Fətvalar Nigah və Talaq

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT (Şeyx Süleyman ər-Ruheyli) – Birinci nəsihət (VİDEO)

Yüklə

Mən bu evlənən cütlüyə, o cümlədən evli olan hər kəsə – istər təzə evlənmiş, istərsə də mənim kimi çoxdan evlənmiş kimsələrə üç faydalı tövsiyə edirəm.

Birinci nəsihət: Evimizi Allahın dini əsasında qurmalıyıq. Allaha and olsun, and olsun Allaha, bərəkət və xeyir yalnız Allahın dini əsasında qurulan ailəyə verilir. Biz evimizdə Allahın dini əsasında davranmalıyıq. Məgər gözümüzün işığı Abdullahın oğlu Muhəmməd peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) bu sözünü eşidib başa düşmürük?

“Gecə vaxtı namaza qalxıb namaz qılan, sonra həyat yoldaşını oyadan, oyanmaq istəmədikdə onun üzünə su çiləyən kişiyə Allah rəhm etsin. Gecə vaxtı namaza qalxıb namaz qılan, sonra ərini oyadan, oyanmaq istəmədikdə onun üzünə su çiləyən qadına Allah rəhm etsin.”

“Gecə vaxtı namaza qalxıb namaz qılan,” burada fərz namazdan yox, nafilə ibadətdən danışılır.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə insanın bağışlanması üçün Allaha dua edir. Bizlərdən kim Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) duasına nail olmaq istəmir?!

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) gecə oyanıb namaz qılan kişi üçün dua edir. Özü gecə nafilə namazını qıldıqdan sonra həyat yoldaşını da oyadır. Beləliklə kişi yoldaşına gecə namazı qılmaqda yardımçı olur. Əgər yoldaşı oyanmaq istəməyib yatmağa üstülük versə, onun üzünə su çiləyər. Əlini suya batırıb onun üzünə çiləyər ki, oyanıb ibadət etsin.

Gecə nafilə namazını qılmağa oyanan qadın da həmçinin. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onun üçün də dua edir. Qalxıb namazını qıldıqdan sonra ərini də oyadar. Əri oyanmaq istəməyib yatmağa üstülük versə, onun üzünə su çiləyər ki, oyanıb ibadət etsin.

Evimizdə Allahın dinini yaşamaq üçün əməkdaşlıq etməyimiz çox gözəldir.

Kişi xanımının əlindən tutub cənnətə aparan yol ilə getməlidir.

Qadın da ərinin əlindən tutub cənnətə aparan yol ilə getməlidir.

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT – İkinci nəsihət

Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT – Üçüncü nəsihət