Yüklə

Əziz qardaşlarım, sizə ALLAHA TƏVƏKKÜL haqqında xatırlatmaq istəyirəm.

Qəlblərinizi Allaha təslim edin, Allaha təvəkkül edin, bilin ki, bütün işlər Allahın əlindədir. Nə yerdə, nə də göydə heç nə uca Allahı aciz edə bilməz. Allah comərd və lütfkardır.

O dua edənlərin duasını eşidir, səsləri səhv salmır. Kim nə istəyirsə, istədiyini ona verir. Heç kəsin istədiyini başqasına vermir.

Allah nöqsanlardan pakdır, biz Allaha təvəkkül etməliyik.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) deyir: “Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, quşları ruziləndirdiyi kimi sizə də ruzi verər. Quş səhər yuvasından ac çıxıb qarnı tox qayıdır.”

Bu zəif quşlar səhər ac qarına yuvalarından çıxırlar. Baxın indi onlar bu suyun üzərindən həşəratları ovlayıb axşama qədər qidalanırlar.

Bu quşlara ruzini verən kimdir?
Əlbəttə ki, ALLAHDIR.

Bu quşları yönəltən kimdir?
Əlbəttə ki, ALLAHDIR.

Bu quşlara ilham edən kimdir?
Əlbəttə ki, ALLAHDIR.

Allah nöqsanlardan pakdır.

Əgər biz Allaha layiqincə təvəkkül etsək, bizə də elə ruzi verər.

Əziz qardaşlarım biz dua edərkən tək olan Allaha qarşı ixlaslı (səmimi) olmalı və səbəblər götürməliyik.