Yüklə

Sualda deyilir ki, şeyx Muhəmməd bin Əbdülvahhabın tövhidi üç qismə bölməsinin şəriətlə dəlil-sübutu nədir?

Cavab:
Bunun əsası Qurandadır.

Allahın: ruzi vermək, yaratmaq, diriltmək, öldürmək kimi fellərindən bəhs edən bütün ayələr, rübubiyyət tövhidinə (Allahın rəbb olmasına) dəlalət edir.

Allaha: namaz, oruc, zəkat, həcc və sairə əməllərlə ibadət etməyi əmr edən bütün ayələr uluhiyyət tövhidinə (yalnız Allahın ibadətə layiq olmasına) dəlalət edir.

Allahın ad və sifətlərinə dəlalət edən, Allahın məxluqata bənzəmədiyini bildirən, Onun eyib və nöqsanlardan pak olduğunu deyən bütün ayələr ad və sifətlər tövhidinə dəlalət edir.

Tövhidin növləri bunlardır.
Rububiyyət tövhidi, Uluhiyyət tövhidi, Ad və Sifətlər tövhidi.