Yüklə

Yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumaq icazəlidirmi? Əhli sünnə mənsubları bunu çox edirlər.

Haqq olan budur ki, yeni doğulmuş körpənin qulağına azan və iqamə oxumaq şəriət dəlilləri ilə təsdiq edilmədiyi üçün bunu etmək olmaz. Bu haqda rəvayət olunan hədislər zəifdir. Şeyx Albani (Allah ona rəhmət etsin) bu haqda nəql olunan rəvayətləri əvvəlcə səhih demiş, sonra bu fikrindən qayıtmış və həmin hədislərin zəif olduğunu söyləmişdir.

Bu xüsusda heç bir səhih rəvayət yoxdur. Kim bunu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsidir deyə edərsə, dində bidət etmiş olar.

Hədislər zəif olduğu üçün, yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumaq şəriətə uyğun deyil.