Yüklə

Bu mübarək ayın gəlişi münasibəti ilə sizi təbrik edirəm. “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə: 185).

Bu ayı oruc tutmağı Allah müsəlmanlara vacib buyurmuş, onu islamın əsaslarından biri etmişdir.
Bu ayda min aydan xeyirli olan bir gecə: qədr gecəsi vardır.
Bu ayda Allahın evləri olan məscidlər ibadətlə, Quran qiraəti və təravih namazı ilə canlanır, işıq saçır.

Bu mübarək ayı bayram olaraq, Allahın vəd etdiyi xeyir və bərəkəti umaraq Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Şaban ayının sonuncu cümə xütbəsində belə vəz etmişdir: “Ey insanlar, əzəmətli və bərəkətli ay başınızın üstünü almışdır.” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu ayın bir çox xeyir-bərəkətini bizə bildirmişdir.

Necə ki, Salman əl-Farsinin mərfu rəvayətində deyilir: “Bu, böyük aydır. Bu ay, təbəssüm, fərəh, sevinc, Allahın lütfü və mərhəməti olaraq qarşılanır.”

Uca Allah buyurur: “De: “Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus: 58).

Müsəlmanlar Allahın vəd etdiyi xeyiri əldə etmək ümidi ilə bu ayın gəlişinə sevinir, bu ayı itaətlə, Quran oxumaqla, təravih və gecənin sonunda təhəccüd namazı qılmaqla, sədəqə verməklə, yaxşılıq etməklə, orucluya iftar verməklə və digər yaxşı işlərlə başa çatdırırlar.