Fətvalar Sünnətlər və bidətlər

Övliyanın qəbri önündə Allaha dua etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual:
Allah sizi xeyirlə mükafatlandırsın, övliyaların və əməlisaleh insanların qəbri önündə Allaha dua etməyin hökmü nədir?
Bəzilərinin bu məsələdə şübhəsi budur ki, övliyanın və ya əməlisaleh insanın qəbri önündə Allaha dua etmək, övliya və əməlisaleh insanın kəramətidir.

Cavab(Şeyx Saleh əl-Fovzan):
Övliya və əməlisalehlərin qəbri önündə Allaha dua etmək bidətdir. Hər bir bidət isə zəlalətdir.

Çünki uca Allah bizə qəbirlər önündə dua etməyi buyurmamışdır. Bu bir baxımdan.

Digər baxımdan isə bu əməl ölənlərə ibadət etməyə aparan səbəbdir. Çünki əvvəlcə qəbirin önündə Allaha dua edir, əməli bidət olur. O bu işdə davam etdikcə şeytan onun qəlbinə təlqin edir ki, bu ölən adam xeyir və ya zərər toxundura bilir. Bundan sonra həmin ölən adamdan dua edib istəyir, onu köməyə çağırır, yardım diləyir.

Ona görə də BU İŞ əslindən PİS BİR İŞDİR, HARAMDIR və icazəli deyildir.