Böyük Alimlər Heyətinin üzvü müdrik alim Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) bildirib ki, müsəlmanlara qarşı (terror və s.) şər iş düzənləyən insanı gizli saxlamaq olmaz. O təkidlə vurğulamışdır ki, müsəlmanlar onun şərrindən qurtulsunlar deyə belələri haqqında məlumat vermək lazımdır.

Bu haqda Böyük Alimlər Heyəti “tvitter” hesabında Şeyx Fovzanın adına belə bir paylaşım ediblər. Sitatda deyilir:

“Müsəlmanlar üçün şər daşıyan (terror və s.) insanı gizli saxlamaq olmaz. Belə insan haqqında məlumatı olan hər kəsə vacibdir ki, onun haqqında aidiyyatı yerlərə xəbər versinlər. Beləliklə digər müsəlmanlar onun şərrindən xilas olarlar.”

Şeyx Saleh əl-Fovzan