Yüklə

Şeyx Xalid bin Dahavi əz-Zafiri:

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) qarşı ədəbli olmaq haqqında Qurani-Kərimdə kifayət qədər məlumat vardır.

Bu xüsuda ən başlıca ədəb qaydaları bunlardır:

1. Ona təslimiyyət göstərmək;

2. Əmrlərini yerinə yetirmək;

3. Dediklərini qəbul etmək və təsdiqləmək;

4. Özünü ondan üstün tutmamaq;

5. Onun göstərişi olmadan, əmr və ya qadağada, icazə və hərəkətdə ondan önə çıxmamaq;
Uca Allah buyurur: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin…” (əl-Hucurat: 1). Yəni o danışmadıqca siz danışmayın, o əmr etmədikcə etməyin.

Ey Allahın bəndələri bu davranış qaydası qiyamətə qədər davam edəcəkdir.
Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vəfatından sonra sünnətindən önə çıxmaq, sağlığında ondan önə keçmək kimidir.