Fətvalar Nəsihət

Çalış Allah səni sevsin – Şeyx İbn Useymin (VİDEO)

Yüklə

Muhsin (imanda yüksək mərhələyə çatmış) insanın savabı budur ki, Allah onu sevir.
Allah and olsun ki, Allah sevgisini əldə etmək üçün bütün dünyanı vermək olar.
Yəni Allahın sevgisini kim qazana bilər?!

Allahın insanı sevməsi, olduqca uca və böyük bir məqamdır.
Bu məqam Allahı sevməkdən daha yüksək məqamdır.
Allahın səni sevməsi, sənin Allahı sevməyindən daha uca məqamdır.

Ona görə uca Allah belə buyurur: “De, əgər siz Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin.”
Ayədə birbaşa deyilmədi ki, “Allaha olan sevginizdə sadiq olun və mənə itaət edin.”
Əslində insanın bu halı sevgini tələb edir. Əgər siz sevginizdə sadiqsinizsə, mənə itaət edin.
Amma ayənin sonunda “Allah da sizi sevsin” – deyildi.
Bu əsasla alimlər deyirlər ki, “çalış Allah səni sevsin.” Hər kəs Allahı sevdiyini iddia edə bilər. Əsas məsələ isə budur ki, Allah səni sevirmi?

Əgər Allah səni sevərsə, səmadakı mələklər də səni sevəcəklər. Sən yer üzündə də seviləcəksən. Səni və sənin dediklərini qəbul edəcəklər.
Bu isə möminin dünyada əldə etdiyi müjdəsidir.