Yüklə

Sual:
Allah sizi xeyirlə mükafatlandırsın, rəhbərləri və alimləri söyən saytlara daxil olmaq olarmı?

Şeyx Saleh əl-Fovzan:
Bu fitnədir. Bu, axır zamanda insanların düçar olacaqları fitnələrdəndir. İnsana vacib olan sünnəyə, haqqa sarılmaq və bu fitnələrdən Allaha sığınmaqdır. Bu fitnələrə yaxınlaşmamalı və qarışmamalıdır. Belə şeylərdən uzaq olmalıdır.
Allahdan salamatlıq və bağışlanma diləyirik.

Bu insanlar arasında iğtişaş salmaq, fitnə-fəsad yaymaq, şər gətirməkdir. Bu heç vaxt xeyir ola bilməz.
Bu, axır zamanda gələn fitnələrdəndir.

Müsəlman Allahın kitabına, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə sarılmalı, xeyir işlər görüb şərdən uzaq durmalı, bu kimi işlərlə məşğul olmamalıdır.