Yüklə

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (namazın sonunda) sağ tərəfə salam verərkən yanağının ağ hissəsi görsənirdi. Sol tərəfə salam verərkən yenə yanağının ağ hissəsi görsənirdi.” (Nəsai rəvayət etmişdir. Albani səhih olduğunu demişdir.)

Fəqihlər deyirlər ki, salam verməyə başlayarkən üz qibləyə olmalı, yan tərəfə baxan halda isə yekunlaşdırmalıdır. BELƏ ETMƏK SÜNNƏDİR. Yan tərəfə çevriləndən sonra başlayıb “Əssələmu aleykum və rəhmətullah” deməsi sünnəyə uyğun deyil.

Sünnəyə uyğun olan budur ki, “əssələmu aleykum” deyərkən üzü qibləyə, “va rahmətullah” deyərkən isə yana çevrilmiş olsun.

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) üzü qibləyə olan halda salam verməyə başlayırdı.”