Yüklə

Sual: Qəbirdəki insanın kimliyini bildirmək üçün qəbirin üstünə ad yazmaq olarmı?

Cavab: Belə etmək olmaz. Səbəbi isə budur:
Birinci: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qəbirlərin üzərinə yazı yazmağı qadağan etmişdir. Bu ümumi sözdür və burada heç bir hal istisna edilməmişdir.

İkinci: Qardaşımızın dediyi bu hal, yəni, insan atasının, yaxud anasının qəbirini ziyarət etmək, salam vermək və dua etmək üçün onun yerini bilməkdən ötrü qəbirin üzərinə ad yaza bilərmi?
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında da insanların buna ehtiyacı var idi və onlar da qəbirlərin üzərinə ad yaza bilərdilər, amma onlar bunu etməyiblər. Onlar qəbiri daş və s. bu kimi əşyalarla nişanlayırdılar. Qəbirin üzərinə ad yazmaq isə icazəli deyil.

Çünki eyni hala Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında ehtiyac olub və bunu etmək imkanları da olub, amma Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu etməyib. Bu isə o deməkdir ki, bu cür etmək icazəli deyil.

İnsan sevdiyi adamın qəbrini hansısa aşkar nişanə ilə: yerin cəhətinə, yaxud qəbirlərin sırasına görə, yaxud da qəbirin üzərinə nişanə qoymaqla – yadda saxlaya bilər.
Daha doğrusunu Allah bilir.