Böyük alimlər heyətinə belə bir sual ünvanlanır:
Gecə vaxtı cinsi yaxınlıq edib qüslünü pozan insan qüsl etmədən oruc tuta bilərmi?

Böyük alimlər heyəti belə cavab vermişdir:
Gecə həyat yoldaşı ilə yaxınlıq edən insan cənabətli halda oruc tuta bilər. O cümlədən qüslü gecə, yaxud gündüz yuxuda pollyusiya olmaqla pozulan insanın da orucu doğrudur. Belə hallarda qüslü sübh namazının vaxtı daxil olduqdan sonra almaqda heç bir qəbahət yoxdur. Orucu pozan amil sübhün vaxtından günəş batana qədər vaxt ərzində cinsi yaxınlıq etməkdir. Müvəffəqiyyət Allahdandır. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.

Böyük alimlər heyəti:
Əbdüləziz bin Abdullah bin Bəzz – Heyətin rəisi
Əbdürrəzzaq Əfifi – Heyətin rəis müavini
Abdullah bin Quud – Heyətin üzvü

 

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb