Fətvalar Hədis və şərh Sünnətlər və bidətlər

Şaban ayının orta gününü ibadətə həsr etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual:
Şaban ayının orta gecəsini ibadətə həsr etmək haqqında deyilən hədislər səhihdirmi?

Cavab:
Xeyr bu haqda deyilən hədislər səhih deyildir. Şaban ayının orta gecəsi, yaxud orta günü haqqında deyilən hədislərin heç biri səhih deyildir. Bu günlər ibadətə həsr edilməz.

Amma kimsə daimi etdiyi ibadəti edə bilər, aidiyyəti üzrə həmin gecə, gecə namazını qıla bilər.

Amma bu gecəni xüsusi olaraq ibadətə həsr etmək bidətdir. Yaxud on beşinci günü oruca həsr etmək bidətdir.

Yalnız əgər insan ayın ağ günlərini (hicri ayın 13, 14, 15) oruc tutursa, istər şabanda, istərsə də başqa ayda həmin orucunu tutsun.