Fətvalar Nəsihət

Valideynlərinin üzünə ağ olan alçaq və rəzildir! – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə

Sual:
Valideynlərin üzünə ağ olmaq insanın əməlinin rədd edilməsinə, qəbula keçməməsinə səbəb olan günahdırmı?

Cavab (Şeyx Əbdüləziz Ali Şeyx):
Heç şübhə yoxdur ki, valideynlərin üzünə ağ olmaq böyük günahlardandır.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizə ən böyük günah haqqında xəbər verimmi?”
Səhabələr dedilər: “Bəli, ey Allahın elçisi!”
O dedi: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq.”

Ən böyük vacib tövhiddir.
Allah təala buyurur: “Allaha ibadət edin, heç bir şeyi Ona şərik qoşmayın. Valideynlərinizlə xoş davranın…”

Valideynlərinin üzünə ağ olan insan Allaha qarşı asilik edir. Allahın əmrinə müxalif çıxır, asilik edir.
Valideynlərinin üzünə ağ olan kimsə şəxsiyyətini, hörmətini və gözəl əxlaqını itirmişdir.
Valideynlərinin üzünə ağ olan kimsə, xeyirsiz alçaqdır.
Valideynlərinin üzünə ağ olan kimsə, alçaq, istəksiz, həyasız, Allah qorxusu olmayan kimsədir.
Valideynlərinin üzünə ağ olan kimsə, qəlbi möhürlənmiş xeyirsiz adamdır. Onun ömründən, əməlindən, övladından və ruzisindən bərəkət silinmişdir. Çünki o pis iş görmüşdür.

Uca Allah buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.” (İsra: 23).
Başqa ayədə isə belə buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı.” (Loğman: 14).

Valideynlərlə xoş davranmağa təşviq edən hədislər çoxdur.
Hədislər dəlalət edir ki, valideynlərin üzünə ağ olmaq böyük günahlardandır. Belə insanın qəlbinin möhürlənməsi və ya düz yoldan azması səbəbi ilə, əməlinin rədd olunmaq təhlükəsi vardır.

ÇÜNKİ O BÖYÜK QƏBAHƏTLİ BİR ƏMƏL ETMİŞDİR.

ALLAH BİZİ SALAMAT ETSİN.