Yüklə

Şeyx Xalid bin Dahavi əz-Zafiri:

Biz həm vacib, həm də nafilə namazları qorumalıyıq.

Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölüm yatağında olarkən etdiyi son vəsiyyətidir.

Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) son sözü belə olmuşdur:

“Namazınızı qoruyun, namazınızı qoruyun. Tabeliyinizdə olan kölələrə xoş davranın.”

İnsan gərək nafilə namazları tərk etməsin. Çünki nafilə ibadətlərin yerinə yetirilməsi böyük xeyir, çoxlu savab, peyğəmbərlərə və əməlisalehlərə oxşamaq deməkdir.

Bu həmçinin aləmlərin Rəbbinin əmrini yerinə yetirməkdir.