Fətvalar Nəsihət

Peyğəmbərlər də fitnədən ehtiyatlanırdılar – Şeyx Fovzan (VİDEO)

Yüklə

Ən xeyirli insanlar da fitnə zamanı özlərinə arxayın olmayıblar. İbrahim Əleyhissəlamın vaxtında şirk əməli çoxaldıqda, ehtiyatlanaraq belə demişdi: “… Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!” (İbrahim: 35, 36).

Sələflərimiz deyərdilər: “İbrahimdən sonra kim fitnəyə düçar olmaqdan arxayın ola bilər.” O özünün fitnəyə düşəcəyindən ehtiyat edirdi. Halbuki o, bütləri sındırmış, böyük sınağa (oda atılmağa) səbr etmişdi. O, şirkə qarşı mübarizə aparırdı.

Amma buna baxmayaraq özünün də belə bir fitnəyə düşməsindən ehtiyat edirdi. Çünki onlar bəşər övladı idilər. Peyğəmbərimiz Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) duasında belə deyərdi: “Yə muqəllibəl qulubi vəl əbsar səbbit qalbi alə dinikə.” (Ey qəlbləri və gözləri çevirən Allah, qəlbimi dinində sabit elə.)

Bunu eşidən Aişə (Allah ondan razı olsun) ona deyir: “Ey Allahın elçisi, səndə qorxursanmı?!”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Aişə, bəndələrin qəlbləri ər-Rəhmanın barmaqları arasındadır, hansısa bəndənin qəlbini çevirmək istəyərsə, çevirər – bu halda məni nə arxayın edə bilər?”