Yüklə

Şeyx Xalid bin Dahavi əz-Zafiri:

Allaha qarşı ədəbli olmaq Onun dininə əməl etmək, əmr etdiyi əxlaqla həm daxilən, həm də zahirən əxlaqlanmaqdır.

Allaha qarşı ədəbli olmaq üçün mütləq bu üç xüsusiyyət lazımdır:

1. Allahı ad və sifətləri ilə tanımaq;

2. Dinini və şəriət əhkamlarını, sevdiyi və narazı qaldığı işləri bilmək;

3. Elmi və əməli baxımdan haqqı qəbul etməyə hazır olan qənaətli və mülayim nəfsə sahib olmaq.