Yüklə

Hər bir insan fitrəti ilə Allahın səmada olduğunu bilir. Hətta kafir də həyəcanlı anlarda qəlbi ilə səmaya yönəlir. .
İnsan dua edərkən qəlbi səmaya yönəlir. Hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur ki, “insan əllərini göyə qaldırıb, “ey Rəbbim”, “ey Rəbbim” deyərək dua edir.”
Onu bu cür dua etməyə yönəldən kimdir? Əlbəttə ki, onu yönəldən fitrətidir.

Bir dəfə mən səfərdə olarkən “Allah zatı ilə hər yerdədir” (belə fikirdən Allaha sığınıram) fikrində olan insanlarla oturmuşdum. Bu hadisə Qurban bayramı vaxtı Mina çadır şəhərciyində olmuşdu.

Mən onlara dedim: Siz dünən Ərafadaydınız?
Onlar dedilər: Bəli.
Mən dedim: Siz Allaha necə dua edirsiniz? “Ey Rəbbim” deyərək dua eirsiniz, yoxsa “sağda”, yaxud “solda olan rəbbim” – deyib dua edirsiniz?
Onlar dedilər: Biz “Ey Rəbbim” deyərək dua edirik.
Mən dedim: yaxşı, bəs əlinizi kimə tərəf qaldırırsınız? Dua etdiyinizə tərəf qaldırırsınız? “Ey Rəbbim” deyirsiniz.
Onlar dedilər: Biz əlimizi səmaya qaldırırıq.

Baxın şeytan insanı necə dolaşığa salır. Səma dua edənin qibləsidir. Sübhənəllah, sən qibləyə tərəf yönəlib dua edərkən sənin qiblən hansı tərəf sayılır? Əlbəttə Kəbə sayılır. Sən də əllərini göyə qaldıranda demək dua etdiyinə (Allaha) tərəf əllərini qaldırırsan.