Fətvalar Mənhəc

Rəhbərin xoşagəlməz əməli qarşısında nə etməliyik? – VİDEO

“Sələf Xəbər” sizə müdrik sələfi alimi Şeyx Muhəmməd bin Saleh əl-Useyminin rəhbərlər mövzusuna aid səhih hədisinə dair şərhini təqdim edir.

“Kim əmirindən (rəhbərindən) xoşuna gəlməyən bir şey görərsə, səbr etsin. Həqiqətən kim rəhbərin itaətindən bir qarış ayrılsa, cahiliyyət ölümü ilə ölər.” (əl-Buxari: 7053)

“Kim əmirindən (rəhbərindən) xoşuna gəlməyən bir şey görərsə, səbr etsin. Həqiqətən kim rəhbərin itaətindən bir qarış ayrılsa, cahiliyyət ölümü ilə ölər.” (əl-Buxari: 7053)

“Kim əmirindən (rəhbərindən) xoşuna gəlməyən bir şey görərsə,…” burada xoşagəlməz dedikdə dünyaya aid xoşagəlməz iş nəzərdə tutulur, yoxsa dinə? Yoxsa bu ümumi bir sözdür, hər ikisinə də aiddir?
Doğru olan budur ki, bu söz ümumidir – hər ikisinə aiddir. İstərsə din, istərsə dünya işi olsun, hər ikisinə aiddir.
Əgər sən əmirinin şərab içdiyini, sələmçilik etdiyini, yaxud buna bənzər hər-hansı işi etdiyini görsən, onun bu əməlinə qarşı səbrli davran, lakin ona nəsihət et. Bacardığın qədər nəsihət et. Əgər hidayət olunsa özünə xeyir, hidayət olunmasa özünə ziyan edəcəkdir.
Ondan hər-hansı xoşagəlməz hərəkət görsən: məsələn, sənə, sənin mal-dövlətinə, ailənə, vəzifənə, yaxud sənə aid olan istənilən işdə sənə təcavüz etsə səbr et.

“Həqiqətən kim rəhbərin itaətindən” – yəni, haqqından, itaətindən “bir qarış ayrılarsa, cahiliyyət ölümü ilə ölər.”
Əgər bir qarış yox, yarim qarış itaətdən ayrılsa nece?! Belə halda da deyidiyi kimi olar. Çünki burada bir qarış sözü mübaləğə mənasında deyilmişdir. Alimlər deyirlər ki, mübaliğə üçün deyilən sözün məfhumu yoxdur. Mübaliğə çoxluğa, yaxud azlığa dəlalət etsə də qayda dəyişməzdir.