Yüklə

Elm adamları deyirlər ki, imam sözü dövlət başçısı deməkdir. Dövlət başçısının icraçı məmuru da rəhbər hesab olunur. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə belə demişdir: “Kim mənim icraçı məmuruma itaət edərsə, mənə itaət etmiş sayılır.”

Ona görə də dövlət başçısının təyin etdiyi nazirlər, icra başçıları, müdirlər və başqa bu kimi insanlara itaət, rəhbərə itaət hökmünə daxildir. Çünki bu şəxslər dövlət başçısının göstərişləri və əmrləri ilə hərəkət edirlər. Onların verdiyi göstərişlər, sanki dövlət başçısının verdiyi göstərişdir. Onlara qarşı itaətsizlik və asilik etmək olmaz. Yalnız Allaha asilik olan işlər istisnadır.

Əgər bu kimi idarəçilər səhv etsələr, haqsız davransalar, o zaman onlardan yuxarı vəzifədə olanlara şikayət edilir. Əgər çarə görülsə bununla kifayətlənir, əks halda daha yuxarı vəzifədə olana şikayət edirsən. Sonuncu məqam isə dövlət başçısına şikayət etməkdir. Rəhbərə şikayət çatırsa, insan bununla kifayətlənməlidir.