Yüklə

Sual verən:
Möhtərəm şeyx, bu şəxs təvəssülün növləri və əməlisalehlərə dua etmək barədə soruşur.

Şeyx Saleh əl-Fovzan:
Təvəssülün iki növü vardır:
1- Şəriətin icazə verdiyi.
2- Şəriətin qadağan etdiyi.

Şəriətin icazə verdiyi təvəssül bunlardır: Allaha Onun ad və sifətləri ilə təvəssül etmək. Saleh əməllərlə təvəssül etmək. Sağ insanın yanına gəlib ondan dua etməsini xahiş etməklə təvəssül etmək. Bunlar icazəli təvəssül növləridir.

Qadağan edilmiş təvəssül isə kiminsə xətri, hörməti, haqqı, şəxsiyyəti və ya əməlisalehliyi ilə təvəssül etməkdir. Bunlar qadağan edilmiş təvəssül növləridir.

Təvəssül ilə yanaşı hər-hansı ibadət növünü təvəssül etdiyi adama edərsə, bu böyük şirk olar. İslamdan öncə cahiliyyət dövründə də belə edərdilər: “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər.” (Yunus: 18).

Qəbirə ibadət edənlərin əksəriyyəti belə edirlər. Onlar müxtəlif ibadətlərlə ölülərə pənah aparır və deyirlər ki, bunlar Allah yanında bizim üçün şəfaətçi olurlar. Bu böyük şirkdir.