Yüklə

Ağıl Allahın zatı ilə bütün məxluqatdan uca olduğuna dəlalət edir. Ağlı başında olan insandan soruşsan ki, ucalıq naqislik, yoxsa kamillik sifətidir?
Heç şübhəsiz ki, ucalıq kamillik sifətidir deyəcəkdir.
Hər bir aqil insan bilir ki, ucalıq kamillik sifətidir. Sən aqil insandan soruşsan ki, ucalıq kamillik əlamətidir, yoxsa naqislik? O deyəcək ki, ucalıq kamillik sifətidir. Kamilliyə aid olan hər bir vəsf Allaha aiddir.
Necə ki, uca Allah buyurur: “Ən ali sifətlər Allaha aiddir.”

Alçaqda olmaq isə naqislik sifətidir. Allah isə naqislikdən pakdır. Demək ağıl Allahın ucada olmasına iki baxımdan dəlalət edir;
Birinci: kamil sifətlərin Allaha aid olması;
İkinci: Naqis sifətlərin Ona aid olmaması.