalan danışaraq deməsi ki, guya “Şeyx ibn Bəzz təkfirçi Səfər Həvali barəsində “Bu əsrin ibn Teymiyyəsi” deməsi;

24. Şeyx Rabiyə, Şeyx Ubeyd əl-Cəbiriyə, Şeyx Muhəmməd ibn Hədiyə tən etməsi, Şeyx Saleh Suheymi onun barədə bidətçi dedikdən sonra şeyxə təhqir edici sözlər deməsi;

…Başqa bir çox zəlalətləri də vardır…