Yüklə

Sual:
Allah sizi mükafatlandırsın. Vətəni müdafiə etmək və onu qorumaq üçün döyüşmək cihad sayılırmı?

Cavab (Şeyx Süleyman ər-Ruheyli):
Heç şübhə yoxdur ki, müsəlmanların mənafeyini qorumaq, ölkə əhalinsinin dininin, şərəf-namusunun və mal-dövlətinin qorunması üçün vətənin səngərlərində keşik çəkmək, onu müdafiə etmək Allah yolunda cihaddandır. Yetər ki, bunu edən insan əməlini Allah üçün ixlaslı etsin.

Ölkə rəhbərini müdafiə edən də belədir. Rəhbəri müdafiə etmək də dindəndir. Bu heç də bəzi camaatların məzəmmət olaraq “Qoşunlar rəhbəri müdafiə etməklə məşğuldur!” dediyi kimi deyil.

Allaha and olsun ki, qoşunun rəhbəri müdafiə etməsi şərəfdir. Çünki ölkə rəhbərinin qorunması, ölkə əhalisinin mənafeyinin qorunması deməkdir.

Qoşun ölkəni, camaatın dinini, şərəf-namusunu və mal-dövlətini müdafiə edir. Kim bunu Allah rizası üçün edərsə, o, Allah yolunda cihad edəndir. Bu işin başında ölərsə, Allahdan ümid edirik ki, o şəhiddir.

Allahdan diləyirik ki, ona Allah yolunda ölənlərə vəd etdiyi böyük mükafatı versin.